Radikal müxalifət indi də işğaldan azad edilmiş regionların abadlaşdırılmasına qarşıdır
21.08.2021 [11:39]
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ardından işğaldan azad olunmuş torpaqların bərpası, orada aparılan yenidənqurma, abadlıq işləri, eləcə də Böyük Qayıdış dövlət siyasətimizin mühüm prioritetlərindən birinə çevrilib. Bunun nəticəsidir ki, bu gün həmin regionlarda sürətli şəkildə və yeni texnologiyalara əsaslanan bərpa prosesinə başlanılıb. Xüsusi olaraq vurğulanmalıdır ki, həmin regionlara qayıdacaq insanların təhlükəsizliyinin təminatı üçün minaların təmizlənməsi və yeni “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası paralel şəkildə aparılır. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan dövləti həmin torpaqların qısa zamanda yenidən dirçəldilməsi istiqamətində iradə nümayiş etdirir. Bu məqamda qeyd edək ki, görülən bu işlərin daha da sürətlənməsi üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməli və əlini daşın altına qoymalıdır.
Təəssüfləndirici haldır ki, hər zaman milli maraqlarımıza düşmən kəsilən radikal müxalifət təmsilçiləri bu dəfə də nəinki əllərini daşın altına qoymur, əksinə, görülən işlərə daş atmaqla məşğuldurlar. Məsələn, qondarma antimilli şuranın marionet sədri, xaricdəki ermənipərəst mərkəzlərin əlaltısı qismində çıxış edən Cəmil Həsənli sosial şəbəkələrdə yenidən işğaldan azad edilmiş regionlarda görülən işləri, aparılan abadlıq-quruculuq fəaliyyətini hədəfə alıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan dövləti qısa zaman kəsiyində işğaldan azad edilmiş bölgələrdə abadlıq-quruculuq işləri həyata keçirməkdədir. Bu regionların dirçəldilməsi yönündə görülən işləri yüksək dəyərləndirən millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən keçən dövr ərzində üç rayonda - Füzuli, Zəngilan və Laçın rayonlarında yeni aeroportların tikilməsi istiqamətində görülən işlər bir sıra məqamlardan xəbər verir: “Bilindiyi kimi, müharibədən sonra yaranan yeni siyasi-iqtisadi reallıqlar özündə bir sıra nüansları ehtiva edir. Birincisi, quruculuq, abadlıq işləri yeni innovativ əsaslarla aparılır. Digər tərəfdən, aparılan işlər gələcək perspektivdə regionun inkişaf xəritəsini özündə əks etdirməkdədir. Üç rayonumuzda yeni aeroportların tkilməsi həm bu regionun turizm potensialından yüksək dərəcədə istifadə etməyə imkan verir, həm də yeni kommunikasiya xətti üzrə yükdaşımaları asanlaşdırır. Radikal müxalifətin görülən işləri hədəfə almasının arxasında regionun gələcək inkişafına qarşı qısqanclıq dayanır. Xaricdəki ermənipərəst mərkəzlər anlayırlar ki, qalib Azərbaycan bu əraziləri yenidən dirçəldib cənnətə çevirəcək və bundan narahat olurlar. Bu baxımdan, “beşinci kolon” təmsilçilərinin kimlərin dili ilə danışdığı gün kimi aydındır”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da bildirib ki, ermənipərəst mərkəzlərin əlaltısı qismində çıxış edən radikal müxalifət aparılan bu meqa fəaliyyətə kölgə salmaq, görülən işlərə özünəməxsus çirkin kampaniyalarla qara yaxmaq üçün min bir yola baş vurmaqdadır. Ömrünü, həyatını Azərbaycan dövlətinə, xalqına böhtan atmaq və ləkə yaxmaqla keçirən, xaricdəki ermənipərəst qüvvələrin buyruq qulu olan radikal müxalifətin Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə etdiyi xəyanətlərdən sonra yenidən bu cür mövqe nümayiş etdirməsi bir daha onların yeni sifarişlər aldığını təsdiqləyir: “Görünür ki, xaricdəki ağaları onlara bu dəfə bölgədə gedən abadlıq işlərini və ermənilər tərəfindən dağıdılmış ərazilərin dirçəldilməsini hədəfə almağı tapşırıblar. Amma hər zaman olduğu kimi, onların ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri fiaskoya məhkumdur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17

