"KİV-lərdə müəlliflik hüququ: problemlər və həlli yolları"
15.05.2010 [08:31]
Dünən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində (MHA) Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə “Kütləvi informasiya vasitələrində (KİV) müəlliflik hüququ: problemlər və həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə açan MHA-nın sədri, professor Kamran İmanov bildirib ki, “dəyirmi masa”nın məqsədi mətbuatda müəlliflik və informasiya hüquqlarına riayət edilməsi sahəsində yaranan problemləri müzakirə etmək, onların aradan qaldırılması istiqamətində əməkdaşlığın gücləndirilməsidir. Məsələ ondadır ki, KİV-in fəaliyyət məkanı - informasiya və yaradıcılıq məkanıdır və KİV müəllif-hüquq və informasiya hüququ sisteminin subyektlərindən biridir. Müəllif-hüquq obyektləri informasiyanın müəyyən növü olmaqla, informasiyadan, xüsusən ilkin informasiyadan ciddi surətdə fərqlənirlər. İlkin informasiyaya “xəbərlər formatı” da deyirlər. Başqa sözlə, “informasiya” dedikdə faktlar, hadisələr, olaylar haqqında bildirişlər başa düşülür. Bu informasiya yaradıcılıq əlaməti olmayan, “şəxssizləşdirilmiş” məlumatdır. Müəlliflik hüququnun obyekti olan əsərlərə gəldikdə isə, buradakı informasiya şərh, təhlil, yaradıcılıq əlamətləri vasitəsilə jurnalist tərəfindən işlənib fərdiləşir, subyektiv fikir və mülahizələrlə zənginləşdirilir.
Azərbaycan dövlətinin jurnalist fəaliyyətinə, KİV-in inkişafı ilə bağlı məsələlərə böyük diqqət və qayğı ilə yanaşdığını söyləyən Kamran İmanov deyib ki, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı və 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı respublikada müstəqil mətbuatın inkişafında yeni mərhələ açıb. Dövlətimizin başçısı rəsmi orqanlarla KİV arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsini, KİV-in iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılmasını, vətəndaş cəmiyyəti quruculuğunda KİV-in rolunun genişləndirilməsini qarşıya bir vəzifə kimi qoyub. Odur ki, hüquqi savadlılıq və vətəndaşlıq şüuru yeniləşən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
KİV-in cəmiyyət və hüquqi siyasət arasında vasitəçi kimi mərkəzdə durması, ictimai proseslərə böyük təsir göstərməsi jurnalistlərdən peşəkarlıq səviyyəsinin yüksəkliyini və hüquqi biliklərini tələb edir. Məlumatlardan ədalətli istifadə, cəmiyyəti məlumatlandırmaq məqsədi ilə, kütləyə səliqəli və məsuliyyətli müraciət edilməsi ilə bağlı jurnalistlərin hüquqi biliklərinin yüksək səviyyədə olması - məsələnin bir tərəfidir. Jurnalistlərin və KİV-in ümumiyyətlə müəllif-hüquq məkanında çalışması və bununla öz məhsulunun hazırlanmasında hüquqi biliklərinin artırılması isə məsələnin digər tərəfidir.
Təcrübədən irəli gələn bir həqiqətdir ki, fakt və olayların hüquqi qiymətləndirilməsi hələlik istənilən səviyyədə deyil, üstəlik jurnalist məhsulunun yaradılmasında, yaradıcı prosesin nəticələrində hüquq pozuntuları özünü büruzə verir.
Araşdırmalarımız göstərir ki, mətbuat ən çox hüquqlar pozulan sahələrdən biridir. Deməli, hüquqi maarifləndirməyə böyük ehtiyac duyulur, böyük tələbat var.
