Hərbi Doktrina Milli Məclisin müzakirəsinə çıxarılıb
04.06.2010 [10:06]
Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Hərbi Doktrinasının layihəsi müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Hərbi Doktrinanın layihəsi Milli Məclisə daxil olub. Z.Əsgərov bildirib ki, Hərbi Doktrina Azərbaycanın milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici, hərbi, eləcə də, digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Onun sözlərinə görə, sənəd Azərbaycanın milli və dövlət maraqlarına tam cavab verir: “2004-cü ilin sentyabrın ayında Hərbi Doktrinanın və Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması ilə bağlı dövlət başçısının Sərəncamı olub. Artıq konsepsiya təsdiq olunub. Eyni zamanda, “Milli Təhlükəsizlik haqqında” Qanun da qəbul edilib. Hər üç sənəd bir-birinə sıx bağlı olan məsələləri əhatə edir. Hərbi Doktrinanın əsas cəhətlərindən biri ondan ibarətdir ki, o, müdafiə xarakteri daşıyır. Zəruri və səmərəli müdafiə yetərliyi prinsipinə əsaslanan bu sənəddə təkcə hərbi sahədə deyil, siyasi, iqtisadi, humanitar sahələrdə də müdafiə sisteminin əsasları əksini tapıb. Sənəddə əks olunan əsas məqamlardan biri şəxsiyyət, cəmiyyət və dövlətin vəhdət şəkilində mühafizəsinin təmin olunmasıdır. çünki hüquqi dövlətdə ilk növbədə şəxsiyyət, cəmiyyət və dövlətin mühafizəsi çox önəmli yer tutur. Bu üç element bir-birini tamamlayır və yalnız onların vəhdəti müqabilində biz Azərbaycanın müdafiəsini təmin edə bilərik. Diqqət çəkən digər maraqlı cəhət isə Azərbaycanın beynəlxalq əməkdaşlığının əsas istiqamətlərinin və prinsiplərinin aydın əks etdirilməsidir”.
Bu sənədin bəzi səciyyəvi cəhətləri haqqında məlumat verən Z.Əsgərov deyib ki, Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların üzvü olmaq etibarilə sülhsevər dövlətdir, biz heç kimin ərazisinə göz dikməmişik və işğalçılıq siyasətini pisləyirik. Təbii ki, bütün bunlar Hərbi Doktrinada öz əksini tapıb. Ermənistanın işğalçı olması sənəddə konkret əksini tapıb. Yəni, Azərbaycanın torpaqları işğaldan azad edilməyincə sənəddə Ermənistan bu “statusu” daşıyacaq.
Z.Əsgərov onu da bildirib ki, NATO Parlament Assambleyasının Riqada keçirilmiş sessiyası çərçivəsində qurumun sədri və Baş katibi ilə də Azərbaycanın Hərbi Doktrinası ətrafında müzakirələr aparılıb. Z.Əsgərov onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, problemin həlli ilə bağlı Doktrinadan və beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn məsələlər barədə məlumat verıb: “Sülh danışıqları nəticə verməsə, işğalçı dövlətə qarşı Azərbaycanın adekvat tədbirlər görməsi imkanları ilə bağlı sənəddə bir bənd var. Həm BMT-nin Nizamnaməsi, həm də Hərbi Doktrina bizə imkan verir ki, torpaqlarımızı işğalçılardan azad edək. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamə yerinə yetirilməlidir. Əgər bu sənədlər icra olunmayacaqsa, onların kağız üzərində yazılmasının nə mənası var?”.
Z.Əsgərov bildirib ki, BMT kağız istehsal edən fabrik deyil. ATƏT-in Minsk qrupunun 20 ildir bu proseslə məşğul olduğunu xatırladan birinci vitse-spiker danışıqların sonsuzluğa qədər uzadılmasının yolverilməz olduğunu vurğulayıb. “Minsk qrupu nə qədər bu işlə məşğul olacaq? Münaqişə həll olunmalıdır. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunması istiqamətində beynəlxalq birlik addımlar atmır. Dünyadakı proseslər göstərir ki, bu gün beynəlxalq hüququn gücü yoxdur, əksinə, gücün hüququ var”, - deyə birinci vitse-spiker qeyd edib.
