Radikal müxalifətin xaos arzusu
24.08.2021 [09:51]
Yaxud ac toyuq yuxusunda darı görər
Ölkəmizdə müasir çağırışlara cavab verən və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində sabitlik və milli birlik yüksək səviyyədə təmin olunub. Vurğulamaq lazımdır ki, məhz ictimai-siyasi sabitlik və milli həmrəylik amili müstəqil Azərbaycanın regionun aparıcı aktoruna çevrilməsində, mühüm tarixi nailiyyətlər əldə etməsində, 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi qələbə qazanmasında əhəmiyyətli rol oynayıb.
Bu reallıqlar isə anti-Azərbaycan və ermənipərəst dairələri, o cümlədən ölkə daxilində “beşinci kolon” funksiyasını yerinə yetirən radikal müxalifət düşərgəsini ciddi şəkildə narahat etməkdədir. Yeri gəlmişkən, dağıdıcı ünsürlər sosial şəbəkələrdəki paylaşımları ilə dünyanın ayrı-ayrı ölkələrində baş verən xaosun, siyasi qarşıdurmaların Azərbaycana transfer olunmasını arzuladıqlarını göstərirlər. Görünən budur ki, fəaliyyətlərinin əsasını dağıdıcılıq təşkil edən radikal düşərgə təmsilçiləri yenidən vaxtilə ölkədə yaratdıqları özbaşınalıq, xaos, anarxiya və qarşıdurma arzusundadırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, milli həmrəylik amili 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında mühüm rol oynadı: “Ümumiyyətlə, həm ictimai-siyasi sabitlik, həm də xalq-iqtidar birliyi Azərbaycanın mühüm uğurlar qazanmasını şərtləndirir. Dağıdıcı müxalifət isə özünü milli həmrəylikdən və siyasi birlikdən kənarda tutaraq bu gün də xəyanətkar mövqeyindən əl çəkmək istəmir, hansısa xarici ölkələrdə baş verən xaosun Azərbaycanda yaşanmasını istəyir. İstər anti-Azərbaycan dairələr, istərsə də onların əlaltısı olan dağıdıcı düşərgə təmsilçiləri unutmamalıdırlar ki, xalqımız öz dövlətinin, Prezidentinin ətrafında sıx birləşib. Məhz bu amil Azərbaycanın inkişafının və uğurlarının əsas təminatçısıdır. Eləcə də siyasi qüvvələrin mütləq əksəriyyəti bu gün siyasi dialoqu inkişaf etdirmək və milli birliyi qorumaq üçün ümummilli məsələlərdə vahid platformada birləşib. Bütün bunlar isə Azərbaycanın qarşısında yeni perspektivlər açır”.
Milli Məclisin deputatı Ramil Həsən isə bildirib ki, dağıdıcı müxalifət xəyanətkar mövqe sərgiləyir. Antimilli ünsürlərin milli birliyə düşmən kəsilmələrinin əsas səbəblərindən biri onların anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirmələri, ermənipərəst mərkəzlərə xidmət etmələridir. Yəni birlik nümayiş etdirmək, Vətən, xalq naminə eyni mövqedən çıxış etmək bu düşərgə təmsilçilərinə tamamilə yaddır: “Bu səbəbdəndir ki, dünyanın hansısa ölkəsində qarşıdurma, çəkişmə gördükləri anda onlarda da xaos arzusu baş qaldırır. Əslində, 1990-cı illərin əvvəlinə nəzər saldıqda onların bütün “məziyyət”ləri üzə çıxır. Antimilli ünsürlər vaxtilə Azərbaycanı xaos, anarxiya və qarşıdurma məkanına çevirmişdilər, bu gün isə ölkəmizdəki ictimai-siyasi sabitlikdən narahatdırlar. Qalib Azərbaycan bu gün sabitlik adası, inkişaf məkanıdır. Xalqımız Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir, ölkəmizdə aparılan islahatların nəticələrini yüksək qiymətləndirir. Ona görə də dağıdıcı ünsürlərin bütün cəhdləri fiaskoya məhkumdur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12

