Güclü Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün mühüm önəm daşıyır
10.07.2021 [09:50]
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır
Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu praqmatik xarici siyasətində nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında sıx tərəfdaşlıq münasibətlərinin qurulması kursu xüsusi yer tutur. Bu kontekstdə ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin dinamikası məmnunluq doğurur. Təxminən üç onilliyi - bütövlükdə, Azərbaycanın müstəqillik tarixini əhatə edən bu əlaqələrin miqyası getdikcə genişlənərək bugünkü yüksək səviyyəyə çatıb. Əlamətdar haldır ki, Avropa İttifaqı yeni reallıqlarla səciyyələnən postpandemiya və postkonflikt dönəmində də respublikamızla əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi fəallıq göstərir. Bunun təsdiqi olaraq vurğulayaq ki, cari il iyunun üçüncü ongünlüyündə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Rumıniyanın Xarici İşlər naziri Boqdan Aureskunu, Avstriyanın Xarici İşlər naziri Aleksandr Şallenberqi, Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyəti respublikamızda səfərdə olublar. Bu günlərdə isə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevlə görüşən, bir sıra digər mühüm tədbirlərə qatılan və mətbuat konfransı keçirən Aİ rəsmisi təmsil etdiyi qurumun ölkəmizlə münasibətlərin uğurla davam etdirilməsi prinsipinə sadiq olduğunu diqqətə çatdırıb.
Avropa İttifaqı Azərbaycanın regionda roluna və önəminə yüksək qiymət verərək ölkəmizlə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir
Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Yuxarıda bəhs etdiyimiz səfərlər Avropa İttifaqının Azərbaycanın regionda roluna və önəminə böyük qiymət verərək ölkəmizlə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək əzmində olduğunu bir daha təsdiqləyir. Bu məqama Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi də xüsusi diqqət çəkib. İndiyədək respublikamızla Avropa İttifaqı arasında bir çox sahələrdə qarşılıqlı faydalı əlaqələr qurulub. Bu özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda göstərir. Azərbaycan Aİ məkanına daxil olan ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP 2020-ci ilin dekabrında istifadəyə verildikdən sonra bu töhfələrin miqyası daha da genişlənib. Məlumdur ki, indiyədək Avropanın ayrı-ayrı ölkələri özlərinin neft və neft məhsullarına olan tələbatının təxminən 40 faizini respublikamızdan edilən idxal hesabına ödəyiblər. TAP tamamlandıqdan sonra Azərbaycan Avropaya həm də qaz ixrac etməyə başlayıb. Azərbaycan özünün enerji siyasətində ədalətli yanaşma ortaya qoyur. Enerji amilinin siyasi təzyiq vasitəsinə çevrilməsinin qəti əleyhinə olan Azərbaycan o mövqedən çıxış edir ki, enerji sektorunda əməkdaşlıqdan bütün iştirakçı tərəflər faydalanmalıdırlar.
Azərbaycan-Avropa İttifaqı münasibətləri yalnız enerji sektoru ilə məhdudlaşmır. İkitərəfli münasibətlər kifayət qədər geniş gündəliyə malikdir. Enerji sektoru ilə yanaşı, buraya, həmçinin nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələr də daxildir. Avropa İttifaqı Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.
Avropa İttifaqı kimi mötəbər qurumun Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə böyük maraq göstərməsi heç də təsadüfi deyil. Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi gücünü və maliyyə imkanları əhəmiyyətli dərəcədə artırıb. Özünün iqtisadi müstəqilliyini tam təmin edən respublikamız bu gün heç kimdən asılı deyil və iqtisadi göstəriciləri baxımından dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Sirr deyil ki, bəzi ölkələr Avropa İttifaqı ilə münasibətlərinin inkişafına bu qurumdan maliyyə dəstəyi almaq naminə maraq göstərirlər. Güclü iqtisadi dayaqlara malik olan Azərbaycanın isə kənar maliyyə mənbələrinə heç bir ehtiyacı yoxdur. Əksinə, respublikamızın özü xarici dövlətlərdə fəal investisiya siyasəti həyata keçirir. Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı da qurumun maliyyə yardımı nöqteyi-nəzərindən deyil, məhz əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi prizmasından qiymətləndirilməlidir.
