Prezident Əliyevə zəng etdilər, Paşinyan isə zəng etdi...
18.11.2021 [10:04]
Ermənistan yenidən “sığınacaq” axtarışına çıxıb
Tofiq Zülfüqarov: Biz bu prosesi Qarabağ mövzusundan ayrı saxlamalıyıq.
Ermənistan davranışı ilə göstərir ki, sərhəd yox, təmas xətti formalaşdırmaq niyyətindədir
Noyabrın 16-da Ermənistan silahlı bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində fiaskoya uğrayan təxribat cəhdi növbəti dəfə reallığı üzə çıxardı. Azərbaycan hər an düşmənin qarşısını almağa hazırdır. Azərbaycanı “hazırlıqsız” və ya “arxayın” yaxalayacağını düşünən Ermənistan növbəti dəfə “dəmir yumruğa” tuş gəldi. Ən əsası isə, Ordumuzun növbəti zərbəsi ilə qarşılaşan Ermənistanın siyasi rəhbərliyi 2020-ci ilin payızında olduğu kimi yenidən “xahiş-minnət” üsuluna əl atdı. Bəlli olduğu kimi, Baş nazir Paşinyandan tutmuş bütün erməni nazirlərinə qədər hər biri xarici ölkələrin səfirlərinə, dövlət və hökumət başçılarına, özlərinə guya “müttəfiq” saydıqları təşkilatlara zəng vurmağa, imdad diləməyə başladılar.
Azərbaycanda isə yenə də fərqli mənzərə hökm sürürdü. Dünyanın ən böyük beynəlxalq təşkilatlarının rəhbərləri, aparıcı dövlətlərin başçıları Azərbaycan Prezidentinə zəng edir, baş verənlərlə bağlı maraqlanırdılar. Bir sözlə, Prezident Əliyevə zəng edirdilər, Baş nazir Paşinyan isə zəng edirdi. Bu fakt bir daha Ermənistan ilə Azərbaycan arasındakı fərqi ortaya qoymuş oldu.
Təbii ki, Ermənistan düşdüyü durumu, öz vəziyyətini bilir. Bununla belə, rəsmi İrəvanın dövlət sərhədində hərbi təxribatlara cəhd göstərməsi bəlkə də qəribə görünür. Bəzi ekspertlərin fikiincə, isə bu, Ermənistanın yeni oyunudur. Onların təxribatlarının arxasında fərqli maraqlar dayanır.
Politoloq Tofiq Zülfüqarov da “Yeni Azərbaycan” qəzetinə açıqlamasında baş vermiş hərbi təxribat dövründə dövlət başçılarının davranışlarının əsl reallığı əsk etdirdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın son dövrlərdə cəhd etdiyi hərbi təxribatları təhlil edərkən bir qənaətə gəlmək mümkündür: Ermənistan öz hərbi, siyasi, iqtisadi zəifliyini bilir və Azərbaycanla arasındakı sərhəd bölgəsində “təhlükəsizliyinə təminat” verə biləcək hansısa əlavə qüvvə axtarışındadır: “Fikrimcə, məqsəd bundan ibarətdir. Ermənistanın siyasi rəhbərliyinin davranışı da buna sübutdur. Göründüyü kimi, əvvəlcə süni şəkildə böhranı yaradırlar, daha sonra isə xarici ölkələrdən imdad diləməyə başlayırlar. Birmənalı şəkildə məqsəd hansısa xarici qüvvələri prosesə cəlb etməkdir. Amma bu qüvvənin kimliyi ilə bağlı belə aralarında fikir ayrılıqları mövcuddur”.
T.Zülfüqarov bildirib ki, Ermənistanın daxilindəki müxtəlif siyasi qruplaşmaların bir hissəsi Rusiyaya, digər hissəsi Qərbə tərəf can atır. “Xarici qüvvəni həm də “vasitəçilik” və ya “müşahidəçilik” qismində cəlb etmək niyyətindədirlər. Bu cür ssenarilər bizə yaxşı tanışdır. Mənə elə gəlir ki, bu planı həyata keçirmək üçün də təxribatlar törədirlər. Azərbaycan dövləti onların məqsədini anlayır və vaxtı çatanda bununla bağlı mövqeyini ortaya qoyacaq. Ermənistan bu gün “öz təhlükəsizliyini təmin etmək” üçün istənilən addıma hazırdır. Bu dövlətin suveren statusu illərdir ki, sual altındadır və hər kəs onun for-post olduğunu açıq şəkildə bildirir. İndiki halda əllərində qalan az-çox müstəqilliklərini də qurban vermək istəyirlərsə, özləri bilərlər”, - deyən T.Zülfüqarov onu da əlavə edib ki, baş verənləri təhlil edən zaman bir nüansa da diqqət yetirmək lazımdır. Ermənistanla aramızdakı sərhəd məsələsi Qarabağ məsələsindən fərqli mövzudur. Qarabağ mövzusu tamamən Azərbaycanın suveren hüquqları daxilində olan bir məsələdir. Bu məsələdə Ermənistanın bu və ya digər şəkildə söz sahibi olmaq cəhdi qəbuledilməzdir. Sərhədboyu gərginliklə bağlı proses isə tamam fərqlidir: “Biz bu prosesi Qarabağ mövzusundan ayrı saxlamalıyıq. Ermənistan davranışı ilə göstərir ki, sərhəd yox, təmas xətti formalaşdırmaq niyyətindədir və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Anlamırlar ki, bununla həm də öz ərazi bütövlüklərini sual altına qoyurlar. Həmin təmas xəttini isə hansısa xarici qüvvələrin qorumasını istəyirlər. Delimitasiya və demarkasiya prosesləri onlara lazım deyil”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

