Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Koçaryan-Sarkisyan cütlüyü təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məğlub oldu

Koçaryan-Sarkisyan cütlüyü təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məğlub oldu

23.06.2021 [08:57]

Məlum olduğu kimi, son 18 ildə Prezident İlham Əliyevin yürütdüyü müstəqil və milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan Respublikası güclü orduya və iqtisadiyyata malik qüdrətli dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Bunun nəticəsində ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb, Azərbaycan beynəlxalq münasibətlər sistemində prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkə kimi özünü təsdiq edib.
Eyni zamanda, Azərbaycanın ötən müddət ərzində həyata keçirdiyi təcrid siyasəti işğalçı Ermənistanın regionun siyasi və iqtisadi həyatından kənarda qalmasına, iqtisadiyyatının çökməsinə, əhalisinin sosial durumunun ağırlaşmasına, xarici yardımlardan asılı vəziyyətə düşməsinə gətirib çıxarıb. İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri də real mənzərəni əks etdirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistanda mövcud hakimiyyətə qarşı etiraz aksiyaları və siyasi təzyiqlər Paşinyan hakimiyyətini növbədənkənar seçkilərə getməyə vadar etdi: “Lakin Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək fikrində deyil. Eyni zamanda, ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa, R.Koçaryan-S.Sarkisyan cinayətkar cütlüyünün simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən hərbi xunta rejimini tarixin arxivinə göndərməyə məcbur edib”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr işğalçılıq siyasətindən imtina etməsələr də, Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu: “44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə bunun bariz nümunəsidir. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Ümumiyyətlə, bu nəticə onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev elə bir düşünülmüş və uzaqgörən siyasət aparır ki, vaxtilə torpaqlarımızın işğalında, o cümlədən Xocalı soyqırımının törədilməsində iştirak edən R.Koçaryan və S.Sarkisyan təkcə hərb meydanında deyil, həm də siyasi meydanda darmadağın olmağa məhkumdurlar. Bu məqamda, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə ilk səfərlərindən birində ifadə etdiyi “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” fikirlərini xatırlatmaq yerinə düşər. Bütövlükdə, Ermənistan parlament seçkilərinin nəticələri göstərdi ki, məğlubiyyətdən sonra demoralizə olunan erməni xalqı artıq müharibədən bezib və revanşist meyillərə “yox” deyir”.
“44 günlük müharibə Ermənistanın siyasi-ideoloji əsaslarını da məhv etdi. Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfərləri fonunda Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə kəskinləşir. Vaxtilə Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, faşizmi Ermənistan dövlətinin ideologiyasına çevirmiş sarkisyanlar, koçaryanlar, bir qrup cinayətkar 44 günlük müharibədə məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırırlar”. Bu fikirləri isə Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Deputat qeyd edib ki, iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 53,92 faizini qazandı: “Məlum olduğu kimi, seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən N. Paşinyanla Xocalı qətliamının iştirakçısı, günahsız soydaşlarımıza qarşı amansız terrorun təşkilatçılarından biri olan Robert Koçaryan hesab olunurdu. Sarkisyan-Koçaryan cütlüyünün bu gün yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Görəsən, bunlar hansı üzlə yenidən Ermənistanda idarəetmə sükanının arxasına keçmək istəyirlər? Diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdılarmı? R.Koçaryanın yürütdüyü siyasətin qurbanına çevrilən erməni xalqı onu yaxşı tanıyır”.
Onun sözlərinə görə, revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar: “Artıq onların heç bir siyasi perspektivi yoxdur. İllərdir acınacaqlı vəziyyətdə yaşayan sadə ermənilər yaxşı anlayırlar ki, bu durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır. Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan da bəhrələnə və ölkədə dinc həyat qura bilər. Yalnız belə olan halda Ermənistan hansısa layihələrə qoşula bilər və iqtisadiyyatında dirçəlmə yaranar. Yəni Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi Ermənistanın qurtuluşu ola bilər”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31