Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
16.04.2010 [09:34]
Son dövrlərdə baş verən siyasi proseslərdə Azərbaycan və Türkiyənin qarşılıqlı şəkildə maraqlarının müdafiə olunması, onların qardaşlıq və dostluq prinsiplərinə sadiqliklərini sübut edir. Türkiyəyə qarşı beynəlxalq səviyyədə təzyiq kampaniyasının başladığı bir vaxtda Azərbaycanın qardaş ölkəyə dəstək verməsi və həmin qüvvələrə qarşı Türkiyə ilə birgə mübarizə aparması, Ankaranın isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi qeyd olunan sadiqliyin nümayişidir. Amma görünür həm xarici qüvvələr, həm də onlardan hərtərəfli dəstək alan qardaş ölkənin bəzi nümayəndələri “Bir millət, iki dövlət”, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” prinsipləri üzərində mənəvi ruha əsaslanaraq möhkəm əlaqələr quran Azərbaycanla Türkiyənin bu münasibətlərinə qısqanclıqla yanaşırlar. Yəni, görünən odur ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycanla Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına yanaşmada prinsipial mövqelərindən dönməməsi bir çox qüvvələri narahat etməyə başlayıb. Həm Bakı, həm də Ankaranın Ermənistanla kommunikasiya xətlərinin açılması üçün əsas şərt kimi işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasını göstərməsi, yalnız bu iki dövlətə təzyiqləri artıran xarici güc mərkəzlərini deyil, bəzi daxili qüvvələri də qıcıqlandırır. Türkiyənin “Milliyət” qəzetinin 15 aprel tarixli sayında dərc olunmuş, yazar Mehmet Əli Birantın “Türkiye çırpınıyor, Azeriler ise hiç oralı değiller” sərlövhəli məqaləsi də məhz bu cür qısqanclığın göstəricisidir. Məqaləyə adi nəzər yetirmək kifayətdir ki, Ankara ilə Bakının Azərbaycanın ərazi bütövlüyü məsələsinə eyni mövqedən yanaşmasının müəllifdə necə əndişə və narazılıq yaratdığı hiss edilsin.
Müəllif yazır ki, Vaşinqtondakı sammit zamanı “R.T.Ərdoğan Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün bir tədbirdən digərinə qaçırdı”, ətrafda isə “ona dəstək verən bir azəri belə yox idi”.
Görünür, M.Ə.Birantın hamının bildiyi və dəfələrlə söylədiyi bir məqamdan ümumiyyətlə xəbəri yoxdur: Vaşinqton sammitini təşkil edən ABŞ administrasiyası Azərbaycanı bu tədbirdən təcrid etmək variantını seçib. Bütün səylərini Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etməyə yönəldən Ağ Ev, sammitdə iştirak edəcəyi halda, rəsmi Bakının mövqeyinin daha arqumentli və məntiqli səslənəcəyindən ehtiyatlanaraq, Azərbaycanın tədbirdə iştirakını istəməmişdi.
Hətta demokrat administrasiyasına yaxın olan “Vaşinqton post” qəzeti də 14 aprel sayında etiraf edir ki, Azərbaycanın sammitə dəvət olunmamasına səbəb, Ağ Evin rəsmi Bakının sərhədlərin açılmasına dair danışıqlara mane ola biləcəyindən ehtiyat etməsi ilə bağlıdır.
Elə isə, görəsən M.Ə.Birant Vaşinqtondakı tədbirlərdə hansı azəriləri axtarıb tapa bilməyib? Azərbaycan öz istəyi iləmi danışıqlara qatılmayıb? Bunun məsuliyyətini Azərbaycan daşıyır, yoxsa sammiti təşkil edən Ağ Ev?
Müəllif daha sonra narahatlığının əsas səbəbini açıq şəkildə göstərir: Türkiyənin Azərbaycanın maraqlarını müdafiə etməsi. Müəllif yazır: “Əgər Türkiyə yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət fərqli olardı”.
Göründüyü kimi, M.Ə.Birant və onun kimiləri Türkiyə ilə Azərbaycanın eyni mövqedən çıxış etməsindən narahatlıqlarını artıq gizlədə bilmirlər. Halbuki, Türkiyə hökumətinin Azərbaycanın ərazi bütövlüyü məsələsində Bakının yanında olması, torpaqların azad edilməsini və yüz minlərlə azərbaycanlının öz vətəninə dönməsini tələb etməsi olduqca təbiidir.
çünki Azərbaycanla Türkiyə “bir millət-iki dövlət” prinsipinə sadiqdir, bütün regional və qlobal problemlərə yanaşmada eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini birmənalı olaraq dəstəkləyir və s.
özü də iki dövlətin mövqeyinin üst-üstə düşməsi yalnız Dağlıq Qarabağ probleminə yanaşma ilə məhdudlaşmır. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları, qondarma “erməni soyqırımı” ilə bağlı apardığı qarayaxma kampaniyasına yanaşmada da Bakı ilə Ankara eyni mövqe nümayiş etdirirlər.
Hətta bu yaxınlarda ABŞ Konqresində qondarma “soyqırımı” ilə bağlı növbəti qətnamənin qəbulundan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Abdullah Gülə telefonla zəng edərək, birmənalı dəstəyini bildirməsi də, Milli Məclisin ABŞ və İsveç parlamentarilərinin qeyri-obyektiv qərarlarına etiraz bəyanatı yayması da, Vaşinqtonda türk diasporunun etiraz aksiyalarında Azərbaycan diasporunun aktiv iştirakı da bu mövqe birliyinin göstəricisidir. M.Ə.Birant və onun kimiləri unudurlar ki, Azərbaycan indiyədək üzləşdiyi bütün çətinliklər və təzyiqlərə rəğmən, ən müxtəlif proseslərdə Türkiyənin maraqlarının müdafiəçisi kimi çıxış edib. İstər Bakı-Tbilisi-Ceyhan, istər Bakı-Tbilisi-Ərzurum, istərsə də Azərbaycanın əsas iştirakçısı olduğu digər strateji enerji və nəqliyyat layihələrinin reallaşması zamanı Azərbaycan yalnız özünün deyil, həm də qardaş Türkiyənin maraqlarının müdafiəçisi qismində çıxış edib.
Türkiyənin maraqlarının tanınması naminə, Azərbaycan da çox təzyiqlərə dözüb və öz prinsipial mövqeyindən imtina etməyib. Heç zaman da M.Ə.Birant kimilərinə xas olan “Əgər Azərbaycan yalnız öz maraqları haqda düşünsəydi, indi vəziyyət fərqli olardı” kimi fikirlər səsləndirməyib və səsləndirməz. Bu gün məhz həmin prinsipiallığın nəticəsidir ki, Türkiyə ilə Azərbaycan birlikdə regionda reallaşan bütün enerji və nəqliyyat layihələrinin iştirakçısıdırlar.
Odur ki, təzyiqlərə və basqılara rəğmən, Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycan naminə prinsipiallıq nümayiş etdirməsi, bir-birinə arxa durması iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini təşkil edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də Azərbaycan prinsipial mövqeyini daim nümayiş etdirir, bunun üçün bütün səylərini əsirgəmir və bu məsələdə qardaş Türkiyənin verdiyi dəstəyi daim hiss edir.
M.Ə.Birant və onun kimilərinin arxasında duran qüvvələrin iki ölkə arasında münasibətləri korlamaq cəhdləri isə həmişə elə cəhd olaraq qalacaq. çünki onların əqidəsi və məsləklərinin nə olduğunu həm Azərbaycan, həm də Türkiyə xalqı çox yaxşı bilir.
Ramil Vəlibəyov
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

