ATƏT-in Minsk qrupu qarşıdakı dövrdə öz fəaliyyətini hansı istiqamətdə qura bilər?
06.05.2021 [08:23]
44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, eyni zamanda, tarixi ədalətin təmin olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu.
Beləliklə, uzun müddət münaqişənin nizamlanması ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmək funksiyası daşıyan ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti nəticəsiz oldu. Ekspertlərin də vurğuladıqları kimi, Azərbaycan məhz öz milli gücü, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etdiyinə görə ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur.
Yeri gəlmişkən, bu günlərdə Fransanın Yerevandakı səfiri bildirib ki, Fransa və Rusiya prezidentləri telefon danışığı zamanı ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Amma qeyd etdiyimiz kimi, münaqişə artıq həll edilib, ATƏT-in Minsk qrupu isə 30 illik fəaliyyəti dövründə heç bir müsbət irəliləyişə nail olmayan qurum kimi yaddaşlara həkk olunub. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, erməni lobbisinin təsiri altında olan Fransa hakimiyyətinin və parlamentinin ermənipərəst mövqe sərgiləməsi inkaredilməz həqiqətdir. Azərbaycan cəmiyyəti bu ermənipərəst mövqeyin qəbuledilməz olduğunu və heç bir praktiki nəticəyə gətirib çıxarmayacağını qətiyyətlə bəyan edir.
Təbii ki, indi ictimai rəydə müzakirə predmetinə çevrilən məqamlardan biri ATƏT-in Minsk qrupunun bundan sonra hansı funksiyanı yerinə yetirəcəyi məsələsidir. Əlbəttə, bundan sonra həmsədrlərin öz fəaliyyətlərini bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə qurmaları daha məqsədəmüvafiq olar.
Bütövlükdə, keçmiş münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində vasitəçilik missiyası iflasa uğrayan ATƏT-in Minsk qrupu postkonflikt dövründə varlığını göstərmək istəyirsə, yeni reallıqları nəzərə almalı, hazırkı gerçəkliklər əsasında perspektivə baxaraq yuxarıda qeyd etdiyimiz məsələlər ətrafında faydalı təklif və təşəbbüslərlə çıxış etməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
17 İyul 11:42
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34

