Keyfiyyətsiz malların satışına qarşı mübarizə gücləndirilir
20.04.2010 [09:13]
İstehlaka yararsız olan məhsulların satışının qarşısının alınması məsələsi ölkəmizdə daim diqqət mərkəzindədir. Məlum olduğu kimi, Azərbaycanda özəl sahibkarlığın sürətlə inkişaf etdiyi bir vaxtda yeni istehsal sahələri yaradılır, minlərlə müəssisələr fəaliyyətə başlayır. ölkədaxili məhsulun istehsalındakı artım istər-istəməz həmin məhsullara olan nəzarətin miqyasının da genişləndirilməsini labüd edir. Birbaşa əhalinin sağlam həyat şəraitinə təsir edən faktor olduğundan bu məsələ ciddi nəzarət və müvafiq istiqamətdə qanun pozuntusu hallarına qarşı sərt tədbirlərin görülməsini tələb edir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirəsində çıxış edən Prezident İlham Əliyev sözügedən problemə toxunaraq nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib: “Keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalıdır, nəzarət gücləndirilməlidir. Son zamanlar bu nəzarət daha da güclüdür. Bunu biz də görürük, ictimaiyyət də görür”.
Qeyd etmək lazımdır ki, ölkəmizdə keyfiyyətsiz məhsulların satışı ilə mübarizə bir neçə istiqamətdə aparılır. Belə ki, dövlət orqanları həm respublika ərazisinə keyfiyyətsiz malların gətirilməsinin, həm də ölkə daxilində istehsal olunan istifadəyə yararsız məhsulların satışa çıxarılmasının qarşısının alınmasına çalışır. Eyni zamanda, istifadə müddəti başa çatmış məhsulların satışdan çıxarılması da prioritet məsələlərdəndir. Bu istiqamətdə aparılan işlərlə əsasən İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. Keyfiyyətsiz malların aşkar edilməsinin ən səmərəli üsulu monitorinqlərdir. Respublikanın müxtəlif rayonlarında mütəmadi qaydada keçirilən monitorinqlər cari ildə də davam etdirilir. Məlum olduğu kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətin, keyfiyyətsiz malların satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri həyata keçirir. Rəsmi məlumatlara görə, 2010-cu ilin birinci rübündə Dövlət Xidməti tərəfindən 329 ticarət obyektində monitorinq keçirilib. Monitorinq keçirilən obyektlərin 312-sində qanun pozuntusu aşkar edilib. Görülən tədbirlər nəticəsində, əsasən, ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq, konservləşdirilmiş məhsullardan ibarət, ümumilikdə, 158,5 ton istifadəyə yararsız olan məhsul satışdan çıxarılıb. Həyata keçirilən tədbirlər ölkənin müxtəlif bölgələrini, o cümlədən, Bakı şəhərinin Xətai, Səbail, Binəqədi, Yasamal rayonlarını, həmçinin, Şəki, Naftalan, Xaçmaz, Gəncə şəhərlərini əhatə edib. İşlər təkcə zərərli məhsulların satışdan çıxarılaraq məhv edilməsi ilə yekunlaşmır. Qanun pozuntularının gələcəkdə təkrarlanmasının qarşısının alınması məqsədilə keyfiyyətsiz məhsullar istehsal edən və satışını təşkil edən müəssisələr cərimə olunurlar.
Bütün bu işlərin görülməsində əsas məqsəd istehlakçıları həyat və sağlamlıq üçün xeyirli məhsullarla təmin etməkdir. Lakin keyfiyyətə nəzarət təkcə qida sənayesi sahəsi ilə məhdudlaşmır. Bildiyimiz kimi, 2010-cu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan yanacaq məhsulları Avro-2, yəni Avropa standartlarına uyğun olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, dövriyyəyə buraxılan neft məhsullarının keyfiyyətinə nəzarətin səmərəli təşkili məqsədi ilə bu sahədə müasir laboratoriyaların inşasına başlanılıb. ümumiyyətlə, təkcə yanacaq məhsulları sahəsində deyil, yeyinti məhsulları, turizm, informasiya texnologiyaları tikinti materialları sahələrində də Avropa standartları etalon kimi götürülüb.
Qeyd etmək lazımdır ki, təkcə ölkəyə gətirilən və ölkədə istehsal olunan malların deyil, eyni zamanda ixrac məhsullarının da keyfiyyətinə nəzarət olunur. çünki məhz keyfiyyətli məhsul dünya bazarlarında rəqabətə davamlı olur. Bunun üçün Milli Etalon Mərkəzi yaradılıb. Mərkəzin iqtisadiyyatın öncül sahələrini əhatə edən elektrik, kütlə, təzyiq, fiziki-kimyəvi və temperatur üzrə dövlət etalonları laboratoriyaları yaradılmaqdadır. Əsas məqsəd Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini ən yaxşı səviyyəyə qaldırmaqdır.
Sevindirici haldır ki, görülən işlərin müsbət nəticələri artıq müşahidə olunmaqdadır. Buna misal olaraq Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətinə beynəlxalq aləmdə yüksək qiymət verilməsini göstərmək olar. Belə ki, ötən il MDB çərçivəsində keyfiyyət üzrə keçirilən müsabiqənin nəticələrinə görə, Azərbaycan şirkətləri 4 nominasiyadan 3-ündə birinci yer tutub, bir şirkətimiz isə müsabiqənin laureatı elan olunub.
Beləliklə, keyfiyyətsiz malların satışına qarşı mübarizədə həyata keçirilən tədbirlər uğurlu nəticələr verməkdədir. Sözsüz ki, azad bazar iqtisadiyyatının, orta və kiçik sahibkarlığın inkişaf etdiyi bir vaxtda keyfiyyət məsələsi daim nəzarətdə saxlanılacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

