/ / Zərdabda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib
Zərdabda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib
02.07.2010 [10:55]
Konfrans iştirakçılarını salamlayan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev Həsən bəy Zərdabi irsinə verilən önəmin nümunəsi olan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. ölkədə mediaya göstərilən dövlət qayğısından söhbət açan L.Babayev milli mətbuatın 135 illik yubileyi ilə bağlı Prezident Sərəncamını bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsi kimi dəyərləndirib. “ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin istər 10 iyun 2010-cu il tarixdə imzaladığı Sərəncam, istərsə də milli mətbuatımızın 130 illik yubileyi ilə bağlı Sərəncamı medianın ölkənin ictimai-siyasi, mədəni həyatındakı roluna verdiyi böyük önəmin bariz nümunəsidir” - deyə o bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edib: “Görkəmli alim, mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı “Əkinçi” fəaliyyətdə olduğu iki il müddətində özündən sonrakı mətbu vasitələr üçün bir növ cığır yaratmış oldu. Qəzetin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifəni açdı. Bu, ağır zəhmətlər hesabına başa gələn bir mərhələ idi. Həsən bəy ilk vaxtlar milli təfəkkürə, ictimai fikrin inkişafına, ən başlıcası maarifçiliyə yönələn missiyanı öhdəsinə demək olar, təkbaşına götürmüşdü. Naşirlik və redaktorluqla yanaşı, müxbirlik və korrektorluq etmək məcburiyyətində də qalmışdı. Lakin yandırdığı ziya məşəlinin ətrafına dövrünün saf məsləkli insanları toplaşdı və “Əkinçi” təşkilatçılığı, fədakarlığı, parlaq istedadı ilə seçilənlər üçün ilkin jurnalistika məktəbi oldu. Bu, qəzetin cəmiyyətdə jurnalistika ənənələrinin formalaşmasına, söz sənətinin tərəqqisinə misilsiz töhfəsi idi”.
Ə.Amaşovun sözlərinə görə, çar Rusiyasının son çağlarında mətbuat Azərbaycan ictimai şüurunda bir növ katalizator rolunu oynamağa başlayıb. Bu rol çarizmin süqutundan sonrakı mərhələnin son nəticə etibarilə Azərbaycanın müstəqilliyinə qədər uzanmasının təminatına dəstək baxımından həlledici idi. “Əkinçi” ənənələrindən qidalanan mətbuat dövrün görkəmli ziyalılarının, ideoloqlarının istiqlal ideyasının carçısına çevrilmişdi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq təbii ki, böyük uğur idi.
MŞ sədri məruzəsində Azərbaycan mətbuatının sovetlər birliyi dönəmindəki fəaliyyətinə aydınlıq gətirərək, diqqəti onun respublikamızın ikinci dəfə müstəqilliyini əldə etməsindəki roluna yönəldib. ölkəmizdə medianın inkişafına dövlət qayğısının bariz tendensiyaya çevrildiyini vurğulayan Ə.Amaşov bu məqsədlə müxtəlif illərdə həyata keçirilən məqsədyönlü tədbirləri də xarakterizə edib.
Bundan sonra konfransda məruzə ətrafında çıxışlar və müzakirələr başlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. O, 2009-cu ilin mayından işə başlayan Fondun ötən müddətdəki təcrübəsinin media ilə bağlı əhatəli proqramların işlənib hazırlanması üçün əsas yaratdığını önə çəkib.
Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu diqqəti Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına yönəldib. Fondun Müşahidə Şurasının sənəddə nəzərdə tutulan prinsiplərin reallaşması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini deyən U.Rəhimoğlu bu məqsədlə beynəlxalq təcrübənin də öyrənilməsinə geniş yer verildiyini önə çəkib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəldiyi vurğulayıb: “Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən müddət ərzində imzaladığı Fərman və Sərəncamlar, qəbul edilmiş qanunlar həm mediamızın saflaşması prosesinə dəstək, həm də ümumilikdə mediaya dövlət qayğısının yeni nümunələri nöqteyi-nəzərdən əhəmiyyətli rol oynayıb. Bu baxımdan milli mətbuatın 135 illik yubileyi ilə bağlı Sərəncam xüsusi vurğulanmalıdır. Hesab edirəm ki, sənəddə nəzərdə tutulan vəzifələrin reallaşması medianın cəmiyyətdəki nüfuzunun artmasında həlledici rol oynayacaq”.
Zərdabda çıxan “Əkinçi” qəzetinin redaktoru üsaməddin Əhmədov rəhbərlik etdiyi nəşrin keçdiyi yoldan danışıb. O, tarixi ad daşıyan mətbu orqanın ötən illər ərzindəki yaradıcılıq xüsusiyyətlərini təhlil edərək qəzetin bölgə KİV-ləri arasındakı özəlliklərinə toxunub.
Konfransda Həsən bəy Zərdabi nəslinin nümayəndələri də iştirak ediblər. Onlardan akademik Böyükkişi Ağayev Həsən bəyin və onun övladlarının ömür yolu barədə ətraflı məlumat verib. O, Zərdabi irsinin öyrənilməsinə göstərilən önəmə və bu irsin yüksək tutulmasına görə dövlət başçısına minnətdarlığını bildirib. Zərdabi nəslinin digər nümayəndəsi Sara xanıım İsayeva da eyni fikirləri bölüşərək konfrans iştirakçılarını təmsil olunduğu nəslin həyat və fəaliyyətinə dair məlumatlarla tanış edib.
çıxış edənlərdən Kürdəmir rayon İcra Hakimiyyətinin şöbə müdiri Ağəli Kərimov, “Xocavənd” qəzetinin redaktoru Gültəkin Ağayeva və başqaları Azərbaycanda mediaya dövlət qayğısının spesifik cəhətləri barədə məlumat verməklə yanaşı, bəzi media vasitələrinin fəaliyyətinin Həsən bəy Zərdabi ənənələrinə uyğun gəlmədiyini təəssüf hissi ilə vurğulayıblar. Onlar bu kimi halların aradan qaldırılmasında Mətbuat Şurasının daha aktiv iş aparmasının arzulandığını bildiriblər.
Sonda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda media sahəsindəki dövlət siyasətinin prioritetlərindən söhbət açıb. O, Prezident İlham Əliyevin milli mətbuatımınız 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli Sərəncamı ilə əlaqədar tədbirlər planı haqqında məlumat verərək sənəddən irəli gələn digər vəzifələrin də uğurla icra ediləcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31

