Ərdoğan-Putin görüşünün geostrateji şifrələri...
30.09.2021 [15:13]
Soçi görüşünün pərdə arxası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin ilyarımlıq fasilədən sonra sentyabrın 29-da Soçidə baş tutan ikitərəfli görüşü bir sıra maraqlı məqamlarla yadda qaldı. Vurğulamaq lazımdır ki, görüşdən öncə istər Türkiyə, istərsə də Rusiya mətbuatı və ictimaiyyəti müzakirə olunacaq məsələlər arasında ikitərəfli əlaqələrin, o cümlədən ticari münasibətlərin inkişafı, eləcə də regional təhlükəsizliklə bağlı mühüm məqamların yer alacağını vurğulayırdılar. Eyni zamanda, Suriya, Liviya və Qarabağla bağlı məsələlərin müzakirəsi də diqqət mərkəzində idi. Təxminən 3 saata qədər davam edən görüşün mətbuata açıq hissəsində ölkə başçılarının verdikləri açıqlamalar da bunu təsdiqlədi. Müzakirələrin məzmunu deməyə əsas verir ki, Türkiyə-Rusiya diplomatik təmasları qarşıdakı dövrdə region üçün olduqca maraqlı proseslər vəd edir.
Ümumiyyətlə, mediada informasiyalar Ərdoğan-Putin görüşünün geostrateji şifrələrini müəyyən qədər açmağa imkan yaradır. Yeri gəlmişkən, Türkiyənin “Milliyət” qəzetinin yaydığı məlumata görə, görüşdə müzakirə predmeti olan və diqqətçəkən əsas məsələlərdən biri Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sistemləri ilə bağlı olub. Türkiyə Prezidenti bildirib ki, BMT TŞ-də bu məsələ gündəmdə olub və onlara ünvanlanan suallara lazımi cavablar verilib. Rəcəb Tayyib Ərdoğanın fikri isə qətidir: “Geri çəkilməyəcəyik!”.
Siyasi, hərbi, iqtisadi və ticari müstəvidə Türkiyə ilə Rusiya arasında tərəfdaşlığın daha da gücləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran Türkiyə Prezidenti vurğulayıb ki, qarşıdakı illərdə, xüsusilə dövlətlərarası ticarətin həcminin daha da artacağına inanır. Akkuyu AES-in tikintisi məsələsinə də toxunan R.T.Ərdoğan bildirib ki, gələn il stansiyanın birinci hissənin açılışı mümkün olacaq. Hazırda stansiyanın tikilişində 10 min türk, 3 min rus vətəndaşının fəaliyyət göstərdiyini bildirən dövlət başçısı əlavə edib ki, bu, əlaqələrin möhkəmlənməsinə təkan verən amillərdəndir.
Türkiyə Prezidenti, həmçinin regional təhlükəsizlik məsələləri ilə əlaqədar mühüm məqamlara da diqqət yetirib. Onun sözlərinə görə, rəsmi Ankara ilə Moskvanın Suriyada birgə fəaliyyəti olduqca əhəmiyyətlidir: “Suriyada sülhün təmin olunması Rusiya-Türkiyə münasibətləri ilə bağlıdır”.
Rusiya ilə Türkiyənin beynəlxalq müstəvidə əməkdaşlığının davam etdiyini bildirən Rusiya Prezidenti Vladimir Putin isə Qarabağ ərazisində atəşkəsə nəzarət üzrə Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə diqqəti yönəldib. Rusiya Prezidenti Mərkəzin aktiv fəaliyyət göstərdiyini vurğulayıb və bu əməkdaşlığın qarşıdakı dövrdə dayanıqlı sülhün əldə edilməsində də mühüm rol oynaya biləcəyini qeyd edib.
Əlbəttə, Vladimir Putinin qeyd etdiyi “dayanıqlı sülh”ün yaranması üçün ilkin şərtlərdən biri Ermənistanın 2020-ci il noyabrın 10-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış bəyanatların müvafiq bəndlərini icra etməsidir. Siyasi şərhçilər qeyd edirlər ki, rəsmi Kremlin dayanıqlı sülhlə bağlı ifadə etdiyi mövqe Ermənistanın regional inkişafa və təhlükəsizliyə zidd yanaşmasında dəyişikliklərin olacağına işarə sayılmalıdır. Ekspertlərin fikrincə, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti ilə görüşmək və rəsmi Ankara ilə ikitərəfli münasibətləri normallaşdırmaq arzusunu dilə gətirməsi də bu kontekstdə dəyərləndirilməlidir. Bütün bunlar isə Ermənistanın artıq “Zəngəzur dəhlizi” layihəsinin gerçəkləşməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə razı olduğuna işarədir. Bir neçə gün öncə Türkiyə Prezidenti R.T.Ərdoğanın “İğdır-Bakı” yolunun açılacağı ilə bağlı qəti fikir bildirməsi də bu proseslər çərçivəsində dəyərləndirilə bilər.
Nəzərə almaq lazımdır ki, iki ölkənin liderləri arasında keçirilən görüşdə müzakirə olunan məsələlər mətbuata tam açıqlanmayıb. Ona görə də Rusiya-Türkiyə diplomatik təmasları və regional proseslər fonunda qarşıdakı dövrdə mühüm yeniliklərin baş verməsi proqnozlaşdırıla bilər.
P.Sadayoğlu
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

