Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Küveyt parlamentinin qadın deputatları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar

Küveyt parlamentinin qadın deputatları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılıblar

21.04.2010 [09:17]

Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti dünən Heydər Əliyev Fondunda olublar. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Qonaqlar görkəmli siyasi və dövlət xadiminin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara maraqla baxıblar. Məlumat verilib ki, Fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun  və İSESKO-nun xoşməramlı səfiridir. Küveyt nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mübarək Fondun xatirə kitabına ürək sözlərini yazıb. Qonaq Fonda xatirə hədiyyəsi təqdim edib.

Paylaş:
Baxılıb: 1149 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30