Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hakim partiya müxalifətin birgə mitinq keçirmək istəyindən narahat deyil

Hakim partiya müxalifətin birgə mitinq keçirmək istəyindən narahat deyil

08.04.2010 [14:57]

“Biz müxalifətin hər hansı formada kütləvi aksiya keçirmək istəyinə görə narahat deyilik”. Bu sözləri “Trend”ə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq bu həftə birgə kütləvi aksiyalar keçirilməsi təşəbbüsü ilə çıxış edib. Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları da yaxın müddətdə kütləvi aksiyaların keçirilməsi üçün qərar veriblər. M.Qurbanlının sözlərinə görə, müxalifətin birgə, yaxud ayrı-ayrılıqda aksiyalar keçirməsi ilə heç nə dəyişməyəcək. “Belə bir misal var, toplananların yerini dəyişəndə cəm dəyişmir. Müxalifətin də birgə olub-olmaması ölkədə heç bir prosesə təsir göstərə bilməyəcək”, - deyə hakim partiya funksioneri əlavə edib. Onun fikrincə, müxalifət müəyyən dəstə ilə kütləvi aksiyaya çıxacaqsa, iştirakçıların sayında dəyişiklik baş verməyəcək: “Müxalifətin zəif olduğu aksiomdur”. Müxalifətə istədikləri yerlərdə aksiyalar keçirməyə razılıq verilməməsinə gəldikdə, M.Qurbanlı deyib ki, onların göstərdikləri yerlərdə aksiya keçirilməsi məqsədəuyğun sayılmır: “İnsanların bu gün işə gedib-gəldiyi, nəqliyyatın hərəkətinin sıx olduğu, o cümlədən, insanların istirahəti üçün nəzərdə tutulan yerlərdə kütləvi aksiya keçirilməsi də qanuni deyil. Ona görə aksiya qanun çərçivəsində müəyyən olunan yerlərdə keçirilməlidir”. M.Qurbanlı qeyd edib ki, əgər müxalifət partiyalarının tərəfdarları varsa, aksiyanın harada keçirilməsi əsas deyil. “Tərəfdar nədənsə narazıdırsa, istənilən yerə gedə bilər. Müxalifət, sadəcə, vətəndaşların sıx toplaşdıqları yerdə olanları öz tərəfdarı kimi göstərmək istədiyi üçün hazırda müəyyən olunan yerlərdə aksiya keçirməkdən imtina edir. Müxalifət məhz aksiyanı kütləvi keçirə bilmədiyinə görə insanların kütləvi toplaşdıqları yerlərə can atır”, - millət vəkili bildirib. İcra katibinin müavini deyib ki, hakim partiya da vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerlərdə aksiyalar keçirib: “Bizim hər bir tədbirimiz kütləvi olub. Azərbaycan azad, demokratik ölkədir və hər bir siyasi təşkilat qanun çərçivəsində müəyyən aksiyalar keçirə bilər”.

Paylaş:
Baxılıb: 924 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30