Atası Osmana yox, Yalıncığa rəhmət oxutduran övlad
26.10.2021 [11:05]
Prezidentin səfərləri də yandırır, zəfərləri də
Bir neçə gün öncə təsadüfən Sevinc Osmanqızının çıxışından bir hissə qarşıma çıxdı. Ona görə təsadüfən deyirəm ki, onun yalan, qarayaxma dolu çıxışlarını izləməyə nə hövsələm çatır, nə də meyilim var. Yalanları sevən olsaydım, ya Baron Münhauzen nağıllarını oxuyub gülərdim, ya yaxşı-pis fərq etmədən, gələnin-gedənin qeybətini qıran məhəllə qarılarını, ya da “ən mötəbər” mənbə olan məşhur “WhatsApp” qəhrəmanı Niquşu dinləyərdim.
Sevinc Osmanqızının çıxışında diqqətimi çəkən o oldu ki, Prezident İlham Əliyevin Zəngilana dördüncü dəfə səfər etməsi onu nədənsə möhkəm narahat etmişdi. O, Prezidentin “Ey vətən” musiqisini dinləməsini, Mehriban xanımla səmimi görüntülərini həzm edə bilmir, acı bir ironiya ilə bu barədə danışır. Mən əminəm ki, Prezident hansısa bir səbəbdən işğaldan azad edilən torpaqlara az səfər etmiş olsaydı, Sevinc Osmanqızı və ona bənzəyənlər buna da qulp qoyacaqdılar. Və ya cənab İlham Əliyev Mehriban xanımla məsafəli davransaydı, onu da bir fərqli şəkildə ballandıra-ballandıra danışacaqdı. Bu gün Prezidentimiz Qubadlıya səfər edir. Yəqin Sevinc Osmanqızının əlinə yenə danışmağa mövzu düşəcək. İndi əlinə lupa alıb, bu səfəri zərgər dəqiqliyi ilə incələyir ki, “gap eləməyə” söz tapsın, sahiblərindən bir “sağ ol” qazansın. Sevinc Osmanqızı danışdıqca yadıma Molla Nəsrəddinin oğluyla yol gedərkən nadan kütlənin ağzını bir yerə yığa, hər nə etsə, qaragüruhu məmnun edə bilməməsini anladan məşhur lətifəsi düşdü.
Sevinc Osmanqızının çıxışları zamanı üzündəki acı təbəssüm mənə xüsusilə maraqlı gəldi. Guya xalqın ağır vəziyyətdə olmasından, dövlətin dağılmasından, əldən getməsindən danışır. Amma gülümsəyərək danışır. Bu sənin canını yandırırsa, ürəyini ağrıdırsa, niyə gülürsən, yox, əgər bu “dağılma” xoşuna gəlir deyə gülürsənsə, sən kimsən, arzun, istəyin nədir, kimə işləyirsən? Bu xəyanət deyil, bəs nədir? Açıq düşmənlə savaşmaq çox asandır. Bilirsən harada dayanıb, mövqeyi nə, istədiyi nədir. Xəyanətkar isə maskalandığı, özünü dost göstərdiyi üçün qorxuludur. Sevinc Osmanqızı bu gün ermənidən daha təhlükəli düşməndir, çünki “içimizdəndir”, hər nə qədər uzaqda olsa da, bizi bəyənməsə də, onu başqaları azərbaycanlı ?oaraq, “özümüzünkü” olaraq tanıyır. Etdiyi çıxışlarla bəlli olur ki, bu xanım əslində təkcə hakimiyyətə yox, Azərbaycan xalqına da nifrət edir. Bu müxalifətçilik deyil, bəsit nifrət duyğusudur. Kor deyil, nankor olmasın insan.
Yalıncığın nəvələrinin yalancıqları-Sevincimizə üzülüb, üzüntümüzə sevinən “özümüzünkülər”
Onun, ötən il iyulun ortalarında Ermənistanın Azərbaycan sərhədlərinə hərbi təcavüzünə etiraz əlaməti olaraq həmvətənlərimizin xarici ölkələrdə keçirdikləri dinc etiraz aksiyalarını pisləməsi, ölkəmizi, xalqımızı təhqir etməsi Azərbaycanı sevməyənlərin, düşmənlərin təsir dairəsində olması demək deyildimi? Sevinc Osmanqızı ermənilərin Belçikada, ABŞ-da və başqa ölkələrdə soydaşlarımızı döyməsinə görə bütün Azərbaycanı ittiham etdi. Açıqca dedi ki, erməni tərəfinin günahı yoxdur, qarşıdurmanı yaradan Azərbaycan tərəfidir.
Müxalifətçilik ağa qara demək deyil. Müxalifətçilik dövlət maraqlarını şəxsi maraqlara qurban vermək deyil. Müxalifətçilik doğruya doğru, yanlışa yanlış deməkdir. Bu gün görülən işlərə, qazanılan qələbəyə kölgə salmaq müxalifətçilik yox, sadəcə düşmənin cəbhəsində dayanmaq deməkdir.
Bu gün müxtəlif müxalifət partiyalarının üzvləri olan vətəndaşlarımız belə, sosial şəbəkələrdə müxalifət qruplaşmalarının apardığı bu “söyüş siyasətinə” qarşı eyni fikirləri paylaşırlar - “Gör müxalifət nə gündədir ki, iqtidara şükür oxutdurur”. Bunu deyən iqtidarçılar yox, elə müxalifətçilərdir. Arxalarınca getdikləri liderlərin çürük düşüncələrini görüb heyfslənənlərdirlər.
