Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Səs" qəzetinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı xüsusi buraxılışı nəşr olunub

"Səs" qəzetinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı xüsusi buraxılışı nəşr olunub

08.05.2010 [13:33]

Geniş oxucu auditoriyasına malik olan “Səs” qəzeti cəmiyyət üçün önəmli yubileylər ərəfəsi, xüsusi buraxılışlar, multimedia diskləri hazırlamağı bir ənənə halına çevirib. Ulu öndər Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı nəşr olunmuş 24 səhifəlik “Səs” qəzetinin xüsusi buraxılışında ümummilli liderin həyat və fəaliyyəti, Onun keçmiş olduğu böyük yol, Yeni Azərbaycan Partiyasının yaradılması və Müstəqil Azərbaycan dövlətinin əsas prinsipləri nəşr olunub. Həmçinin, xüsusi buraxılışda Ulu öndərimiz Heydər Əliyevin xalq və dövlət qarşısında tarixi xidmətlərindən bəhs olunub, ölkəmizin səhiyyə, təhsil, mədəniyyət, ordu quruculuğu, xarici siyasət və digər sahələrdə əldə olunan nailiyyətləri əhatə edən yazılar dərc edilib. Nəşrin üz qabığında Ulu öndərimiz Heydər Əliyevin tarixi fikirləri yer alıb. Həmçinin, xüsusi buraxılışın birinci və ikinci səhifələrində dünyanın aparıcı liderləri ilə ümummilli liderimiz Heydər Əliyevin görüşləri, növbəti səhifələrdə isə Ulu öndərin ömür xronologiyası əks olunub. Xüsusi buraxılışda, “Milli Təhlükəsizliyin keşiyində”, “Dünyamiqyaslı böyük şəxsiyyət”, “Milli Qurtuluş Mübarizəsi”, “Daim Azərbaycan naminə çalışan böyük şəxsiyyət”, “Heydər Əliyev ideyalarının siyasi varisliyi: davamlı inkişafın yeni tarixi mərhələsi” və digər məqalələri oxumaq mümkündür.

Paylaş:
Baxılıb: 998 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30