Milli Məclisin növbəti iclası keçirilib
26.05.2021 [09:36]
İclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsi birinci oxunuşda qəbul olunub
Mayın 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova gündəlik barədə məlumat verdikdən sonra iclasın 18 məsələdən ibarət gündəliyi təsdiqlənib.
Cari məsələlərin müzakirəsində deputatlar Anar İsgəndərov, Elman Nəsirov, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Razi Nurullayev, İqbal Məmmədov, Əli Məsimli, Rauf Əliyev, Ceyhun Məmmədov, Sahib Alıyev, Zahid Oruc, Səttar Möhbalıyev seçicilərinin və seçildikləri rayonların problemləri ilə bağlı bir sıra məsələləri gündəmə gətiriblər, təkliflərini bildiriblər. Millət vəkilləri həmçinin, anti-Azərbaycan mövqeyində dayanan bəzi dairələrin xarici ölkələrdə apardıqları əks-təbliğata diqqət yönəldərək bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi vacibliyindən danışıblar.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin birinci məsələsi Azərbaycan xalqının milli-mədəni və mənəvi varlığının rəmzlərindən biri olan Şuşa şəhəri haqqındadır: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənəd Şuşa şəhərinin nəinki ölkəmizin və regionun, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəfin əldə edilməsi yolunda ilk addım olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin institusional əsaslarını möhkəmləndirmək məqsədilə möhtərəm Prezidentimiz “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsini Milli Məclisə təqdim edib. Bu gün biz həmin qanun layihəsini birinci oxunuşda müzakirə edəcəyik”.
Plenar iclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsini (birinci oxunuş) təqdim edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər, qələbə və qürur ili kimi tarixin qızıl səhifəsinə yazıldı. Bu qələbədə Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirmiş olan Ali Baş Komandan İlham Əliyevin və müzəffər Ordumuzun müstəsna xidmətləri Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu.
Təqdimatında tarixi məqamlara da toxunan komitə sədri 1977-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini xatırladıb. Ermənistanın təcavüzkarlığı nəticəsində işğal dövründə xalqımızın Şuşadakı tarixi-mədəni irsinin sıradan çıxarıldığını bildirib. Qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan sonra ən qısa müddətdə şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanladığı qanun layihəsini dövlət-xalq birliyinin təntənəsindən qaynaqlanan fundamental hüquqi sənəd kimi dəyərləndirən Qənirə Paşayeva bildirib ki, bu qanun Şuşa şəhərində tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun davamlı inkişafına da münbit şərait yaradacaq.
Deputatların nəzərinə çatdırılıb ki, bu sənəd 4 komitənin birgə iclasında əlaqədar dövlət orqanları rəhbərlərinin və publik hüquqi şəxslərin iştirakı ilə geniş müzakirə olunub və yüksək qiymətləndirilib. Layihəyə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.
Məlumat dinlənildikdən sonra Milli Məclisdə müzakirələr başlanıb. Deputatlar Mahir Abbaszadə, Azay Quliyev, Tural Gəncəliyev, Azər Badamov, Fazil Mustafa, Erkin Qədirli, Nigar Arpadarai, Musa Quliyev, Siyavuş Novruzov rəy və təkliflərini bildiriblər. Çıxışlarda Şuşanın işğaldan azad edilməsinin Azərbaycan xalqı üçün tarixi, siyasi, mənəvi əhəmiyyəti xüsusi vurğulanıb. Mədəni irs baxımından bu qədim şəhərin inkişaf tarixinə, Azərbaycanın siyasi və mədəni həyatında oynadığı rola nəzər salınıb. Deputatlar qanun layihəsini Azərbaycan parlamentarizmi tarixində çox mühüm sənəd kimi yüksək dəyərləndiriblər. Layihənin konseptual baxımdan mükəmməl hazırlandığı bildirilib. Bir sıra təkliflər irəli sürülüb.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların çıxışlarında səslənən bəzi məsələlərə aydınlıq gətirib.
