Cavanşir Paşazadə: Qoşulmama Hərəkatı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib
18.07.2021 [09:45]
“Qoşulmama Hərəkatının fəaliyyətinin əsasında sülh, əməkdaşlıq, qlobal həmrəyliyin möhkəmləndirilməsi ideyası dayanır. On il əvvəl dünyanın ikinci ən böyük təsisatına - Qoşulmama Hərəkatına üzv olan Azərbaycan çox qısa müddətdə təşkilat çərçivəsində böyük etimad qazanıb”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Açıq-aydın görünür ki, ölkəmizin qlobal səyləri və Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən dəstəklənərək təqdir olunur.
Millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin bu günlərdə onlayn formatda keçirilən aralıq konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı reallıqlar və yeni çağırışlar fonunda qurumun beynəlxalq miqyasda rolunun artdığını vurğulayıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edirlər. Azərbaycan beynəlxalq miqyasda Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasətini perspektivdə də davam etdirəcək.
“Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. O cümlədən ölkəmizin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Qoşulmama Hərəkatı Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib”, - deyən deputat diqqətə çatdırıb ki, Azərbaycan 30 illik münaqişəyə son qoyub, özünün ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yollarla bərpa edib: “Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkə Prezidenti çıxışında səsləndirdiyi çağırışlarla, bəyanatlarla bir daha dünyaya çatdırdı ki, həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