Sevinc Osmanqızı bu qədər müddətdir, siyasi mövzularda danışır, debatlar aparır və özünü az-çox siyasi persona hesab edirsə, anlamalıydı ki, Azərbaycanın Qarabağdakı zəfəri təkcə ermənilərə qarşı çalınmış zəfər deyildi. Biz gizli güclərin planladığı hibrid müharibədən qalib çıxmağı bacardıq, həm də ölkəmizi müxtəlif güclərin döyüş meydanına çevirmədən (Gözümüz önündə İraq, Suriya, Liviya nümunələri var). Bütün bunlar Prezident İlham Əliyevin dəqiqliklə hesablamış olduğu böyük planın, gərgin əməyinin nəticəsində gerçəkləşdi. O, təkcə Ermənistana qarşı deyil, dünyanın böyük güclərinə qarşı savaş açdı, qalib çıxdı. Həm də ən qısa zamanda, ən az itkiylə. Doğru zamanı, doğru məqamı tutaraq.
Boşboğazlıq edərək, düşmənlərdən alınan vəsait hesabına öz dövlətinə söyməyin, qara yaxmağın xəyanətdən başqa adı yoxdur. O ironiyalı təbəssümdən sonra kimsə mənə Sevincin bu danışdıqlarının vətən sevgisindən irəli gəldiyini sübut edə bilməz. Sevinc Osmanqızı, İlham Əliyev bu Vətən üçün Qarabağı geri aldı, Azərbaycan üçün gördüyü işləri sayası olsaq, saatlar yetməz, bəs sən nə etmisən? Hansı əməlinə güvənib danışırsan? Necə deyərlər, dinimə küfr eləyən barı müsəlman ola.
S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin göydə axtarıb, yerdə tapdıqları (çox zaman tapa bilmədikləri) bəhanələrdir. Düşmən məhz bizlərdən birinin dilindən bunları eşitmək üçün milyonlar səpir. Xan Çinarın içindən çıxan qurdların cəfəngiyyatı ermənilərə bayram keyfi yaşadır. Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilər tərəfindən qətlə yetirilməsini unudub deyəsən. Əks halda, intiqam hədəfi olaraq öz xalqını deyil, erməniləri seçərdi. Osmanqızı və onun kimi xaricə sığınan, Azərbaycan əleyhinə təbliğat aparanların məramı, sadəcə, şəxsi maraq müqabilində ayrı-ayrı şəxslərin, bəlli güc mərkəzlərinin əl ağacına, maşasına çevrilməkdir.
Bunun adı nə vətənpərvərlikdir, nə də azad sözlü jurnalistika. Bunun adı satılmaqdır. Onlar Yalıncığın soyundan gələnlərdirlər. Bu qadın belə fəaliyyəti ilə atası Osmana yox, Yalıncığa rəhmət oxutdurur.
Osman Mirzəyevə rəhmət oxutdurmaq əvəzinə yalıncıqlara lənət oxutdurur.
2 gün öncə ölkəmizdə iki siyasi partiyanın qeydə alınması barədə xəbəri də böyük bir yanlışmış kimi təqdim etməyə çalışan Osmanqızı Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasını (HƏP) və Anar Əsədlinin rəhbərlik etdiyi Azərbaycan Yüksəliş (AY) partiyasının adını qeyd etdi. Maraqlı məqam bu oldu ki, ədalətdən bəhs edən xanım HƏP rəhbərini təbrik etsə də, AY rəhbərinin adını çəkmədi. Çünki AY rəhbəri Anar Əsədli onun “qaragüruhçu truppası”nın üzvü deyil.
Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan, özlərini “demokrat”, “müxalifətçi”, “siyasi mühacir”, “jurnalist” adlandıraraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar birmənalı olaraq haqqımızda qərəzli planları olan bəlli güc mərkəzlərinin siyasi sifarişini yerinə yetirirlər. Mən bu dairələrin “xidmətini” kiçildib, onları ermənipərəst adlandırmazdım. Ermənilər dünya xəritəsini yenidən çəkməyə çalışanların qlobal planının piyadaları, qurban veriləcək cılız oyunçularıdırlar və nə yazıq ki, xaricə çıxar-çıxmaz aslana çevrilən, ağlına hər gələn xülyanı həqiqətmiş kimi danışan “bizimkilər” bunu ya anlamır, ya da anladıqlarına görə qiymətlərini baha biçdirirlər. Al-ver subyektinə çevrilirlər, həm özlərini satırlar, həm də vətənlərini.
Məşhur yalançılar insanları ona görə özlərinə inandıra bilirlər ki, onlar danışdıqları yalanların içinə bir az həqiqət payı da qatırlar. Bəzi müxalifətçilər bu strategiyadan istifadə etsələr də, bəziləri buna lüzum görmür. Elə buna görə də yalanın dozasını artırdıqca çıxışları ilə haqqında bəhs etdikləri insanları deyil, özlərini vurmuş olurlar. Asıb-kəsmələri soğan effekti verir - kəsilən yox, kəsən ağlayır.
Sevinc Osmanqızı, Prezident İlham Əliyev Qubadlıdadır. Yenə gedəcək, yenə gedəcək. 30 il gedilməyən o yolları qarış-qarış, el-el, oba-oba gəzəcək, hər addımında güllər açacaq. Hər gedişində bir abad kəndin açılışını edəcək, hansısa böyük quruculuq işinin əsasını qoyacaq, müjdə verəcək. Yaxşı-yaxşı baxın ki, danışmağa “söz”ünüz olsun. Amma elə danışın ki, baxanlar Dərviş Məstəli Şah kimi deməsinlər: “Ay zalım, bu qədər də barıt qoyarlar?”.
İlhamə Rəsulova
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

