Azərbaycan Türk birliyinin iqtisadi mərkəzinə çevrilir
30.09.2021 [15:14]
“İğdır-Bakı” yolu Ermənistanı da iqtisadi asılılıqdan xilas edə bilər
Avropa ilə Asiyanı birləşdirən, sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzi statusunda çıxış edən Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli bəyanatlarına əsasən, reallaşması nəzərdə tutulan “Zəngəzur dəhlizi” məsələsi artıq masa üstündədir. Bunun anonsunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib: “Hazırda atdığımız addımlar əsasında biz İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox əhəmiyyətli bir addım olacaq”.
Qeyd edək ki, Azərbaycanla Türkiyəni birləşdirəcək kommunikasiya xətti sözdə “İğdır-Bakı” marşrutu adlandırılsa da, mahiyyət və miqyas etibarilə daha genişspektrlidir. O baxımdan ki, yeni kommunikasiya marşrutunun bütövlükdə, türkdilli ölkələri birləşdirəcək ana xəttə çevrilmə perspektivi olduqca böyükdür. Bu isə gələcəkdə həmin dövlətlər arasındakı iqtisadi əlaqələrin genişlənməsinə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) regional güc mərkəzinə çevrilməsinə mühüm təkan verəcək.
Digər tərəfdən, bu yolun açılması həm də ötən ilin dekabrından əsas müzakirə predmetlərindən biri olan və Ermənistanın “iqtisadi xilası” kimi xarakterizə edilən regional əməkdaşlıq məsələsini yenidən aktuallaşdırır. Belə ki, bu yoldan istifadə edəcək dövlətlərin beşlik və ya altılıq formatla iqtisadi əməkdaşlıq müstəvisində birləşməsi Cənubi Qafqazın yeni iqtisadi mənzərəsini yarada bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Türkdilli Ölkələrin Parlament Assambleyasının üzvü Sədaqət Vəliyeva 44 günlük Vətən müharibəsinin nəticələrinin Cənubi Qafqaz regionunun gələcək inkişafında əhəmiyyətli rol oynayacağını deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq Öz çıxışlarında reallaşacaq yeni kommunikasiya xəttinin - Zəngəzur dəhlizinin böyük iqtisadi dividendlər vəd etdiyini vurğulayıb. Nəzərə alsaq ki, bu gün Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi məhz Azərbaycandır, bu baxımdan digər dövlətlər, ən əsası isə məğlub və iqtisadi böhrandan xilas ola bilməyən Ermənistan bu layihənin daha tez bir zamanda reallaşmasına çalışmalıdır: “Cənab Ərdoğanın “İğdır-Bakı” yolu adlandırdığı marşrut xətti Türk dünyasının birləşmə xətti olacaq. Məhz bu yolla Asiya qitəsində yerləşən türkdilli dövlətlər Avropaya, o cümlədən Türkiyəyə yeni marşrut əldə edəcəklər. Bu isə yeni iqtisadi situasiyanın yaranması deməkdir. Belə demək mümkündürsə, dünənə qədər yalnız mədəni, humanitar, dialoq platforması kimi tanınan Türk Şurası bu yol vasitəsilə yeni iqtisadi güc qazanacaq. İqtisadi əməkdaşlığın inkişafı isə Türk birliyinin daha da möhkəmlənməsinə zəmin yaradır. “İğdır-Bakı” marşrutu Azərbaycan və Türkiyənin timsalında türkdilli dövlətlərin strateji müttəfiqlik müstəvisində yaxınlaşması üçün tarixi şansdır. Yaxın günlərdə baş tutacaq Türk Şurasının növbəti qurultayı bu baxımdan tarixi əhəmiyyət daşıya bilər”.
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Ramiz Hüseynov da o fikirdədir ki, regional əməkdaşlığın genişləndirilməsi yalnız inkişafa xidmət edəcək. Onun sözlərinə görə, bir müddət öncə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər reallaşır. R.Hüseynov xatırladıb ki, Azərbaycanın dövlət başçısı bu yol vasitəsilə yükdaşımanın daha rahat və rentabelli olacağını qeyd etmişdi. YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Türkiyə liderinin yenidən beştərəfli, altıtərəfli platformalar məsələsini aktuallaşdırması və bununla bağlı Paşinyandan müsbət siqnalların gəldiyini bildirməsi qarşıdakı günlərdə yeni prosesin əsasını qoya bilər: “İğdır-Bakı” yolunun çəkiləcəyinin qətiləşdirilməsi və aylardır Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa çalışanların “daşı ətəyindən yerə tökməsi” Azərbaycanın qələbəsinin növbəti dəfə rəsmiləşməsi, tanınmasıdır. Cənab Ərdoğan bildirdi ki, Ermənistanın baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı məsələdə mövqeyi dəyişib. Bu isə onu göstərir ki, ölkəmizin regionun inkişafı ilə bağlı reallaşdırmağa çalışdığı iqtisadi layihələr artıq düşmən tərəfindən də dərk olunur. Onlar gec də olsa anlayırlar ki, Prezident İlham Əliyevin Cənubi Qafqazın gələcəyi ilə bağlı hazırladığı yol xəritəsi Ermənistanın da iqtisadi asılılığının aradan qalxmasına, bir dövlət kimi formalaşmasına yol açacaq. Bunun üçün isə rəsmi İrəvan bütün sərsəm iddialarından əl çəkməli və qonşuları ilə normal münasibət yaratmalıdır”.
“Yeni Azərbaycan”ın analitik qrupu
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

