Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər nümunəvi xarakter daşıyır

Azərbaycanda şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər nümunəvi xarakter daşıyır

16.07.2021 [08:29]

Prezident İlham Əliyev: Həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Həyatımıza bir sıra çətinliklər gətirən, dünyada ayrı-ayrı ölkələrin ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyi indiki pandemiya dövründə respublikamızda qısa müddət ərzində hər cür rahatlıqlara malik böyük bir yaşayış kompleksinin tikilərək şəhid ailələrinin və qazilərin ixtiyarına verilməsi sıradan bir hadisə deyil. Bu fakt bir tərəfdən Azərbaycan dövlətinin gücünü göstərir, digər tərəfdən isə ölkəmizdə aparılan siyasətin mahiyyətini əks etdirir. Azərbaycan sosial dövlətdir, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Azərbaycan dövləti respublikamızın müharibədən təzə çıxmasına və qlobal pandemiya səbəbindən dünyada yaşanan çətinliklərə rəğmən, özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Ölkəmizdə postmüharibə dövründə hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə insanların həyat şəraitinin yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan layihələrin əhatə dairəsi daha da genişlənib. Prezident İlham Əliyev bəhs olunan tədbirdən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki çıxışında ölkəmizin dərinməzmunlu sosial siyasəti barədə ətraflı məlumat verib. Vətən müharibəsində şanlı Qələbəmizin təmin olunmasını qürur hissi ilə vurğulayan dövlətimizin başçısı postmüharibə dövrünün reallıqlarını da diqqətə çatdırıb. Prezident İlham Əliyev Öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qalmasına, yeni dövrün başlanmasına, iki ölkə arasında sülh sazişinin bağlanmasının zəruriliyinə dair çox mühüm mesajlar verib.
Azərbaycan dövləti daim şəhid ailələrinin və müharibə əlillərinin yanındadır
Azərbaycanın davamlı səciyyə daşıyan dərinməzmunlu sosial siyasətində canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərilməsi xüsusi yer tutur. Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə aparılan siyasətin özəlliyinə diqqət çəkib. “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə postmüharibə dövründə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Respublikamızda 2021-ci ilin əvvəlindən bəri müvafiq kateqoriyadan olan 24000 şəxsə 33 000 xidmət göstərilib. O cümlədən 8 400 nəfərə 16 000 ödəniş həyata keçirilib. Sosial ödəniş alanların 7 401 nəfəri şəhid hərbi qulluqçuların ailə üzvləri, 206 nəfəri mülki şəhidlərin ailə üzvləri, 836 nəfəri isə müharibə əlilləridir.
Azərbaycan dövləti tərəfindən, həmçinin müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bütövlükdə, indiyədək müvafiq kateqoriyadan olan 6 900 nəfərə 10 000 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Eyni zamanda, ötən ilin dekabrından başlayaraq müharibə əlillərinin yüksəktexnologiyalı protezlərlə təminatı işləri aparılır. İndiyədək 84 hərbçiyə yüksəktexnologiyalı protez, 957 nəfər əlilə 6 400 reabilitasiya vasitəsi verilib. Bu istiqamətdə reallaşdırılan tədbirləri yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”.
Vacib məsələlərdən biri də şəhid ailələrinin və qazilərin məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə işəgötürənlərə çağırış edilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda minlərlə şəxs işlə təmin olunub, o cümlədən 7 min nəfərədək şəhid ailəsinin üzvü və qazi özünüməşğulluq proqramına cəlb edilib. İşəgötürənlərin şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında təşkil olunan “Məşğulluq marafonu” da böyük sosial əhəmiyyət daşıyır. Qeyd edək ki, marafona 200-dək işəgötürən qoşulub, 1000-dək vakansiya təqdim olunub və 100-dək şəxs işə götürülüb.
Respublikamızda müvafiq kateqoriyadan olan insanlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə digər tədbirlər də həyata keçirilir. Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixində “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Vahid Əlaqələndirmə Mərkəzlərində 7 qurum üzrə 26 xidmət göstəriləcək. VƏM-ləri yaxın iki ay ərzində DOST mərkəzlərində fəaliyyətə başlayacaqlar.
Ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub
Azərbaycan dövlətinin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər sırasında onların dövlət vəsaiti hesabına tikilən mənzillərlə, fərdi evlərlə və avtomobillərlə təmin olunması da xüsusi yer tutur. Bu da Azərbaycana xas olan bir nümunədir. Müqayisələr aparaq. Müharibələr dünyanın hər yerində baş verir. Ancaq hansı ölkədə döyüşlərdə həlak olanların yaxınlarına və yaxud müharibə əlillərinə dövlət hesabına mənzillər, avtomobillər təqdim olunur? Belə ölkələrin siyahısı çox məhduddur və yaxud heç yoxdur. Götürək, işğalçı Ermənistanı. Forpost dövlət ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Azərbaycanla müqayisədə 2-3 dəfə çox itki verib. Verilən məlumatlara görə, işğalçı Ermənistan İkinci Qarabağ müharibəsində 7-8 min civarında insan itkisi verib, reallıqda isə düşmən tərəfin canlı qüvvə itkisi daha böyük rəqəmlərlə ölçülür. Lakin bu ölkədə müharibədə ölənlərin ailələrinin birinə də heç daxma da verilməyib. Azərbaycanın yanaşması isə tamam fərqlidir. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra edilməsi planlaşdırılıb. Respublikamızda Pezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq cari ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev təqdim olunacaq. O cümlədən Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux rayonlarında 2500 mənzilin, digər rayonlarda isə 500 fərdi evin tikintisi nəzərdə tutulub. 2021-ci ilin əvvəlindən bəri Ramana, Ümid və Xocasən qəsəbələrində 850 mənzil tikilərək şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilib. Xocasən qəsəbəsində inşa olunan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən kompleks 810 mənzildən ibarətdir. Burada 15 ədəd doqquzmərtəbəli bina inşa olunub. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunmasını ölkəmizdə aparılan siyasətin təzahürü kimi səciyyələndirən Prezident İlham Əliyev “Mən bu rəqəmləri səsləndirməklə bir daha göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir”, - deyə vurğulayıb.
Bəhs olunan tədbirdə, həmçinin 50 müharibə əlili və onlara bərabər tutulan şəxslərə avtomobillər təqdim olunub. Xatırladaq ki, indiyədək respublikamızda 7200 müharibə əlili avtomobillə təmin olunub. 2021-ci ildə, ümumilikdə, 150 avtomobilin müvafiq kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 832 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31