Müxalifət milli məsələlərdə xalqına və dövlətinə qarşı dayanıb
04.05.2010 [10:02]
Azərbaycan müxalifətinin radikal qanadı son günlərdə atdığı addımlarla yenidən iç üzünü açdı. Hər zaman maraqlı xarici qüvvələrin əlində oyuncağa çevrilməyə öyrəşmiş bu kəsimin təmsilçiləri hazırki siyasi durumda da ölkəmizə qarşı olan güclərin “dəyirmanına su tökməklə” məşğuldurlar. Okeanın o tayından gələn əmrlərə sözsüz tabe olan düşərgə təmsilçiləri ölkəmizə qarşı siyasi təzyiqlərin önündə yer almaqdan sanki “qürur” duyur. Bu gün Dağlıq Qarabağ probleminin ədalətli həllinə mane olmaq üçün Azərbaycana qarşı təzyiqlərin edildiyi hər kəsə bəllidir. Hətta bizimlə yanaşı bu gün qardaş Türkiyə də analoji təzyiqlərlə üz-üzə qalıb. Təbii ki, Azərbaycan-Türkiyə birliyi bu təzyiqlərin qarşısında mətinliklə dayanır. Azərbaycan hakimiyyəti öz qətiyyətli və haqlı mövqeyindən bir addım da geri çəkilmir. Məhz bu qətiyyətli mövqe xalqımızla hakimiyyətin birliyinin daha da möhkəmlənməsinə yol açıb. Xalq öz iradəsi ilə formalaşdırdığı hakimiyyətin bu mövqeyini dəstəkləyir. ölkəmizin tərəqqi və inkişafından narahat olan xarici qüvvələr isə bu birliyə kölgə salmaq üçün yenidən satqınlığa meyilli müxalifət partiyalarından istifadə etməyə çalışır.
Siyasi aktivlik, yoxsa siyasi satqınlıq?
Əslində, xarici qüvvələrin və onların Azərbaycandakı buyruq qullarının fəallaşması heç də təsadüfi deyil. Belə ki, bu il ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Bununla əlaqədar Azərbaycanda siyasi fəallığın artması təbii qarşılanmalıdır. Amma radikal müxalifət düşərgəsindəki qüvvələrin bu fəallığı öz istəkləri müstəvisində, yəni, siyasi aktivliklə satqınlığı paralel şəkildə inkişaf etdirmək arzusu onların gerçək məramının nə olduğunu açığa çıxarır. çünki parlament seçkilərinin təbliğat dövrünə hələ aylar qalmış bu partiyaların məhz yuxarıda qeyd etdiyimiz məramlara xidmət edən şüarlarla qanunsuz aksiyalar keçirəcəklərini bəyan etmələri bütün qaranlıqlara işıq salır. Halbuki, hələ bir ay bundan qabaq parlament seçkiləri ilə bağlı düşərgə təmsilçilərinin rəhbərləri fərqli fikirlər bildirirdilər.
İkinci bir tərəfdən əgər bu aksiyalar parlament seçkiləri ilə əlaqədardırsa, niyə şəhər meriyası tərəfindən təyin olunan yerlərə etiraz edilir? Müxalifətin məramı seçkidirsə, irəli sürülən şüarlar da seçki ilə bağlı olmalıdır, düşərgə partiyalarının rəsmiləri öz nəzarətlərində olan qəzetlərdə öz seçki konsepsiyalarını xalqa açıqlamalıdırlar. Amma bir neçə gün öncə qanunsuz aksiya cəhdi zamanı Obamadan imdad dilənməsi bu partiyaların nə istədiklərini ortaya qoyub. Onlar bir daha Azərbaycan dövlətçiliyinin imicinə xələl gətirmək üçün növbəyə dayandıqlarını sübut ediblər.
Azərbaycan müxalifətinin xarici kəşfiyyat orqanları ilə işbirliyində olması faktı da elə onların öz dilindən səslənib. Dünən bir-birilərinə satqın deyənlərin bu gün bir arada olmasının isə yalnız bir məntiqi izahı var-onların hamısı maddi və şəxsi maraqların əsirinə çevriliblər. Bununla yanaşı, müxalifət hər zaman olduğu kimi hakimiyyət mübarizəsi ilə dövlətçilik prinsipini qarışdırır. Bu gün iqtidarda olan partiya ilə seçkidə açıq rəqabətə girməyə cəsarət etməyən bu siyasi partiyacığazlar çıxış yolunu yalnız dövlətçiliyimizə qarşı olan qüvvələrlə işbirliyində görür.
Müxalifət işğalçı Ermənistanı dəstəkləyənlərin əlaltısına çevrilib...
Bu, bir həqiqətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləmdə fəallıq artıb. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün alternativ vasitələrdən istifadə etməyə hazır olduğunu bütün dünyanın, ilk növbədə, Ermənistanın diqqətinə çatdırıb. Rəsmi İrəvan və onun “dayılarının” kürkünə birə də məhz bu üzdən düşüb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açıq şəkildə heç bir zaman ölkəmizin öz ərazilərini güzəştə getməyəcəyini və hərbi yolla da olsa torpaqlarımızın işğaldan azad ediləcəyini bildirib. Xalq öz rəhbərinin arxasında dayanır. Maraqlıdır ki, bütün bunların fonunda müxalifət düşərgəsinin təmsilçiləri Dağlıq Qarabağ probleminə görə ölkəmizə olan təzyiqlərdən siyasi rıçaq kimi istifadə etmək istəyir. Radikal müxalifətin təmsilçiləri hətta Qərblə açıq sövdələşməyə gedirlər ki, Dağlıq Qarabağ məsələsində xalqına və dövlətinə qarşı mövqe tutulmasının qarşılığında onlara qrant ayrılsın, maddi köməklik olunsun. Bundan sonra isə “vətənpərvərlik”, “milli birlik” kimi mənası böyük, amma onlara aidiyyəti olmayan fikirlər ixrac edirlər. Xalq onların bu satqın mövqeyini görüb, onları dəstəkləyərmi? Maraqlıdır ki, onlar bəzi məqamlarda xarici dövlətlərin Dağlıq Qarabağ problemində Ermənistana açıq şəkildə ədalətsizcəsinə dəstək olmasına sevinirlər. Bəs harada qaldı sizin “millətçiliyiniz”? Demək onların apardığı savaş millət, dövlət uğrunda savaş yox, cib və şəxsi maraqlar savaşıdır...
Xalqının marağını qoruyan hakimiyyət hər zaman qalibdir!
Lakin xalqı, dövləti pula, vəzifəyə satanların nə iş görməsindən, gündə neçə dəfə kimlərə satılmasından asılı olmayaraq, Azərbaycan hakimiyyəti öz qətiyyətli mövqeyindən bir addım geri çəkilmək fikrində deyil. çünki hakimiyyət xalqın mənafeyi uğrunda çalışır. Müxalifət isə hər zaman olduğu kimi, bu gün də xalqın qarşısında üzüqara olduğunu aşkar nümayiş etdirir. Onlar sanki 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətdən getmələrinin acığını hələ də bu millətdən çıxmağa çalışırlar. Yəqin ki, bu səbəbdən də bütün məqamlarda dövlətin, millətin maraqlarına zidd tərəfdə yer alırlar, sabitliyin pozulmasına çalışırlar. Təbii ki, məğlub olduqlarını işin başından anlayıblar. Bununla belə, “dayılarının” pulu bada getməsin deyə, küçələrdə Obamanın adına “xütbə oxumağa” davam edirlər... Dərd orasındadır ki, bu satqınlıqdan da fərəhlə danışırlar...
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

