Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya səfiri: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir"

Rusiya səfiri: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir"

19.11.2021 [11:22]

"İnanıram ki, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.

Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan səfir ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu vurğulayıb: “Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına imkan verir".

Rusiya səfiri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır: "3+3 formatı çox əhəmiyyətlidir. Demilitasiya və demarkasiya məsələlərinin həll edilməsi gündəmdə olan məsələlərdir".

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31