Müzakirələrdən sonra “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsi barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, səfirliyin açılması ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini yeni müstəviyə yüksəldəcək.
Qanun layihəsi səsə qoyulub və qəbul edilib.
Sonra Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış 5 qanun layihəsinə baxılıb. Məsələlər barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin məlumatları dinlənilib və qəbul olunub.
Plenar iclasa ikinci oxunuşda təqdim olunmuş növbəti 9 qanun layihəsi bu oxunuşun prosedur qaydalarına müvafiq qaydada müzakirə edilərək səsə qoyulub.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) sığorta agentlərinin statusunu müəyyən edir.
Deputatlar qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildiriblər.
“Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, bu qanun satınalma prosedurlarında vaxt müddətlərinin dəqiqləşdirilməsini, icra proseslərinin daha şəffaf olmasnı, eyni zamanda, kodirovka sorğusunun tamamilə elektronlaşdırılmasını özündə ehtiva edir. İclasda deputat Bəxtiyar Sadıqovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Gündəlikdəki növbəti məsələni şərh edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi “Dövlət satınalmaları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır və bu sahədə qanunvericiliyin pozulması halları ilə əlaqədar olaraq layihədə sanksiyalar iki dəfə artırılır.
Səsvermə zamanı deputatlar qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsini məqsədəuyğun sayıblar.
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Parlament bu qanunu da ikinci oxunuşda dəstəkləyib.
Gündəliyin 13-cü və 14-cü məsələləri mahiyyətcə bir-birinə yaxın olduğundan hər iki məsələ barədə Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyevin məlumatı dinlənilib. Deputatların nəzərinə çatdırılıb ki, dəyişikliklər “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün nəzərdə tutulmuş imtiyazlarla bağlıdır. Milli Məclis Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.
Daha sonra “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında”qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
“Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni (ikinci oxunuş) təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib ki, dəyişikliyin mahiyyəti özünü məşğulluğun təşkil olunmasında nəzarətin və şəffaflığın artırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Səsvermədə millət vəkilləri bu sənədi də ikinci oxunuşda dəstəkləyiblər.
“Torpaq Məcəlləsində”, “İnzibati Xətalar Məcəlləsində”, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən (ikinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, deputatlar bu qanunlara edilən dəyişikliyə birinci oxunuşda müsbət münasibət bildiriblər, heç bir təklif, irad olmayıb. Qanun layihəsi iclasda ikinci oxunuşda da razılıqla qarşılanıb.
Milli Məclisin plenar iclasında birinci oxunuşda təqdim olunmuş 2 qanun layihəsi də ətraflı müzakirə olunub.
Öncə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi (birinci oxunuş) barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun şərhi dinlənilib. Müasir dünyada bərpa olunan enerji mənbələrinin böyük rolundan söz açan komitə sədri bildirib ki, bu qanun layihəsi beynəlxalq təcrübəyə istinadən, beynəlxalq maliyyə qurumlarının, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə investisiya qoymağa maraqlı olan beynəlxalq şirkətlərin və qeyri-hökumət təşkilatlarının rəy və təklifləri öyrənilməklə hazırlanıb.
Müzakirələrdə deputatlar Musa Quliyev, Eldar Quliyev, Asim Mollazadə, İltizam Yusifov, Razi Nurullayev, Fazil Mustafa, Məşhur Məmmədov rəy və təkliflərini bildiriblər. Sadiq Qurbanov deputatları maraqlandıran sualları cavablandırandan sonra layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.
İclasın yekununda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məlumat verib. Bildirib ki, bu qanunun məqsədi dövlət qulluğu sistemində idarəetmənin təkmilləşdirilməsi və dövlət qulluğuna qəbulun optimallaşdırılmasıdır.
Müzakirələr zamanı deputatlar Etibar Əliyev, Fatma Yıldırım, Ceyhun Məmmədov, Əziz Ələkbərov, Sahib Alıyev, Tural Gəncəliyev fikir və təkliflərini bildiriblər. Sənəd birinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

