Prezidentin Cəbrayıl səfəri nəyi dəyişdi?
08.10.2021 [10:42]
Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıla səfəri də bu faktı bir daha təsdiqləyir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, doğma torpaqlarımızın işğaldan azad edilərək öz sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşayır və Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı atdığı təməllər xalq olaraq bizi daha da iftixarlandırır. Vətən müharibəsində möhtəşəm qələbəmiz birliyimizin, həmrəyliyimizin, “Dəmir yumruq” kimi birləşməyimizin təcəssümü oldu. Bu birlik, eyni zamanda, orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin rəmzinə çevrildi.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, mühüm mesajlar verib: “Biz rayonun ictimaiyyəti olaraq hədsiz dərəcədə sevinirik. Bir il öncə Cəbrayılın işğaldan azad olunması xəbəri elan olunduqda bir tədbirdə idim, oradan insanlar çox təsirlənmişdilər. Çünki insanlarımız bir tərəfdən inanırdılar ki, biz o torpaqlara qayıdacağıq, amma digər tərəfdən də, müəyyən tərəddüdlər var idi ki, bu, nə zaman baş verəcək. Belə bir vaxtda Cəbrayılın işğaldan azad olunması xəbəri insanlarımızı çox sevindirdi. Artıq bu tarixdən bir il ötür. Cənab Prezidentin rəhbərliyi ilə artıq bizim bölgədə də quruculuq işlərinə başlanılıb. İnsanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtmağa hazırlaşırlar. Artıq bununla bağlı bütün zəruri addımlar atılıb. Dövlətimiz bu əraziləri cənnətə çevirəcək. Bizim sevincimizin bu gün də həddi-hüdudu yoxdur. Vaxt çox tez gəldi, getdi, biz artıq Cəbrayılın işğaldan azad olunmasının bir ilini qeyd etdik”.
C.Məmmədov qeyd edib ki, 30 il ərzində ermənilər işğal altında saxladıqları torpaqlarda vandalizm törədiblər, maddi-mədəniyyət abidələrimizi dağıdıblar, ekologiyamıza böyük ziyan vurublar: “Yəni bütün istiqamətlərdə dövlətimizə, xalqımıza qarşı əsl terror həyata keçiriblər. Bu cinayətlərin cəzası mütləq verilməlidir. Ermənilər hər əməllərinə görə layiqli cavab almalıdırlar ki, yenidən bu cür barbarlığa cəhd etməsinlər. Erməniləri beynəlxalq məhkəməyə vermək üçün əlimizdə kifayət qədər dəlil-sübut var. Hesab edirəm ki, əlimizdəki faktlardan maksimum yararlanmalı və prosesi sürətləndirməliyik. Çünki ermənilər törətdikləri vəhşilikləri bizim adımıza çıxarmaq istəyirlər. Dünyaya sübut etməliyik ki, əsl cinayətkar Ermənistandır. Haqq-ədalət bizim tərəfimizdədir. İnanıram ki, sonadək qəti mübarizəmizi apararaq istəyimizə nail olacağıq”.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov isə bildirib ki, Prezident İlham Əliyevin bölgələrə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizə səfərləri yeni-yeni təməlqoyma və açılış mərasimləri ilə müşayiət olunur. Dövlətimizin başçısının Cəbrayıla səfəri də bu baxımdan əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, səfər zamanı Prezident İlham Əliyev Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması qərarı bölgənin sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edəcək. 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası isə rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd və qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsində boyük rol oynayacaq.
Təşkilat sədri Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına 960 şagirdin təhsil alacağı tam orta məktəb binasının təməllərinin qoyulmasını da “Böyük Qayıdış” istiqamətində atılan vacib addımlar kimi səciyyələndirib. Bir daha tam əmin oluruq ki, atılan hər bir addım Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verəcək. Eyni zamanda, həmin bölgələrə qayıdan insanların işlə təmin olunması, onların sosial rifahı da dövlətimizin diqqət mərkəzindədir. Əslində, görülən bütün işlərdə vətəndaş amili öndə dayanır.
“Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyəti ilə görüşündə vacib məqamlara toxundu, münaqişə dövründə baş verən hadisələri xatırlatdı, müəyyən beynəlxalq güclərin təzyiq cəhdlərindən danışdı. Bütün bunlar göstərir ki, cənab Prezident bütün platformalarda Azərbaycanın milli maraqlarını daim qətiyyətlə müdafiə edib, xalqımızın əleyhinə olan planları pozub və Qarabağın işğaldan azadlığı üçün məqsədyönlü fəaliyyət göstərərək böyük uğurlara imza atıb. Nəticə isə bizim şanlı Zəfərimizdir. Azərbaycan xalqı olaraq öz Prezidentimizlə fəxr edirik!”, - deyə A.Süleymanov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

