/ / Bədrəddin Quliyev: Hər birimiz Vətən, dövlət, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəlləh əsgər kimi yerinə yetirməliyik
Bədrəddin Quliyev: Hər birimiz Vətən, dövlət, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəlləh əsgər kimi yerinə yetirməliyik
29.09.2020 [09:07]
“Bu ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin törətdikləri hərbi təxribatların qarşısı uğurla alınmış və həmin dövrdə düşmən ağır itkilər vermişdi. Bununla belə, işğalçı dövlət öz təxribatlarından əl çəkmədi və avqust ayında ermənilərin diversiya qrupu ələ keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə Öz çıxışlarında bildirib ki, ermənilər iyul hadisələrindən dərs götürməlidirlər. Amma son dövrlərdə işğalçı dövlətin istər cəbhənin təmas xəttinə, istərsə də dövlət sərhədinə ağır artilleriya, texnika, canlı qüvvə yerləşdirməsi bir daha onu göstərdi ki, onlar iyul hadisələrindən dərs götürmədilər. Əksinə, sentyabrın 27-də səhər saatlarında ermənilər cəbhə xəttində geniş hərbi təxribata əl atıb, artilleriya atəşinə başlayıb, nəinki hərbi mövqeləri, eyni zamanda, mülki əhalini hədəfə alıb. Lakin Azərbaycan Ordusu bunun cavabını verir, əks-həmlələr edir. Rəsmi məlumatlarda da bildirilir ki, döyüş vəziyyəti Azərbaycan Ordusunun tam nəzarətindədir və artıq bir sıra kəndlər, həmçinin yüksəkliklər düşmən işğalından azad edilib”.
Bunu qəzetimizə açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Partiya sədri bildirib ki, Azərbaycan dövləti qətiyyətli şəkildə öz torpaqlarının müdafiəsini təmin edir və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız da xalqa müraciətində bir daha bildirdi ki, Qarabağ Azərbaycandır: “Bu gün Cümhuriyyət Xalq Partiyası adından, şəxsən öz adımdan bütün siyasi qüvvələri Ali Baş Komandanın ətrafında birləşməyə çağırıram. Bu gün Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəyə qalxdığı bir gündür. Bu gün naminə bütün qüvvələr birgə olmalıdır. Hər birimiz Vətən üçün, dövlət üçün, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəlləh əsgər kimi yerinə yetirməliyik”.
Partiya sədri onu da əlavə edib ki, son parlament seçkilərindən sonra ölkəmizdə yeni siyasi dialoq mühiti formalaşdırılıb. Yeni siyasi situasiya həm də siyasi qüvvələr arasında konsolidasiyanın möhkəmlənməsinə, milli birliyin daha da güclənməsinə xidmət göstərdi. “Prezident Adminstrasiyasında, demək olar ki, əksər siyasi partiyalarla görüşlər keçirildi və orada bir sıra mühüm müzakirələr aparıldı. Bu gün dövlətini, xalqını sevən siyasi qüvvələr ölkəmizin düşmənləri ilə mübarizədə həmrəylik nümayiş etdirir. Bu gün Azərbaycanda daxili milli birlik formalaşdırılıb. Bütün bunlar, eyni zamanda, siyasi dialoqun verdiyi nəticədir. İnanıram ki, ölkəmizin taleyüklü məsələləri ilə bağlı birliyimiz davamlı olacaq və biz işğal altındakı torpaqlarımızı azad etdikdən sonra daha yüksək inkişafa nail olacağıq”, - deyə B.Quliyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21

