Beynəlxalq hüquqa sayğısızlıq sindromu...
17.09.2021 [14:45]
Yaxud Fransua Pupponi hələ də bu mərəzdən xilas ola bilmir?
Beynəlxalq hüquq normalarında təsbit edilən başlıca məqamlardan biri ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərilməsidir. Bu prinsipə zidd mövqe sərgiləmək və qeyri-adekvat addımlar atmaq həm siyasi təxribat, həm də illeqal (qeyri-qanuni) fəaliyyət kimi səciyyələndirilir. Milli dövlətlərin ərazilərinə qeyri-qanuni səfərlərin həyata keçirilməsi də bu kateqoriyadan olan hüquq pozuntusu kimi dəyərləndirilir.
Yeri gəlmişkən, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi növbəti dəfə Azərbaycan ərazisinə qanunsuz səfər etməklə təxribatçı davranışa yol verib. Anti-Azərbaycan əhvalında olan və siyasi ovqatını ermənipərəst mövqeyinin müəyyənləşdirdiyi bu şəxsin Azərbaycanın Xankəndi şəhərinə illeqal səfəri haqlı olaraq respublikamızın ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu məsələyə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır: “Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”.
Azərbaycan həmişə bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Elə qeyri-qanuni səfərlər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, onların ölkəmizə gəlişinə qadağa qoyulur. Lakin bütün hallarda bu cür illeqal davranışlar zərərli və qəbuledilməzdir.
Əlbəttə, postkonflikt dövründə regionda etimad, dayanıqlı sülh, etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasına ehtiyac və zərurətin olduğu bir şəraitdə belə addımlar sadəcə pozucu və təxribatçı xarakter daşıyır. Bu, eyni zamanda, siyasi məsuliyyətsizlik nümunəsidir. Görünən odur ki, Milli Assambleyanın üzvü olsa da, hələ də qanundan və qaydadan “bixəbər” olan Fransua Pupponi beynəlxalq hüquq normalarına sayğısızlıq sindromundan qurtula bilmir. Bu, paradoks olmaqla yanaşı, mənfi presedent yaradan neqativ haldır. Xüsusilə nəzərə almaq lazımdır ki, qanunsuz səfərlər təkcə Azərbaycana münasibətdə beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması deyil, bütövlükdə milli dövlətlərin, ərazi bütövlüyü və suverenliyinin heçə sayılmasıdır!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

