Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hökumət Komissiyası üzvlərinin iştirakı ilə Sabirabad rayonunda müşavirə keçirilib

Hökumət Komissiyası üzvlərinin iştirakı ilə Sabirabad rayonunda müşavirə keçirilib

11.06.2010 [02:14]

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyası üzvlərinin iştirakı ilə dünən Sabirabad rayonunda müşavirə keçirilib. Təbii fəlakətlə bağlı yaradılan operativ qərargahda Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən müşavirədə hökumət komissiyasının üzvləri - fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, nazir müavinləri və icra strukturlarının nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini Abid Şərifov deyib ki, müşavirənin keçirilməsində məqsəd suyu çəkilmiş kənd və ərazilərdə epidemioloji vəziyyəti müzakirə etmək, yarana biləcək hər hansı xəstəlik və digər halların qarşısını almaqdır.
A.Şərifov deyib ki, icra hakimiyyətlərinin başçıları, Səhiyyə Nazirliyinin yerlərdəki qurumları, Fövqəladə Hallar Nazirliyinin yerlərdəki nümayəndələri bu məsələlərə ciddi yanaşmalıdırlar. Hər hansı bir problem qarşıya çıxarsa, vaxtında aradan qaldırılmalıdır. Bu boyda fəlakətdən camaatı qurtarmışıq, indi elə etməliyik ki, heç bir xəstəlik olmasın, nə isə bir problem yaranmasın.
Paylaş:
Baxılıb: 1059 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30