Zəfər ilinin ilk (VIII) Qlobal Bakı Forumu
04.11.2021 [10:14]
Qalib dövlətin paytaxtı yenidən dünyanın diqqət mərkəzindədir - VIII Qlobal Bakı Forumu öz işinə başladı
“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu öz işinə başlayıb. Noyabrın 4-dən 6-dək keçiriləcək Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan ənənəvi Forum 2013-cü ildən keçirilir və indiyə qədər 7 forum keçirilib. İlk dəfə “Cənubi Qafqaz Forumu” adı altında 2013-cü ilin 7-8 may tarixində keçirilən Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İkinci dəfə “II Qlobal Açıq Cəmiyyətlər Forumu” adı altında reallaşan Forumda isə 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edib.
2015-ci ildə keçirilən “III Qlobal Açıq Cəmiyyətlər Forumu” adlanan tədbirdə isə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə iştirak edib. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edərək, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparıblar.
2016-cı ildən “Qlobal Bakı Forumu” adlanan və dördüncü dəfə keçirilən tədbir də bir sıra mühüm məqamları ilə yaddaqalan olub. Belə ki, Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya , Bosniya və Herseqovina və Gürcüstan Prezidentləri, o cümlədən 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunub. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyində yer alıb.
2017-ci ildə keçirilən və sayca beşinci olan Qlobal Bakı Forumu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilib. V Qlobal Bakı Forumuna 53 ölkədən 300-dək nümayəndə ilə yanaşı, müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər də qatılıblar.
VI Qlobal Bakı Forumu isə 2018-ci ilin may ayında reallaşıb. 50-dən çox ölkədən 500-dək nümayəndənin, o cümlədən 47 hazırkı və keçmiş dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, vətəndaş cəmiyyətinin təmsilçilərinin də qatıldığı Forumda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda müzakirələr aparılıb.
Qlobal COVİD-19 pandemiyasından öncə keçirilən son Forum isə 2019-cu ilin martına təsadüf edib. “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunmuş Foruma 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçirilmiş 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.
VIII Qlobal Bakı Forumunun isə 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, mövcud vəziyyətlə əlaqədar bu, baş tutmamışdı. “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu artıq bir gündür ki, öz işinə başlayıb. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.
Panellər formasında təşkil olunan tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları; “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”; “Qida və qida təhlükəsizliyinin təşviqi”; “Gənclər danışır, biz dinləyirik”; “Şərq Tərəfdaşlığı və onun imkanları” mövzularında, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.
Qeyd edək ki, mövzunun aktuallığı ilə yanaşı, builki Forumun ən mühüm özəlliyi məhz Zəfər Günü bayramı öncəsi keçirilməsidir. Yeri gəlmişkən, Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri də planlaşdırılıb.
P. Sadayoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

