2010-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilib
19.06.2010 [11:19]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda öncə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu üçüncü oxunuşda qəbul olunub. Daha sonra 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə çıxış edərək 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Onun sözlərinə görə, ölkədə aparılan iqtisadi islahatlar dərinləşməkdədir. Nəticədə isə bütün sahələr inkişaf edir. Komitə sədri qeyd edib ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca yeni layihələrin həyata keçirilməsi imkanları da artır. O, həmçinin, vurğulayıb ki, baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasını da dövlət öz gücü ilə həyata keçirir. ümumilikdə, cari ilin əvvəlindən dünyada və ölkədə baş verən proseslər, eləcə də, dünya bazarlarında neftin qiymətinin artması büdcəyə əlavə və dəyişikliklər etmək zərurətini yaradıb. Komitə sədri onu da əlavə edib ki, Hesablama Palatası büdcə ilə bağlı rəyini də təqdim edib. “Bu gün dünya bazarında neftin orta qiyməti faktiki 75,5 dollardır və bu, əlavə vəsaitlərin daxil olmasına şərait yaradıb. Dəyişikliklərlə büdcə kəsiri 2,3 faiz olacaq”, - deyə Z.Səmədzadə vurğulayıb.
Z.Səmədzadə cari ilin yanvar-aprel aylarının nəticələrindən də danışıb. Vergi ayırmaları üzrə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri isə 1,9 milyard manat təşkil edib. Büdcənin mədaxil hissəsinin 1,5 milyard manat artırılması nəzərdə tutulur. Komitə sədri onu da vurğulayıb ki, gəlirlərin belə artımı şəraitində ölkə üçün zəruri olan bir sıra xərclərin artırılmasına da zərurət yaranıb. Onun sözlərinə görə, ayrılan vəsaitin böyük bir hissəsi müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov bildirib ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 milyon manat, xərclərinin isə 1 011,3 milyon manat artırılması təklif olunur. Bu artımla dövlət büdcəsinin gəlirləri 11 505 milyon manat, xərcləri isə 12 275,3 milyon manat təşkil edəcək. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da, Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 milyon manat olacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 milyon manat azaldılacaq. Nazir bildirib ki, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat ayrılır: “Müdafiə xərclərinə 400 milyon manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 milyon manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 milyon manat, elmə 3 milyon manat, səhiyyəyə 10 milyon manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 milyon manat artırılacaq. Dövlət büdcəsinin kəsiri üDM-in 2,3 faizini təşkil edəcək”.
S.Şərifovun sözlərinə görə, ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış Dövlət Komissiyası ilk növbədə təxirəsalınmaz tədbirlər həyata keçirib. Hazırda isə dövlət başçısının Sərəncamına uyğun olaraq təbii fəlakətdən ziyan çəkmiş rayonların iqtisadiyyatına, nəqliyyat, enerji, rabitə, sosial və digər infrastrukturlarına dəymiş ziyanın qiymətləndirilməsi prosesi başlanıb. S.Şərifovun sözlərinə görə, həmin bölgələrdə əhaliyə maddi köməklik məsələləri də nəzərdən keçirilir. Bu prosesin həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğunu deyən nazir qeyd edib ki, bu səbəbdən də, 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərc hissəsinə əlavələr edilir.
“Təhlillər nəticəsində müəyyən olunub ki, neft sektoru üzrə hasilat proqnozlarını dəyişdirilmədən 2010-cu il dövlət və icmal büdcələri hesablanarkən neftin 1 barelinin 45 dollardan 60 dollara çatdırılması, 2010-cu il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına əsas verir. Buna görə də, büdcədə neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi təklif olunur”, - deyə maliyyə naziri vurğulayıb.
Daha sonra millət vəkilləri məsələni müzakirə ediblər. Millət vəkili Zahid Oruc bildirib ki, əmək haqları və pensiyaların artırılması üçün də dövlət büdcəsində imkanlar var.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, dövlət büdcəsi iqtisadiyyatın güzgüsüdür. Onun sözlərinə görə, bütün iqtisadi göstəricilər büdcədə rəqəmlərlə əks olunub. Millət vəkili qeyri-neft sektorunun da inkişafını xüsusi vurğulayıb. “Əsas məqamlardan biri ölkəmizin müdafiə xərclərinin artırılmasıdır. Eyni zamanda, büdcə kəsirinin üDM-nin 2,3 faizini təşkil etməsi diqqəti cəlb edir. Amma digər ölkələrdə vəziyyəti təhlil etsək görərik ki, Azərbaycan daha üstün mövqedədir. Əlbəttə, bu ölkəmizdə həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir”, - deyən M.Qurbanlının fikrincə, dövlət büdcəsinə edilən dəyişikliklər əhalinin sosial rifahını daha da yüksəldəcək.
Millət vəkili Əli Məsimli isə təklif edib ki, ölkəmizdə büdcə strategiyası hazırlansın.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin büdcə proqnozlarını artıqlaması ilə yerinə yetirməsini təqdir edib. Bununla belə millət vəkili elm və təhsil işçilərinin əmək haqlarının artırılmasını təklif edib.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə bildirib ki, hər bir ölkədə iqtisadi vəziyyətin əsas göstəricilərindən biri büdcə kəsirləri və dövlət borcları ilə bağlıdır. Onun sözlərinə görə, hər iki cəhətdən Azərbaycan öz göstəriciləri baxımından bir çox dövlətlərdən yaxşı vəziyyətdədir.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55

