“Əsrin müqaviləsi” - yeni Azərbaycanın iqtisadi miladı
20.09.2021 [14:02]
Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dünyada sənaye üsulu ilə neft hasilatına məhz Bakıda başlanılıb. Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır. Lakin uzun illər ərzində quruda və dənizdə neft hasilatının respublikamıza, xalqımıza böyük ölçüdə xeyiri olmamışdır. Əksinə, yataqların ekoloji normalar gözlənilmədən istismarı və heç bir reabilitasiya tədbirləri görülməməsi səbəbindən yarımadada torpaqlar və dəniz hədsiz dərəcədə çirklənib. Necə deyərlər, illər boyunca “qara qızıl”ın adı Azərbaycanın, dadı, mənfəəti isə özgələrinin olub.
Yalnız müstəqillik illərində respublikamız və xalqımız özünün təbii sərvətlərinin sahibinə çevrildi. 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin çox böyük səyləri hesabına ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə daha 30-dan çox sazişin imzalanması üçün yol açdı.
“Əsrin müqaviləsi” imzalananda ölkəmizin iqtisadi-maliyyə imkanları hədsiz dərəcədə məhdud idi. Bəhs olunan müqavilənin imzalanması ölkəmizə yeni iqtisadi imkanlar qazandırdı. Ötən dövrdə bəhs olunan müqavilələr çərçivəsində əldə edilmiş gəlirlər davamlı şəkildə sosial layihələrə, elm, təhsil və mədəniyyətin inkişafına yönəldilib, “qara qızıl” insan kapitalına çevrilib. Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olunub. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tonun çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür. Bundan başqa, müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib. 1997-ci ilin sonlarında neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.
Hazırda Azərbaycan, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayır. Belə ki, bir çox şirkətlər ölkəmizdə yeni layihələrə qoşulurlar. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bəhs olunan yeni Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faiz qaldırılıb, razılaşmaya əsasən, tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməyi öz öhdələrinə götürüblər.
Yeni enerji strategiyasının son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda dünyada həm də qaz ölkəsi kimi tanınır. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracı həyata keçirilib. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyükhəcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Bu dəhliz Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə yaradılan Cənub Qaz Dəhlizi oldu. Təxminən 3500 kilometr uzunluğa malik olan Cənub Qaz Dəhlizi öz ətrafında 7 ölkəni birləşdirir və daha bir neçə dövlət layihəyə qoşulmaqla bağlı niyyətini ifadə edib. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP 2020-ci ilin dekabrında istifadəyə verildi. Hazırda Azərbaycanın zəngin qaz resursları yeni ixrac marşrutu ilə Avropa ölkələrinə çatdırılır.
Bütövlükdə, praqmatik enerji strategiyası Azərbaycanın iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq müstəvidə səmərəli ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına mühüm töhfələr verib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

