Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Hökuməti Milli Məclisdə hesabat verdi

Azərbaycan Hökuməti Milli Məclisdə hesabat verdi

17.03.2010 [11:14]

Millət vəkilləri hesabatı qənaətbəxş qiymətləndirdilər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. öncə Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərini, hökumətin üzvlərini və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Sonra Azərbaycan Konstitusiyasına uyğun olaraq, Milli Məclisin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Hökumətinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanılıb. Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir. Onun sözlərinə görə, təqdim olunmuş hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla, daha ətraflı hazırlanıb. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunub.
Spiker Azərbaycan iqtisadiyyatında böyük inkişafın müşahidə edildiyini, iqtisadiyyatda özəl sektorun payının artdığını, ölkəyə xarici investisiya qoyuluşunun həcminin çoxaldığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində dünya maliyyə böhranı Azərbaycana ciddi təsir etməyib.
Daha sonra Baş nazir Artur Rasizadə Hökumətin hesabatını təqdim edib. Baş nazir bildirib ki, 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən aparılan balanslaşdırılmış sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, Azərbaycanın dinamik inkişafına xidmət edib. Onun sözlərinə görə, dünya maliyyə və iqtisadi böhranına baxmayaraq, ötən il Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb, real artım və əhalinin rifahı təmin edilib. Uzun illərdir ki, əsas iqtisadi göstərici - üDM tempinə görə Azərbaycan dünya ölkələri arasında ən yüksək mövqeni tutur. “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində əldə olunan kəmiyyətli və keyfiyyətli dəyişikliklər iqtisadiyyatın inkişafının yeni mərhələsinə keçidinin əsasını qoyub. Azərbaycan hökuməti makroiqtisadi sabitliyin, istehsalatın rəqabət qabiliyyətinin saxlanması, pul-kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi, sahibkarlığın işgüzar fəallığının artırılması məqsədilə ötən il müvafiq tədbirlər həyata keçirib. Azərbaycan iqtisadiyyatının diversifikasiyası nəticəsində ölkənin qeyri-neft sektorunda artım nümayiş olunub” - deyə, A.Rasizadə vurğulayıb. Onun sözlərinə görə, BVF, DB, AYİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları Azərbaycanda böhran əleyhinə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. DB-nin və BMK-nın növbəti Doing Business hesabatında Azərbaycan öz aparıcı mövqeyini saxlayıb.
ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətinin indeksi üzrə Azərbaycanı 51-ci yerə çıxarıb ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir.
Hesabat dövründə real üDM artımı 9,3 faiz təşkil edib, 34,6 milyard manata çatıb. Onun adambaşına düşən həcmi 7,9 faiz artaraq 3917,3 manat (4874,1 ABŞ dolları) təşkil edib. ümumi daxili məhsulun 50 faizi sənaye sahələrində, 6,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4 faizi tikinti kompleksində, 8 faizi ticarət, mehmanxana və iaşə xidmətləri sahələrində, 6,6 faizi nəqliyyatda, 2 faizi rabitədə, 11,7 faizi digər xidmətlər və sosial sahələrdə yaradılıb, 7,6 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. İnflyasiyasının səviyyəsi 1,5 faizə enib.
“Əvvəlki illərdə olduğu kimi, sosial məsələlərin həlli ölkə hökumətinin fəaliyyətində prioritet yer tutub” deyən Baş nazir həyata keçirilən tədbirlər sırasında orta aylıq əməkhaqqının 8,6 faiz artaraq 298 manata çatmasını, əmək pensiyasının 104 manat təşkil etməsini göstərib. Minimal əməkhaqqı və baza pensiyası 75 manat təşkil edib. O, xatırladıb ki, ötən il 654 min nəfərə ünvanlı sosial yardımın verilməsi üçün dövlət büdcəsindən 180 milyon manat ayrılıb.
Hesabatda daha sonra bildirilir ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkşaf 2009-cu ildə də davam edib. 2009-cu ildə neft sektorunun və qeyri-neft sektorunun real artım templəri 2008-ci illə müqayisədə müvafiq olaraq 14,3 faiz və 3,2 faiz olub.
A.Rasizadənin sözlərinə görə, ötən il ölkənin regionlarında 310 müəssisənin tikintisi başa çatıb, 276 müəssisənin inşası isə davam etdirilib. Regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə iş yerinin açılmasına, yeni malların istehsalına və məhsul buraxılışının çeşidinin artmasına şərait yaradıb. Nəticədə 2009-cu ildə qeyri-neft sektorunda ötən ilin müvafiq dövrü ilə müqayisədə real olaraq 3,2 faiz (2008-ci ildə 15,7 faiz ) artım olub. 2009-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkşafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7358,7 milyon manat investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 4433,9 milyon manat, qeyri-dövlət müəssisələri 2924,8 miyon manat vəsait sərf ediblər. İstehsal təyinatlı obyektlərin inşasında 5455,1 milyon manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1903,6 milyon manat investisiyadan istifadə edilib. Əsas kapitala yönəldilmiş vəsaitin 79,9 faizini daxili investisiyalar, 20,1 faizini isə xarici investisiyalar təşkil edib. Daxili investisiyanın 70,4 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 29,6 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3521,9 milyon manat, bank kreditləri 384,7 milyon manat, büdcə vəsaitləri 2678 milyon manat, büdcədənkənar fondların vəsaitləri 473,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 299,7 milyon manat, digər vəsaitlər isə 0,5 milyon manat təşkil edib.
Daha sonra millət vəkilləri hökumətin hesabatını müzakirə ediblər. Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 2009-cu il ərzində Azərbaycan hökuməti səmərəli fəaliyyət göstərib. Dünya iqtisadi böhranına baxmayaraq, ölkəmizdə yüksək inkişaf qeydə alınıb. M.Quliyevin sözlərinə görə, hökumətin xüsusilə sosial sahə üzrə fəaliyyəti təqdir olunmalıdır. Aztəminatlı ailələrin dövlət qayğısı ilə əhatə olunduğunu deyən deputat ildən-ilə bu təbəqəyə verilən sosial müavinətlərin, ünvanlı sosial yardımların artırıldığını vurğulayıb. O, səhiyyə sahəsində də islahatların böyük vüsət aldığını deyib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli builki hesabatın ötən hesabatlardan bəzi özəllikləri ilə fərqləndiyini deyib. 2009-cu ildə Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatdığını xatırladan komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca xətti xalqa xidmət etməkdir. “Xüsusilə qeyd etmək istəyirəm ki, problemləri həll etmək üçün onu yaradan səbəbin aradan qaldırılması istiqamətində iş aparılır” deyən H.Rəcəbli əlavə edib ki, ötən il sosial xərclərə 2,8 milyard manat vəsait ayrılıb. Yoxsulluğun səviyyəsi 11 faizə enib, 74 min yeni iş yeri açılıb, 660 minə yaxın insan isə ünvanlı sosial yardım alıb. Komitə sədri parlamentlə hökumətin əməkdaşlığını yüksək qiymətləndirib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev isə hökumətin aqrar sahənin inkişafına böyük diqqət yetirdiyini deyib. Bu sahəyə kreditlərin, konpensasiyaların ayrıldığını xatırladan E.Quliyev kənd təsərrüfatında 4 faizə yaxın artımın olmasını bu amillərlə əlaqələndirib.
Millət vəkillərindən, həmçinin, Bəxtiyar Əliyev, Qüdrət Həsənquliyev, Fazil Mustafa və digərləri çıxış edərək hökumətin hesabatına münasibət bildiriblər.
Sonda millət vəkilləri Azərbaycan Hökum
ətinin 2009-cu il ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30