Gözəllik terrorun qurbanına çevrildi...
14.09.2021 [09:49]
11 sentyabr deyiləndə ilk yada düşən 2001-ci ilin məlum Əkiz Qüllələr hadisəsidir. Təbii ki, tarixə ekskurs etmək, bu terror hadisəsinin təfərrüatlarını anlatmaq kimi bir fikrimiz yoxdur. 20 illiyi “qeyd edilən” bu qanlı terror hadisəsi ilə bağlı detallar 20 ildir ki, bütün rakurslardan həm təhlil, həm də təkzib edilməkdədir. Təkzib isə həm də təsdiq deməkdir. Terroru edənlər və onun qurbanına çevrilənlər isə bu təkziblə təsdiqin arasında olan məsafədəki öldürənlər və ölənlərdir. Müasir dünyamızda terrorun coğrafiyası o qədər genişlənib ki, bəzən baş verən hər hansı terror hadisəsi cəmi 2 saatdan artıq gündəm olmaq şansına belə malik olmur.
İdlibdə bu ilin 11 mayından 4 ay sonra - məhz 11 sentyabrda 3 Türk əsgərinin şəhid olması isə 11 sentyabrı yenidən gündəm etdi. Terrorun qanlı üzü ilə...
...2001-ci il hadisəsi olmasaydı, bəlkə də, 11 sentyabr tamam başqa bir adla yaddaşlara həkk oluncaqdı. 1954-cü ildə ABŞ-da keçirilən ilk gözəllik müsabiqəsi kimi tarixə yazılacaqdı. Bəlkə də, 11 sentyabr “dünyanı gözəllik xilas edəcək” şüarının rəmzi ifadə günü kimi qeyd ediləcəkdi. Təəssüf ki, belə olmadı. 11 sentyabr 2001-ci ildə “terrorun günü” kimi tarixə yazıldı. Və... həmin gün gözəllik terrorun qurbanına çevrildi.
Bu il idlibdə mayın 11 də “Bahar qalxanı” əməliyyatı keçirildiyi ərazidə əsgər kortecinə raket hücumu edilmiş və 2 qəhrəman Türk əsgəri şəhid olmuşdu. 4 ay sonra – 11 sentyabrda isə terror hücumu nəticəsində Türk Ordusunun üç əsgəri şəhid oldu. Terrorçuya çevrilmiş insan əsgər kimi xidməti vəzifəsini yerinə yetirən, insanların təhlükəsizliyini qoruyan insanları qətl etdi. Nur üzlü şəhidlərimizə Tanrıdan rəhmət diləyirik. Terrorçu isə ədalətdən qaça bilməyəcək. Bu dəqiqdir...
“Gözəllik dünyanı xilas edəcək” fikrinin Fyodr Dostoyevski və ya Şarl Bodlerə məxsus olmasının heç bir fərqi yoxdur. Demək ki, dahilər də səhvə yol verə bilərmiş. Dünyanı gözəlləşdirən ən böyük yaradılışı - insanı qətlə yetirmək, ona qarşı terror törətmək məhz gözəlliyi qətlə yetirmək deməkdir. Və insan əli ilə yaradılmış gözəllikləri terrorun qurbanı etmək aşağı-yuxarı elə insan qətlinə adekvat hadisədir. Tarix belələrinə bəzən “barbar”, bəzən “vəhşi” deyib. Müasir dildə isə adı “terrorçu”dur.
Terror hadisə olaraq tək qətl demək də deyil. Mənəvi zorakılıq, insanlığa, bəşəriyyətə qarşı haqsızlıq, son illərdə Asiya-Avropa tranziti üzrə populyarlıq qazanmış “mühacirlik” - ki, bunun vaxtilə adı “qaçqınlıq” olub və adını çəkmədiyimiz onlarla hadisənin ekvivalenti məhz terrordur. İnsanın aldığı nəfəsə, yaşadığı ömürə, kəndinə, şəhərinə, həyatına müdaxilə terrordur...
Azərbaycan xalqı da erməni terrorundan əziyyət çəkib. Bizim gözəl yurdlarımız, Vətənimizin dilbər guşələri düşmən əlində əsir olub. Ermənilər ötən 30 il ərzində bütün gözəllikləri terrorun qurbanına çeviriblər. 20 il öncə ABŞ-da baş verən və tarixə “terrorun qanlı üzü” kimi düşən hadisə 30 il ərzində Azərbaycan torpaqlarında hər gün baş verib. Amma... Dünyada heç bir terror və ya terrorçu əbədi qalib ola bilməz. Haqqın, ədalətin, bəlkə də, ümumiləşdirilmiş şəkildə gözəlliyin qarşısında terror məğlubiyyətə məhkumdur. Azərbaycan xalqı 30 il ərzində hər günü öz gözəl yurd-yuvasına qovuşmağın arzusu ilə yaşadı, bunları öz xəyallarında canlandırdı. Və zaman gəldi ki, bütün bu xəyallar gerçəkliyə çevrildi. Bu gün Şuşaya, Kəlbəcərə səfər edən hər bir azərbaycanlı Vətəninin gözəlliklərini həm görür, həm də yaşayır. Gözəllik yaşamaq üçündür. Gözəllik yaşatmaq üçündür. 1954-cü ilin 11 sentyabrında ABŞ-da qalib olan “Gözəllik” 2001-ci ilin 11 sentyabrında terrorun qurbanına çevrilsə belə...
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

