/ / Azərbaycan hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ən operativ və effektiv addımlar atmaqdadır
Azərbaycan hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ən operativ və effektiv addımlar atmaqdadır
18.05.2010 [10:12]
Qlobal iqlim dəyişiklikləri dünyanın əksər ölkələrində dağıdıcı fəsadlar törətməkdə və fəlakət nəticəsində minlərlə insan öz evini itirməkdədir. Amerika, Fransa, İspaniya, çin, Yaponiya, Almaniya, Türkiyə, Rusiya kimi inkişaf etmiş dövlətlərdə sel və daşqınların vurduğu zərərlərin məbləği daha böyükdür. Qeyd olunan ölkələrin əksəriyyətində əhalinin fəlakət zonasından çıxarılması sahəsində ciddi problemlər müşahidə olunmaqdadır, hətta insanların ölüm halları artmaqda davam edir. Eyni zamanda, bu ölkələrdə əhalinin evakuasiya olunması, onların çadır düşərgələrinə köçürülməsi, məişət qayğılarının həll edilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır.
Kəskin hava şəraitinin intensivləşdiyi Azərbaycan da sel və daşqınlardan sığorta olunmadığından ölkəmizin bir sıra rayonlarında subasma halları baş verib. Fəlakət nəticəsində infrastruktur, yaşayış və inzibati binalara ziyan dəyib, təsərrüfat sahələrində problemlər yaranıb. Təbii fəlakət baş verən andan bütün dövlət orqanlarını səfərbər edən Azərbaycan hökuməti təxirəsalınmaz tədbirlər görməklə insanların təhlükəsizliyini təmin edib, onların üzləşdikləri çətinlikləri aradan qaldırıb. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq gücləndirilmiş iş rejimində işləyən dövlət strukturları operativ və effektiv addımlar atmaqla əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə əhatə olunmaları üçün davamlı tədbirlər görüb və bu proses davam etməkdədir.
Prezident İlham Əliyev təbii fəlakət baş verən ilk günlərdən etibarən mövcud vəziyyəti daim nəzarət altında saxlayaraq problemin həlli məqsədilə davamlı addımlar atıb. Dövlət başçısı hökumət üzvlərinin iştirakı ilə müşavirə keçirib və təxirəsalınmaz tədbirlər görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinin hadisə bölgəsinə ezam olunmasını tapşırıb. Prezident sel fəlakətinin fəsadlarının aradan qaldırılması üçün bütün lazımi tədbirlərin görülməsi və insanların yaxşı həyat şəraitinin təmin olunması üçün hər cür köməkliklərin göstərilməsini bildirib. Hər an vəziyyətlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verən dövlət başçısı insanların mövcud durumunu öyrənmək üçün hadisə bölgəsinə səfər edib. Prezident İlham Əliyevin Şirvandakı çadır düşərgəsində müvəqqəti məskunlaşmış Sabirabad rayonunun sakinləri ilə görüşərək onların vəziyyəti ilə yaxından tanış olması həmin insanlarda böyük ruh yüksəkliyini artırıb, dövlət başçısına olan inam və sevgilərini daha da gücləndirib. Təbii fəlakətdən zərər çəkən insanlar ölkə başçısının bu diqqət və qayğısını yüksək qiymətləndiriblər, bu ağır gündə onlarla bir yerdə olmasından böyük məmnunluq duyduqlarını ifadə ediblər. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin verdiyi vədlərə həmişə sadiq qaldığını və insanların yaxşı yaşamaları üçün var gücü ilə çalışdığını böyük qürur hissi ilə qeyd edirlər. Azərbaycan Prezidentinin bu addımları bir daha göstərir ki, dövlətimizin başçısı bütün ümummilli məsələlərdə vətəndaşlarla bir yerdədir, Onun üçün ali məqsəd insanların yaxşı yaşamaları, hər cür qayğı ilə əhatə olunmalarını təmin etməkdir.
Qeyd edək ki, təbii fəlakətin baş verdiyi bir sıra dövlətlərdə hökumət orqanlarının gördüyü işlərə baxmayaraq, insanların sosial şəraiti ilə bağlı çətinliklər hökm sürür. Həmin ölkələrdə dövlət və hökumət başçısının hadisə yerində olmaması, müvafiq orqanların işinin səfərbər olunması üçün ciddi addımlar atmaması mövcud çətinliklərin yaranmasında rol oynayır. Bu ölkələrin bəzilərində insanların başqa yerə köçürülməsi işində belə ciddi problemlər müşahidə olunur, onların lazımi ərzaq və tibbi xidmətlərlə təmin olunmalarında çətinliklər nəzərə çarpır. Azərbaycanda isə ölkənin rəhbəri başda olmaqla, nazirlər və icra strukturlarının başçıları təbii fəlakətlərin baş verdiyi ilk gündən etibarən hadisə bölgəsində effektiv işlər görməkdədir.
Xatırladaq ki, fəlakətə məruz qalmış insanların məskunlaşması, geyimlə təmin olunması, məişət qayğıları, sağlamlıqlarının qorunması, ərzaq təminatı dövlət hesabına həll edilib. Hökumətin ayırdığı vəsaitlər hesabına onlara gündə 3 dəfə isti yemək verilir, tibbi xidmət göstərilir və insanların bütün problemləri maksimum dərəcədə həll olunur. Bu məqsədlə, həmin ərazilərdə 24 saat fasiləsiz işləyən operativ qərargahlar qurulub. Daxili İşlər Nazirliyinin 500 nəfər və Fövqəladə Hallar Nazirliyinin isə 600-dən çox əməkdaşı qəsəbələrin, kəndlərin mühafizəsi ilə məşğuldur. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi mal-qarasını seldən xilas etmiş insanlara müvafiq köməkliklər göstərir. Fövqəladə Hallar Nazirliyinin 2 min nəfər şəxsi heyəti və 700-ə qədər texnikası Sabirabad, Saatlı, Neftçala, Salyan, Kürdəmir, Zərdab zonalarında çalışır.
Göründüyü kimi, hökumət təbii fəlakətin qarşısının alınması üçün fasiləsiz iş rejimində çalışır. ölkəmizdə əhalinin təhlükəsizliyinin təmin olunması, onların sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi və iaşə xidmətləri ilə ən yüksək səviyyədə əhatə olunmaları üçün davamlı tədbirlər görülməkdədir. Onu da qeyd edək ki, dövlət başçısının ciddi nəzarəti, müvafiq nazirlik və komitələrin rəhbərlərinin hadisə yerində operativ şəkildə fəaliyyət göstərməsi, intensiv tədbirlərin gücləndirilməsi öz mühüm nəticələrini verməkdədir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