Daha sonra komitənin üzvləri sənədlə bağlı fikirlərini bildiriblər. Millət vəkili Elman Məmmədov deyib ki, sənəd Azərbaycanın milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olaraq çox mükəmməl hazırlanıb: “Hazırkı vəziyyət sənəddə nəzərə alınıb. Doktrinada Ermənistanın işğalçı dövlət kimi göstərilməsi önəmlidir. Bütövlükdə Hərbi Doktrina ölkəmizin xarici təhdidlərdən qorunması üçün lazımi məqamları özündə əks etdirir”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Hərbi Doktrina özündə iqtisadi, sosial, siyasi, hərbi, təhlükəsizlik sahələrini əks etdirir: “ümumilikdə, Azərbaycanın indiki vəziyyətini və gələcək perspektivləri ilə bağlı olan bir sənəddir. Gələcəkdə hansı addımların atılması və bu baxımdan müvafiq oranların nə kimi işlər görəcəyi sənəddə öz əksini tapıb”.
S.Novruzovun fikrincə, parlamentdə müzakirələrdən sonra Hərbi Doktrinanın geniş ictimai müzakirəsi də keçirilməlidir. çünki ictimaiyyəti bu sənəd olduqca çox maraqlandırır. “Hərbi Doktrina strateji baxımdan Azərbaycanın mövqelərini ortaya qoyan və müdafiə edən sənəddir” deyə o, vurğulayıb.
Komitənin üzvü Aydın Həsənov da çıxışında Hərbi Doktrinanın mükəmməl sənəd olduğunu deyib. O, bildirib ki, Azərbaycanda güclü ordu yaradılıb və bizim hərbimiz işğalçı Ermənistana öz gücünü göstərməlidir.
Komitənin sədr müavini Aydın Mirzəzadə bildirib ki, bu sənədi həm parlament, həm də cəmiyyət çoxdan gözləyirdi. çünki Hərbi Doktrina ümumilikdə götürəndə dövlətin əsas strateji sənədlərindən biri sayılır. Bu sənəddə həm təhlükəsizliyin xarakteristikası verilib, həm müdafiə siyasəti müəyyənləşib, hərbi təhlükəni yaradacaq siyasi cəhətlər də kifayət qədər aydın sadalanıb. O, qeyd edib ki, Doktrina Azərbaycanın milli təhlükəsizliyi, müdafiəsi, daxili və xarici təhdidlərin qarşısının alınması üçün bütün müddəaları özündə əks etdirir.
Millət vəkili Zahid Oruc deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində sürətlə silahlanma, qonşu dövlətlərin Azərbaycana qarşı ərazi iddiası, o cümlədən, ərazi sularında hərbi bazaların yaradılması, qoşun qruplaşmalarının formalaşdırılması və digər müddəalar sənəddə əks olunub: “Sənəddə NATO ilə əməkdaşlıq, kütləvi qırğın silahlarının yayılmamasına münasibət də yer alıb”.
Komitə üzvü deyib ki, Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsi “Milli təhlükəsizlik haqqında” Qanunda yasaq olunsa da, Hərbi Doktrina layihəsində istisna nəzərdə tutulur: “Burada qeyd olunur ki, zəruri şəraitlərdə Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır. Belə bir səlahiyyətin saxlanması Azərbaycanın manevr müstəvisini genişləndirir. ümumiyyətlə, bu sənədi Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi üçün Silahlı Qüvvələr qarşısında vəzifə qoyan doktrina saymaq olar”.
Müzakirələrdən sonra Hərbi Doktrinanın layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