Sonra Kamran İmanov diqqətə çatdırıb ki, müəlliflik hüququnun yaranmasının başlıca səbəbi yaradıcılığın fərddən ayrılmaz və ən “məxsusi” olan mülkiyyət yanaşmasından və cəmiyyətin, hamımızın aldığı fayda və xeyrin dərk edilməsindən irəli gəlir. çünki yaradıcılıq intellektual dəyərlərin yeganə mənbəyidir və insanların təbii resurslarının məhsuludur. Müəlliflik hüququ hüququn ümumilik prinsiplərinə əsaslanaraq cəmiyyətin hər bir üzvünə şamil olunur, hər şəxsə aid edilir və bununla da hər bir insanın bənzərsizliyini, təkrarolunmazlığını təsdiqləyir. özü də müəlliflik hüququ yaradıcı prosesi tənzimləmir. Odur ki, söz azadlığını, mətbuat sərbəstliyini başda tutan jurnalist ordumuz azadlığın, sərbəstliyin nəticələrini qoruyan müəlliflik hüququna hörmət və ehtiramla yanaşmalıdır. Söz azadlığını ifadə edənlər yaradıcılıq azadlığının nəticələrinə riayət etməlidirlər.
Mütəxəssislərin fikrincə, informasiya agentliklərində ən çox məsrəflər tələb edən “xəbərlər formatı”dır. Bu iş çoxlu müxbir və infrastruktur tələb edir. Bu, həm də informasiya toplayıcıları olan jurnalistlərin ağır əməyidir. Lakin qanunvericilik hadisələr və faktlar haqqında informasiya xarakterli xəbərləri müəlliflik hüququnun obyektləri kimi qorumur. Belə olanda, hansısa eksklüziv xəbər dərhal başqa internet KİV-də köçürülərək təkrar və çox zaman istinadsız dərc olunur. çoxları belə fikirləşirlər, bir halda ki, yeni xəbərlərlə bağlı informasiya müəlliflik hüququ ilə qorunmur, onları sakitcə istifadə etmək olar. Bundan əlavə, peşəkar jurnalist üçün xəbərləri öz sözləri ilə yazmaq, onu orijinalla müqayisədə az tanınan hala salmaq və heç bir ilkin mənbəyə istinad etmədən öz saytında yerləşdirmək elə də çətin iş deyildir. Lakin özgə əməyini mənimsəyənlər, başqalarının məhsulundan qeyri-qanuni istifadə edənlər “Haqsız rəqabət” haqqında Qanuna müvafiq olaraq məsuliyyət daşıyırlar.
çıxışının sonunda MHA-nın sədri diqqətə çatdırıb ki, hüquqi maarifləndirmə işi qurumun fəaliyyətində xüsusi yer tutur. Biz KİV nümayəndələri ilə silsilə görüşlərə başlayaraq ümid edirik ki, mətbuat məkanındakı hüquqi tənzimləməyə kiçik də olsa, öz töhfəmizi verə biləcəyik.
MŞ-nin sədri Əflatun Amaşov mövzunun aktuallığından danışıb, KİV-lərdə müəllif hüquqlarının pozulması ilə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirib ki, bu tədbirlər müəllif hüquqlarının qorunması və jurnalistlərin maarifləndirilməsi sahəsində olduqca əhəmiyyətlidir.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev Azərbaycan mətbuatının yaranmasının 135 illiyi ərəfəsində təşkil edilən “dəyirmi masa”nın əhəmiyyətini nəzərə çarpdırıb, KİV-lərdə müəllif hüquqlarının qorunması istiqamətində tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Müəllif hüquqlarının qorunması olduqca aktual məsələdir və bu sahədə qüvvələri səfərbər etmək, birləşdirmək lazımdır. Bütün KİV-in də borcu bu qaydalara riayət etməkdir.
Tədbirdə K.İmanovun “KİV və müəlliflik hüququ: imkanlar və problemlər” mövzusunda məruzəsi maraqla dinlənilib.
Mövzu ilə əlaqədar digər çıxış edənlər KİV-lərdə müəlliflik hüququnun pozulması ilə bağlı rast gəldikləri faktlardan danışıb, problemin həlli istiqamətində rəy və təkliflərini veriblər.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

