/ / Sübut Əsədov: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətinə mühüm töhfələr verib
Sübut Əsədov: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətinə mühüm töhfələr verib
27.07.2021 [08:53]
“Cəmi 10 il əvvəl Qoşulmama Hərəkatına üzv olan Azərbaycanın qısa dövr ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması, bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin daha bir uğurudur”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun fəaliyyətinə mühüm töhfələr verib: “Dövlət başçısının Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransındakı çıxışında vurğuladığı kimi, bu il yaradılmasının 60 illiyi tamam olan Hərəkatın təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın əhəmiyyətini daha da artırıb. Bu baxımdan, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində Azərbaycanın beynəlxalq təşəbbüsləri də uğurlu olub. Belə ki, Hərəkatın sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının çağırılması təşəbbüsünə 150-dən artıq ölkə dəstək verib. Nəticədə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci Xüsusi sessiyası keçirilib”.
S.Əsədov deyib ki, ökəmizin çoxtərəfli diplomatiyanı təşviq etməsinin dünya birliyi tərəfindən təqdir olunması Azərbaycanın dünya miqyasında daim artan nüfuzunun göstəricisidir: “Bu baxımdan Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsi də beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olub. Müharibə dövründə Hərəkatın 7 üzvünün BMT TŞ-da Azərbaycan əleyhinə qəbul edilməsi nəzərdə tutulan qərəzli bəyanata qarşı qətiyyətli mövqe nümayiş etdirməsi də Azərbaycanın düzgün və praqmatik xarici siyasət həyata keçirməsinin nəticəsidir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14

