Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan hakimiyyəti Türkiyə Baş nazirinin ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağın prioritet mövzu olacağına inanır

Azərbaycan hakimiyyəti Türkiyə Baş nazirinin ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağın prioritet mövzu olacağına inanır

07.04.2010 [10:03]

Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəp Tayyıb Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet mövzu olacağına inanır. “Gözləntimiz ondan ibarətdir ki, ABŞ Prezidenti Minsk qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısı kimi Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz prinsipsiz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsin, ona təzyiq göstərsin”. Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, bölgədə barışın yaranması Türkiyə - Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası, ümumiyyətlə, regionda normal əməkdaşlıq şəraitinin yaranması, ilk növbədə, Ermənistanın işğalçı mövqeyindən əl çəkməsindən, Cənubi Qafqazda bütün nəqliyyat, informasiya dəhlizlərinin bərpa olunmasından keçir.
“Düşünürük ki, ABŞ və Türkiyənin görüşdə iştirak edəcək rəsmiləri bu problemi gündəmin birinci məsələsi sırasında qaldıracaq və hansısa bir mexanizmlə Ermənistan prezidentinə təzyiq göstərəcəklər”, - Prezident Administrasiyasının şöbə müdiri deyib.


Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30