Əsli Kazımova: Bu gün ölkəmizdə möhtəşəm milli birlik və həmrəylik hökm sürür
15.10.2020 [08:54]
“Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır və bu mübarizə beynəlxalq hüquqa əsaslanır. Bütün vətəndaşlarımız məhz bu ruhda köklənib”. Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova deyib.
Əsli Kazımova bildirib ki, işğalçı Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir. Ona görə də xalqımız bir yumruq kimi birləşərək tarixi torpaqlarını işğalçılardan azad edir. Onun sözlərinə görə, Azərbaycan bu gün öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində Vətən müharibəsi aparır: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qətiyyətlə bəyan edib ki, Azərbaycan heç bir halda mənasız danışıqlarda iştirak etməyəcək. Bu gün ərazi bütövlüyümüzün təmini uğrunda gedən mübarizəmizə ikili standartlardan yanaşan bir sıra dövlətlər və təşkilatlar anlamalıdırlar ki, biz hər zaman sülhün tərəfdarı olmuşuq. Azərbaycan inkişafın bütün komponentlərində Ermənistanı qabaqlasa da, biz müharibə istəməmişik. Amma görünən bu idi ki, erməni tərəfi təxribatlardan əl çəkmək niyyətində deyil, yeni torpaq işğalı haqda düşünür. Buna cavab olaraq, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi üçün əks-həmlə əməliyyatları aparmaqdadır”.
Partiya sədri qeyd edib ki, Azərbaycan vətəndaşları yaşından, sosial statusundan və siyasi mənsubiyyətindən asılı olmayaraq Vətən müharibəsinin qələbə ilə nəticələnməsinə səfərbər olub. Bu günlərdə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Gəncəyə raket hücumu edən Ermənistan danışıqlar prosesinə maraqlı olmadığını bir daha nümayiş etdirdi. Bu hadisə xalqımızın, eləcə də dünyada sülhsevər cəmiyyətlərin hiddətinə səbəb olub. Bu kimi hallar düşmənə qarşı mübarizəmizi daha da gücləndirir.
Ə.Kazımovanın sözlərinə görə, bu gün ölkəmizdə möhtəşəm milli birlik və həmrəylik hökm sürür və bütün gücümüzü cəbhədə döyüşən əsgərin ruh yüksəkliyinin təmin olunmasına yönəltməliyik: “Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların dövlətin, xalqın və Ali Baş Komandanın yanında yer alması bir daha Azərbaycan xalqının əzmini, Vətən sevgisini nümayiş etdirir. Siyasi qüvvələr birmənalı şəkildə bu gün istər hərbi müstəvidə, istərsə də siyasi müstəvidə Azərbaycanın haqq işi uğrunda mübarizə aparır. Vətən məsələsində, Qarabağın azadlığı məsələsində heç bir siyasi fikir ayrılığı ola bilməz”.
ASRP sədri söyləyib ki, Azərbaycan ictimaiyyəti bilməlidir ki, belə çətin zamanlarda hər kəs dövlətin rifahı və gələcəyi üçün bütün siyasi düşüncəsini kənara qoyaraq bir yerdə olmalıdır və bir yerdədir. Bu gün hər birimiz ölkə Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi ilə müsəlləh əsgərik. İnanırıq ki, yaxın zamanda Azərbaycan bütün işğal altındakı torpaqlarını azad edəcək, həmin torpaqlarda üçrəngli bayrağımız dalğalanacaq. Bu gün Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq mülki əhaliyə qarşı zorakılıq etmir, müharibə apardığı halda beynəlxalq konvensiyalara riayət edir. Sadəcə regionda sülh və əminamanlığın təmin olunması üçün Azərbaycan öz torpaqlarını terrorçulardan təmizləyir. Ona görə də, kimsə bizim ədalətli mövqeyimizə kölgə sala bilməz.
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