Avropa İttifaqının Azərbaycala əməkdaşlığın genişlənməsinə böyük önəm verməsini şərtləndirən digər amillər də var. Respublikamız öz təşəbbüsləri və praktiki müstəvidə gördüyü tədbirlərlə Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində xüsusi rol oynayır.
Aİ tərəfindən, həmçinin Azərbaycanın nəqliyyat-tranzit infrastrukturu yüksək dəyərləndirilir. Həqiqətən də, ölkəmiz son illərdə ticarət marşrutlarının şaxələndirilməsində və optimallaşdırılmasında mühüm rol oynayır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub marşrutlarının ölkəmizin ərazisindən keçən hissələrində yol-nəqliyyat-logistika infrastrukturlarının yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldib və Avrasiyanın aparıcı nəqliyyat hablarından birinə çevrilməsini təmin edib ki, bu da tərəfdaş dövlətlər və Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycan Avropa İttifaqı üçün güclü tərəfdaşdır. Eyni zamanda, respublikamız da Aİ ilə əlaqələrin dərinləşməsinə ardıcıl səy göstərir və buna özünün töhfələrini verir. Bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. “Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir”.
Aİ münaqişədən sonra regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək
Avropa İttifaqını təmsil edən nümayəndə heyətlərinin, o cümlədən də qurumun Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin ölkəmizə səfərləri çərçivəsində müzakirə edilən məsələlər çox mühüm və aktual çağırışları əhatə edir. Aİ-nin rəsmisi keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir. “Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və güclü ölkədir. Ona görə də biz əsas diqqəti iqtisadi və sosial sahələrə yönəltmişik. Bununla yanaşı, digər sahələrdə də əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik”, - deyə Oliver Varhelyi bildirib.
Bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi heç də təsadüfi deyil. Güclü dövlət olan Azərbaycan yeni növ koronavirus pandemiyasına qarşı milli səviyyədə zəruri mübarizə tədbirləri gördü. Həyata keçirilən dəstək proqramlarının nəticəsi olaraq milli iqtisadiyyatımız pandemiyanın ciddi mənfi təsirlərinə məruz qalmadı. Eyni zamanda, Azərbaycan pandemiya dövründə beynəlxalq həmrəyliyin güclənməsinə dəyərli töhfələr verdi. Ölkəmizin qlobal pandemiya dövründə sərgilədiyi bu mövqe beynəlxalq birlik, o cümlədən də Aİ tərəfindən yüksək dəyərləndirilir.
Hazırda ən aktual çağırışlardan biri isə postkonflikt mərhələsində regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Azərbaycan sülh tərəfdarıdır və gələcəyə baxmaq, müharibə səhifəsini bağlamaq niyyətindədir. Prezident İlham Əliyev cari il iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın Xarici İşlər naziri Boqdan Aureskunu, Avstriyanın Xarici İşlər naziri Aleksandr Şallenberqi, Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən ölkəmizin mövqeyini bir daha diqqətə çatdıraraq deyib: “Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik”.
Xüsusi vurğulamaq gərəkdir ki, Avropa İttifaqı da postkonflikt mərhələdə regionda sülhyaratma prosesində iştirak etmək niyyətindədir. Bu barədə danışan qurumun Komissarı “Aİ münaqişədən sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək. Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıblar. Avropa İttifaqı olaraq bu mübadiləni alqışlayırıq”, - deyə bildirib. Avropa İttifaqı Komissarının müharibənin nəticələrinin tam qəbul edildiyinə istiqamətlənmiş postkonflikt mərhələsindən danışması, Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olmasının bəyan edilməsi 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın regionda yaratdığı reallıqların dünya birliyi təfəfindən qəbul olunduğunu və təqdir edildiyini əyani şəkildə təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

