Yeni qanun layihəsi hazırlanır
20.09.2021 [14:00]
Pərvin Kərimzadə: Vətənpərvərlik tərbiyəsi geniş məfhum olduğu üçün qanun hazırlanarkən tələskənliyə yol verilməməli, bu sahədə bütün vacib məqamlar nəzərə alınmalıdır
Cəmiyyətimizdə vətənpərvərliyin təbliği və gənc nəslin milli ruhda tərbiyə edilməsi günümüzün aktual məsələlərindən biridir. Ona görə də gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması qarşıda duran mühüm strateji vəzifələrdəndir. Vətən müharibəsi də göstərdi ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhuna malik gənclik formalaşıb.
Bununla yanaşı, ictimai rəydə vətənpərvərliyin təbliği istiqamətində işin daha da gücləndirilməsi vacib hesab olunur. Çünki təbliğat baxımından bu sahədə müəyyən problemlər mövcuddur. Belə ki, bəzi televiziya kanallarında şou-biznesə həsr olunmuş proqramlar vətənpərvərlik mövzusundakı verilişləri xeyli üstələyir. Yaxud şou-bizneslə müqayisədə vətənpərvərlik mövzusu ikinci plana keçir. Ona görə də bu istiqamətdə işin sistemli və ardıcıl şəkildə davam etdirilməsi üçün yeni hüquqi mexanizmlərin formalaşdırılması ehtiyacı ortaya çıxır. Bəs vətənpərvərlik tərbiyəsi ilə əlaqədar müvafiq qanun qəbul etmək nə dərəcədə zəruridir?
Qeyd edək ki, artıq bu istiqamətdə əməli addımlar atılmaqdadır. Belə ki, Milli Məclisin qarşıdan gələn payız sessiyası çərçivəsində ilk iclasını keçirən Elm və təhsil komitəsində bu məsələyə baxılıb. Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı qanunvericilikdə addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Həmin tövsiyəyə müvafiq olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb.
Məsələ ilə bağlı parlamentin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə vətənpərvər gənclərimizin qəhrəmanlığı, cəsarəti və şücaəti sayəsində əldə olunan şanlı Zəfər fonunda “Vətənpərvərlik tərbiyəsi” haqqında qanun layihəsinin hazırlanması mühüm önəm kəsb edir: “Məlumdur ki, Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Bu gün tam əminliklə demək mümkündür ki, respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə daxil olub. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə hərtərəfli qayğı göstərilir, “qara qızıl”ın insan kapitalına çevrilməsi, gənclərin keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan gəncləri isə bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətlərini dərindən dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın qüdrətinin daha da artmasına öz töhfələrini verməyə çalışırlar. Azərbaycan gəncləri üçün mühüm sınaqlardan biri də ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Gənclər onlara bəslənilən ümidləri Vətən müharibəsində layiqincə doğrultdular. Məhz gənc əsgər və zabitlərimizin rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu”.
Millət vəkilinin fikrincə, müharibə dövründə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə, sərhədlərimizi qorumağa, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır olduqlarını bir daha nümayiş etdirdilər: “Müharibənin ilk günlərindən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edərək ordu sıralarına yazılırdılar. Müharibədə torpaqlarımızın azadlığı uğrunda düşmənə qarşı vuruşmaq hər bir Azərbaycan gəncinin həyat amalına çevrilmişdi. Gənclərimiz döyüş meydanında göstərdikləri şücaətləri ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər”.
Deputat qeyd edib ki, gənc əsgər və zabitlərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqların yüksək səviyyədə təbliğ olunması müstəsna əhəmiyyətə malikdir: “Bu, yeni nəslin vətənpərvərlik ruhunda formalaşması üçün çox vacibdir. Yeni dərsliklərin yazılması, bu dərsliklərdə qəhrəmanlarımızın keçdikləri həyat yolundan, onların döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs edilməsi önəmlidir. Biz bilirik ki, orta məktəblərdə “Zəfər tarixi” fənninin tədris olunması nəzərdə tutulur. Bütün bunlar çox müsbət haldır. Çünki məqsəd dövlətimizin qazandığı nailiyyətləri təşviq etməkdən, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlər görməkdən ibarətdir. Hesab edirəm ki, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması məqsədilə tədris müəssisələrində Vətən müharibəsinə xüsusi diqqət yetirilməsi böyük əhəmiyyətə malikdir. Ona görə də bu məsələlər hazırlanacaq qanun layihəsində geniş əksini tapmalıdır. Bütövlükdə, vətənpərvərlik tərbiyəsi məsələləri hüquqi müstəvidə tənzimlənməlidir. Millət vəkilləri olaraq çalışacağıq ki, ortaya mükəmməl bir sənəd qoyaq. Fikrimcə, vətənpərvərlik tərbiyəsi geniş məfhum olduğu üçün qanun hazırlanarkən tələskənliyə yol verilməməli, bu sahədə bütün vacib məqamlar nəzərə alınmalıdır. Eyni zamanda, kütləvi informasiya vasitələrində, televiziyalarda vətənpərvərlik mövzusuna daha çox yer verilməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07

