Xalq İlham Əliyevlədir!
26.11.2021 [10:12]
Müxalif partiyalardan da hakimiyyətə və dövlətə qətiyyətli dəstək var
Bu gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Soçidə üçtərəfli görüşü baş tutacaq. Görüşün detalları, müzakirə olunacaq məsələlər diqqət mərkəzindədir. Xatırladaq ki, noyabr ayının əvvəlində Moskvada planlaşdırılan üçtərəfli görüş baş tutmadı. Səbəb isə Paşinyanın bu görüşdən imtina etməsi oldu. Aydın məsələ idi ki, Baş nazir kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyasından yayınmaq üçün belə addım atmışdı. Rusiya da Azərbaycan kimi Zəngəzur dəhlizinin açılması, eyni zamanda, sərhədlərin müəyyənləşməsini istəyir. Bu baxımdan, Ermənistan rəhbərliyinin başqa çıxış yolu yoxdur. Ekspertlər qeyd edirlər ki, əslində, görüş ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması və yaranmış reallıqların qəbul edilməsidir...
Son günlər İrəvanda baş verən gərginliklər, etirazlar səngimək bilmir. Bu gərginliklərin də başlıca səbəbi Soçi görüşü, orada müzakirə olunacaq və əldə ediləcək nəticələrdir. Artıq erməni cəmiyyəti, eyni zamanda, müxalifəti anlayır ki, Paşinyanın bu görüşdən “qaçması” mümkün deyil. Buna görə də əhali Baş nazirin Soçidə Ermənistanın məğlubiyyətini bir daha etiraf edəcəyini düşünür.
Qeyd edək ki, Paşinyan Soçi görüşü öncəsi verdiyi müsahibəsində Zəngəzur dəhlizinin açılmasının qəti şəkildə əleyhinə olduğunu bildirib. Əslində, Baş nazirin bu açıqlaması Ermənistanın daxili auditoriyasına hesablanmış bir addımdır. Çünki İrəvanda Paşinyana qarşı etiraz aksiyaları yenidən genişlənməkdədir.
Yeri gəlmişkən, qalib Azərbaycanda isə cəmiyyət, siyasi qüvvələr tərəfindən dövlətə, Prezident İlham Əliyevin strateji addımlarına ciddi dəstək nümayiş etdirilir. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, Soçi görüşünün nəticəsindən asılı olmayaraq, Azərbaycan müxalifəti 44 günlük müharibə dövründə olduğu kimi, yenə də ölkə başçısının siyasətini dəstəkləyəcək: “Nəticə göz qabağındadır, Azərbaycan qələbə çalıb, torpaqlarımız azad olunub. Rusiya da reallığı dərk edir və bilir ki, Qarabağ Azərbaycan torpağıdır. Təbii ki, Ermənistanla Azərbaycanın müharibədən sonrakı mövqeyi psixoloji, siyasi və diplomatik cəhətdən fərqlidir. 30 il ərzində özünə güvənən və işğalını əbədi sayan Ermənistan birdən-birə ciddi zərbə aldı və təbii ki, masa arxasında da məğlub ölkə kimi oturacaq. Bir il əvvəl Moskvada üçtərəfli Bəyanat imzalananda da belə idi, indi də belədir”.
S.Rüstəmxanlı vurğulayıb ki, Ermənistan, erməni diasporu və onları müdafiə edən qüvvələr bir ildir ki, müharibənin necə baş verdiyini, ordularının nə üçün bu qədər ağır məğlubiyyətə uğradığını müzakirə edirlər. Bütün bunlar Ermənistan rəhbərliyinə təsir edir və Paşinyan reallıqları görür: “O, bilir ki, müharibəni uduzub, bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Paşinyan görür ki, sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması, əslində Ermənistanın xeyrinədir, artıq qondarma “status” barədə danışan yoxdur və Minsk qrupunun yenidən fəallaşması mümkün deyil. Rusiya da ATƏT-in dirçəlməsini istəmir. Ermənistanın Baş naziri bütün bunları çox gözəl dərk edir və nə qədər qaçsa da, yekun olaraq sülh müqaviləsi bağlanmalıdır. Ağlı başında olan ermənilər başa düşürlər ki, sülh müqaviləsi nə qədər tez imzalansa, bir o qədər yaxşıdır. Lakin bu müqaviləni imzalayarkən çalışacaqlar ki, şərtlər öz xeyirlərinə olsun. Məsələn, sərhədlərin hansı xəritələrə uyğun müəyyənləşməsi ilə bağlı üstünlük əldə etməyə cəhd göstərəcəklər. Məlumdur ki, Paşinyan Qarabağda böyüməyib və “Qarabağ klanı”nın əlində əsir deyil, nisbətən azaddır. Lakin indiki vəziyyətdə onun üçün də çətin durum yaranıb. Çünki cəmiyyətdəki adamlar köhnə Ermənistanda yetişdirilib və onlar gözlərini açandan türk düşmənçiliyi ilə tərbiyə alıblar. Belə olan halda onları reallıqla barışdırmaq son dərəcədə çətindir. Düşünürəm ki, danışıqlar prosesi gərgin bir dövrdən keçir, amma nəticə məlumdur: Bir il, yarım ilə qədər uzadırlarsa uzatsınlar, nəticədə Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsi imzalanacaq!”.
Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, Azərbaycan müxalifəti hər zaman olduğu kimi yenə də dövlət maraqlarının qorunması istiqamətində hakimiyyəti dəstəkləyir: “Əslində, Soçi görüşündə hansısa sənədin imzalanacağını ehtimal etmirəm. Çünki hər üç ölkənin baş nazirləri səviyyəsində işçi qrupu yaradılıb və sənəd imzalanacaqsa, işçi qrupu ilə razılaşdırılmalıdır. İndiyə kimi isə razılaşdırılmış hansısa sənəd barədə ictimaiyyətə məlumat verilməyib. Hesab edirəm ki, görüş tövsiyə xarakterli olacaq. Yəni 10 noyabr Bəyanatının yerinə yetirilməsi, o cümlədən sərhədlərin dəqiqləşdirilməsi və Zəngəzurdan Naxçıvana quru yolunun açılması kimi məsələlər müzakirə olunacaq. Həmçinin Rusiya çalışacaq ki, dekabrın 15-də Brüsseldəki görüşlərlə bağlı üstünlüyünü və proseslərə hakim olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirsin. Azərbaycanın milli məsələlərində dövlət maraqlarının qorunması, proseslərin hüquq müstəvisində ölkəmizin xeyrinə olması üçün hakimiyyətlə bir mövqedəyik”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Soçi görüşündə yeni sənədin imzalanmayacağını, sadəcə fikir mübadiləsinin aparılacağını düşünür: “Azərbaycan sosial demokratlarının yarandığı gündən arzuladıqları milli birlik həyata keçmək üzrədir. Heç nə bu birliyə mane ola bilməyəcək. Çünki müxalif partiyalar vətənpərvərdirlərsə, görürlər ki, milli birlik qələbələrə gətirib çıxarır. Ona görə də qələbəmizin daimi olması üçün hakimiyyəti dəstəkləyirik!”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxSosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09

