Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov Fransa Milli Assambleyasının üzvü Terri Marianinin başçılıq etdiyi nümayəndə qrupunu qəbul edib

Əli Əhmədov Fransa Milli Assambleyasının üzvü Terri Marianinin başçılıq etdiyi nümayəndə qrupunu qəbul edib

16.04.2010 [09:41]

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov dünən Fransa Milli Assambleyasının deputatı, Fransanın Avropa İttifaqındakı nümayəndə heyətinin vitse -prezidenti və ATƏT Parlament Assambleyasının üzvü Terri Marianinin başçılıq etdiyi nümayəndə heyətini partiyanın mənzil qərargahında qəbul edib.
Görüşdə Azərbaycan ilə Fransa Respublikaları, eləcə də hakim partiyalar arasındakı qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri, bu istiqamətdə aparılan danışıqlar haqqında söz açılıb.
YAP Sədrinin müavini Əli Əhmədov son illər Azərbaycanda gedən iqtisadi inkişaf və onun nəticələri haqqında məlumat verib, qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazanmaq üçün partiyanın həyata keçirdiyi faəliyyəti qonaqların diqqətinə çatdırıb.
Səmimi söhbət əsasında aparılan görüşdə Fransa nümayəndə heyətinin üzvləri - Fransa Milli Assambleyasının deputatı, Fransanın ATƏT - in Parlament Assambleyasındakı nümayəndə heyətinin prezidenti Mişel Vosan və Fransa Milli Assambleyasının deputatı Erik Rault iştirak ediblər.

Paylaş:
Baxılıb: 1097 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30