Numan Kurtulmuş: Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir
27.07.2021 [09:00]
“Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir. Hər iki ölkənin hakim partiyaları olan AK Parti və YAP arasında əlaqələr də çoxşaxəlidir və səfərimiz bunu bir daha təsdiqləyir. Biz Azərbaycana səfərimizin ilk günündəyik. İlk olaraq Ulu Öndər Heydər Əliyevin məzarını, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş azərbaycanlı şəhidlərin məzarını ziyarət etdik. Eyni zamanda, 1918-ci ildə Bakının işğaldan azad edilməsi uğrunda döyüşən azərbaycanlı qardaşlarımıza yardım edən, bu yolda canlarını qurban vermiş Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət etdik. Bütün şəhidlərimizi rəhmətlə, şükranlıqla anırıq”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş iyulun 26-da jurnalistlərə müsahibəsində deyib.
Numan Kurtulmuş bildirib ki, Türkiyə ilə Azərbaycan arasında mükəmməl münasibətlər uğurla inkişaf edir: “Xüsusilə 44 günlük İkinci Qarabağ savaşında Türkiyə dövləti və xalqı bütün gücü, imkanları ilə azəbaycanlı qardaşlarının yanında yer aldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk andan bu dəstəyi ifadə etdi, Türkiyə Azərbaycanın erməni işğalına son qoyulması mübarizəsinə dəstək oldu. Allahın izni ilə Prezident İlham Əliyevin qətiyyətli, qərarlı duruşu ilə, azərbaycanlı qardaşlarımızın cəsarəti ilə uzun illər davam edən işğal sona çatdı, Qarabağ azadlığına qovuşdu. Bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edir, şəhidləri böyük ehtiramla yad edirəm”.
Onun sözlərinə görə, iki ölkə arasında olan yüksək münasibətlər hakim YAP və AK Parti əlaqələrinin gücləndirilməsini də zəruri edir: “Pandemiya şərtlərinə rəğmən iki partiya arasında çox sıx əməkdaşlıq gerçəkləşib. Daha əvvəl onlayn konfranslar keçirmişik. Ən son konfransımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuşdu. Həmin onlayn konfransda ABŞ-da uydurma “erməni soyqırımı”nın gündəmə gəlməsini, İkinci Qarabağ savaşından sonra bölgədəki vəziyyəti müzakirə etdik. Çox böyük və geniş müzakirə apardığımız bir konfrans oldu. Ardınca isə YAP Sədrinin müavini Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etdi. Biz də bu səfərimiz zamanı bu gün rəsmi görüşlərimizi keçirəcəyik. Sabah günortadan sonra Gəncəyə səfər edəcəyik. Çərşənbə günü isə Gəncədə üz-üzə konfrans keçirəcəyik. Konfransın mövzusu da ortaq mədəni dəyərlər üzərindən iki ölkənin daha da bir-birinə yaxınlaşması imkanları ilə bağlı olacaq. Dil, din, tarix, mədəniyyət kimi təməl ortaq dəyərlərimizlə Azərbaycanla Türkiyə arasında “tək millət, iki dövlət” olaraq var olan bu qərarlılığımızı bir daha nümayiş etdirəcəyik”.
“Biz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişik. İki partiya arasında səmimi əlaqələri daha da zənginləşdirəcəyimizə, gücləndirəcəyimizə inanırıq. Bu, hər iki dövlət üçün də xeyirli olacaq. Xüsusilə bundan sonrakı dönəmdə Qarabağın, regionun sülh və əməkdaşlıq bölgəsi olması üçün səylərimizi daha da gücləndirəcəyik”, - deyə AK Parti Sədrinin birinci müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Gündəm
09 Oktyabr 10:33
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46

