/ / Cavid Osmanov: Azərbaycanın qazandığı parlaq nailiyyətlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir
Cavid Osmanov: Azərbaycanın qazandığı parlaq nailiyyətlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir
26.05.2021 [09:31]
“Azərbaycan müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə, dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş və öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi daxil olur. Bütün bu uğurların, möhtəşəm nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik, uzaqgörən siyasəti, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi dayanır”. Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Cavid Osmanov bildirib ki, ölkəmiz müstəqillik illərində böyük inkişaf yolu keçib. Bu inkişaf bütün sahələri əhatə edir. Dövlət müstəqilliyinin bərpasının 30 illiyini qeyd etməyə hazırlaşan xalqımız öz tarixinin möhtəşəm dövrünü yaşayır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın qazandığı parlaq nailiyyətlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir: “Bu faktı 28 May - Respublika Günü münasibətilə cənab Prezident İlham Əliyevə xarici ölkələrin dövlət başçılarının ünvanladığı təbrik məktublarından da görmək mümkündür. ABŞ Prezidenti Cozef Bayden təbrik məktubunda bildirir ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Bütövlükdə, ötən illər ərzində Azərbaycan uğurlu neft strategiyası, enerji siyasəti həyata keçirməkdədir. ABŞ Prezidentinin bu mövqeyi də ölkəmizin bu istiqamətdə reallaşdırdığı düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Eləcə də Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələr sırasındadır ki, bu amil də Prezident Baydenin məktubunda vurğulanır”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu da oynayır. Ölkəmizin fəal təşəbbüsü və müəllifliyi ilə qlobal xarakterli nəqliyyat və kommunikasiya layihələri həyata keçirilir. Eyni zamanda, ölkəmiz dünyanı bürümüş COVID-19 pandemiyası ilə qlobal mübarizəyə öz töhfələrini verir. “Bütün bu məsələlərdə Azərbaycanın mövqeyi və oynadığı rol dünya liderləri tərəfindən yüksək dəyərləndirilir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Çin Xalq Respublikasının Sədri Si Cipenin 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladıqları təbrik məktublarında ölkəmizin qlobal təşəbbüsləri təqdir olunur. Bu təbrik məktubları, həmçinin beynəlxalq müstəvidə Azərbaycan Prezidentinin şəxsi nüfuzunun nə dərəcədə yüksək olmasının ifadəsidir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20

