Azərbaycan və Qazaxıstan parlamentləri arasındakı münasibətlərdən yeni gözləntilər
14.09.2021 [09:54]
Sentyabrın 13-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları səmimiyyətlə salamlayan S.Qafarova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. Xalqlarımız arasında çox qədim tarixə malik münasibətlərin dövlətlərimiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayan Sahibə Qafarova bildirib ki, bu siyasət hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən ardıcıllıqla davam etdirilir.
İki ölkənin qanunverici orqanları arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir. Milli Məclisin sədri TÜRKPA çərçivəsində əməkdaşlığı xüsusi qeyd edib.
Sonra Sahibə Qafarova qonaqlara Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. O, deyib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü hesabına yerinə yetirib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin Sədri deyib ki, hazırda Azərbaycan azad olunmuş əraziləri bərpa edir, yenidən qurur. Sahibə Qafarova, həmçinin xatırladıb ki, Ermənistan işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. O, Qazaxıstan nümayəndə heyətinin Şuşa və Füzuli rayonlarına səfər etdiyini, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə gördüyünü bildirib.
Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan səmimi qəbul və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. O deyib ki, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf edir. Aygul Kuspan xalqlarımız arasındakı əlaqələrin hazırda iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qazaxıstan Parlamenti Məclisinin komitə sədri qanunvericilik orqanları arasında münasibətlərə də toxunaraq, dostluq qruplarının uğurlu fəaliyyətini təqdir edib.
Aygul Kuspan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq, işğaldan azad olunmuş Şuşa və Füzuliyə səfərləri və orada gördükləri haqqında təəssüratlarını söyləyib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42

