/ / Cavanşir Paşazadə: Ölkəmizin güclü iqtisadi potensialı qələbəmizin təmin edilməsində əsas amillərdən biridir
Cavanşir Paşazadə: Ölkəmizin güclü iqtisadi potensialı qələbəmizin təmin edilməsində əsas amillərdən biridir
02.07.2021 [10:32]
“Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasında yer alır. Məhz bu amil ölkəmizin Vətən müharibəsində möhtəşəm Qələbəsini təmin edib”.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, Prezidentimizin dediyi kimi, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi, Ermənistan isə məğlub edilmiş ölkə kimi yaşayacaq.
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib: “Vətən müharibəsində Qələbəni qazanmaq üçün Prezident İlham Əliyev tərəfindən ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülüb. İlk növbədə, əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Dağlıq Qarabağla, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların ədalətli qərarlarının qəbuluna nail olmaq Azərbaycan üçün başlıca vəzifələrdən idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Digər tərəfdən isə Azərbaycan Prezidenti bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətə düşdü. Dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə, dünyada bu müharibə ilə bağlı tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı”.
Deputat qeyd edib ki, ölkəmizin iqtisadi potensialı Qələbəni təmin etməkdə əsas amillərdən biri oldu: “Güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Məhz güclü iqtisadiyyat bizə imkan verib ki, həm müasir silahlar alaq, həm özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. İqtisadi müstəqillik olmasaydı, Azərbaycan öz məqsədlərinə nail ola bilməzdi. Ona görə Prezident İlham Əliyev iqtisadi müstəqillik əldə etməyi prioritet vəzifələrdən biri kimi müəyyən etmişdi və bu, artıq neçə ildir ki, təmin edilib. Bu gün Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərinə görə dünyada aparıcı yerlərdədir. Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Müharibənin başa çatmasından cəmi 7 ay keçməsinə baxmayaraq, artıq böyük işlər görülüb. Bu gün bütün dünya işğaldan azad edilmiş Qarabağda genişmiqyaslı bərpa işlərini müşahidə edir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

