Ermənistanda etiraz aksiyaları davam edir
21.08.2021 [11:38]
Paşinyan yeni komandasını formalaşdırmaqla məşğul olsa da, Ermənistanda iqtidara qarşı etirazlar səngimir. Bununla yanaşı, parlamentdəki daimi komssiyaların formalaşdırılmasında hakimiyyət çətinliklə üzləşib. Erməni mediası yazır ki, daimi komissiyalara sahə üzrə mütəxəssislər tapmayan hakimiyyət vəkillər palatasının rəhbərliyinə də kadr axtarır.
Məsələn, “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, daimi parlament komissiyalarının formalaşdırılması hakimiyyət üçün əsl başağrısına çevrilib: “Fakt budur ki, hakim fraksiyada yaxşı iqtisadçı, hüquqşünas, təhsil mütəxəssisi və ya beynəlxalq strukturlarda işləmək üçün deputat tapmaq çətindir. Səhiyyə, xarici əlaqələr, iqtisadi məsələlər üzrə daimi komissiyalarda, həmçinin rəhbərlik etdiyi digər komissiyalarda müavinlərin mütəxəssis olması, xüsusilə vacibdir. Buna görə də hökumət nəyin bahasına olursa-olsun məqsədə çatmaq üçün yollar axtarır”.
Sözügedən qəzet onu da yazır ki, hakimiyyət həmçinin orqanları 21 sentyabrda keçiriləcək Ermənistan vəkillər palatası sədrinin seçkilərində iştirak etmək üçün namizəd axtarır: “Mənbəmizin məlumatına görə, Nikol Paşinyan yaxın ətrafına palata sədrinin seçkisində iştirak edə biləcək bir mütəxəssisin irəli sürülməsini tapşırıb. Ekspertlər “Mənim addımım” fraksiyasından keçmiş deputat Nikolay Bağdasaryanın hakimiyyətdən namizəd ola biləcəyini istisna etmirlər”.
Ermənistanda keçirilən etiraz aksiyalarına gəlincə, müharibədə itkin düşənlərin yaxınları da artıq 3 gündür ki, təhlükəsizlik xidməti binasının önündə etiraz aksiyası keçirirlər. “Panorama.am” yazır ki, itkin düşən hərbçilərin valideynləri və yaxınları təhlükəsizlik xidmətinin direktoru Armen Abazyanla görüş tələb ediblər: “Söhbət burada “N” saylı hərbi hissəsinin 13 hərbçisindən gedir. Bundan əvvəl 21 hərbçi itkin düşmüş hesab edilmiş, onlardan 9-nun qalıqları tapılmış, 8 hərbçinin cəsədi aşkar edilərək dəfn olunmuşdur”.
“Aysor.am” isə yazır ki, itkin düşmüş şəxslərin yaxınlarının A.Abazyanla görüşü baş tutsa da, məsələ ilə bağlı komissiya yaradılmasına görə narahatlıq davam edir. Eyni zamanda, sayt yazır ki, TX-nin direktoru ilə görüşdən əvvəl itkin düşmüş hərbçilərin valideynləri jurnalistlərə bildirmişdilər ki, dövlət idarələrinə övladları barədə topladıqları bütün məlumatları veriblər, ancaq ötən müddət ərzində heç bir tədbir görülməyib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23

