"İRƏLİ"dən daha bir addım
01.06.2010 [11:49]
“İRƏLİ” İctimai Birliyi Azərbaycan haqda ingilis dilində hazırlanan “About Azerbaijan” filminin təqdimat mərasimini keçirib. Azərbaycanda olaraq, buranı sevmiş xaricilərin gözü ilə vətənimizi tərənnüm edən “About Azerbaijan” filmi ABŞ-ın ASG Production və Azərbaycanın GA Studio şirkətləri tərəfindən istehsal edilib.
Təqdimat mərasimində çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib ki, filmin bütün iştirakçıları ayrı-ayrı dövrlərdə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşlardır. Həmin şəxslər öz ölkələrində tanınmış insanlardır. O, filmin əhəmiyyətindən danışaraq deyib ki, burada məqsəd Azərbaycanı tərənnüm etmək və sadə süjet xətti ilə tamaşaçını həqiqi vəziyyətlə tanış etməkdir: “Filmdə sadə süjet xəttinə üstünlük verməklə biz, əcnəbi ölkələrin cəmiyyətlərinin yuxarı olmayan təbəqələri ilə ünsiyyətə nail olmaq niyyəti güdmüşük. Ona görə də, film yalnız ingilis dilindədir”.
C.Osmanlı filmin xarici ölkələrdə geniş yayılmasına nail olmaq üçün müvafiq işlərin görüləcəyini də qeyd edib. O, deyib ki, filmin direktoru Anar Qəribov, prodüseri isə Azər Qəribovdur. Layihəyə təşkilati dəstək “İRƏLİ” İctimai Birliyi tərəfindən göstərilib. “Qarant Sığorta” şirkəti filmin hazırlanmasına maliyyə dəstəyi göstərib.
Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizi xaricilərin baxışları ilə göstərmək önəmli bir işdir. “Film nümayiş etdirir ki, ayrı-ayrı zamanlarda Azərbaycana səfər edən insanlar ölkənin necə dəyişdiyini, inkişaf etdiyini söyləyirlər”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson, millət vəkili Elmira Axundova və başqaları da çıxışlarında filmin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Hyatt Regency Mehmanxanasının “Quba” zalında keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkilləri İlham Məmmədov, Gövhər Baxşəliyeva, Vahid Əhmədov, səfirlər, beynəxalq təşkilatların rəhbərləri, tanınmış iş adamları, media nümayəndələri və fəal gənclər iştirak ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

