Eynulla Fətullayev həbs olunmuş jurnalistdir, yoxsa xarici qüvvələrə işləmiş cinayətkar?
21.07.2010 [04:31]
Bu gün həm beynəlxalq səviyyədə bir sıra qüvvələr, həm də onların maraqlarından çıxış edən daxili antimilli qüvvələr ciddi-cəhdlə Eynulla Fətullayevin müdafiəsinə qalxıblar. Hətta, həmin qüvvələr əlamətdar günlərin yaxınlaşmasından istifadə edərək, Prezidentə müraciətlərin edilməsinə cəhd göstərir və yaxud da, ortaya əfv ideyasını atmaqla, ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Bütün ssenarilər isə əlbəttə ki, Azərbaycanı daim böhran içərisində görmək istəyən maraq qruplarının məkanında çızılır. Bu yaxınlarda isə biz həmin ssenarinin bir parçası ilə tanış olduq. Belə ki, Avropa Məhkəməsi Eynulla Fətullayevə 20 min avro verilməsilə yanaşı, onun tezliklə azadlığa buxarılmasını Azərbaycan hökumətindən tələb edən sənəd də qəbul etdi. Hətta, bu qərarın qəbulunda maraqlı olan xarici qüvvələr Azərbaycan daxilindəki əlaltılarının vasitəsilə müxtəlif bəyanatlar verərək, hakimiyyətə təzyiq etmək və seçkiqabağı vəziyyəti gərginləşdirməyə çalışdılar. Amma bir daha hakimiyyətin siyasi iradəsi və cəmiyyətimizin intellektual təbəqəsinin nümayəndələrinin ayıq-sayıqlığı nəticəsində, xarici qüvvələrin bu addımları saf-çürük edilərək, əsl reallıq ictimaiyyətə çatdırıldı. Lakin, bütün bunlara baxmayaraq, hər zaman bizi düşündürən bir sual hələ də öz aktuallığını qoruyur: bəs nə üçün xarici qüvvələr Eynulla Fətullayevin belə tezliklə həbsdən azad olunmasını istəyir? Bu suala cavab axtarmaq məqsədilə araşdırma apardıq və əldə olunmuş şokyaradıcı faktları ictimaiyyətimizin diqqətinə çatdırırıq.
Xatırladaq ki, iki il bundan əvvəl “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru, xarici təşkilatların əziz-xələfi kimi ad çıxarmış, ağına-bozuna baxmadan Azərbaycan cəmiyyətini lağa qoymaqdan çəkinməyən, öz bəd əməllərinə demokratiya donu geydirən Eynulla Fətullayev Xocalı sakinlərinin şikayətlərindən sonra həbs ediləndə, müxalifət düşərgəsi, həmçinin, “qəhrəmanın” daxildəki və xaricdəki dostları elə haray-həşir qopardılar ki, həqiqəti tam təfərrüatı ilə bilənlər belə bir an donub qaldılar. Hər kəsi bir sual düşündürürdü: əcəba, nələr baş vermişdi?
Bir neçə il öncə milli mətbuatın ictimai şüuru formalaşdıracaq, dünya informasiya məkanında ölkəmizlə bağlı həqiqətləri yayacaq mexanizmlərə, cəmiyyətin isə informasiya əsrində kənar təsirlərdən qorunmasına ehtiyacı var idi. Məhz, belə bir zamanda, dövlətin qarşıya qoyulmuş məqsədlər naminə Azərbaycanda formalaşdırdığı azad fikir, söz, mətbuat müstəqilliyi atmosferindən istifadə edən Eynulla Fətullayev xaricdən aldığı qonorarlar nəticəsində torpaqlarımızı işğal etmiş, əsrlər boyu xalqımızı soyqırımına məruz qoymuş bir təcavüzkar dövlətlə, eyni zamanda, onun havadarları ilə iş birliyinə başladı. Bu işbirliyinin nəticəsi olaraq, Eynulla Fətullayevin “Qarabağ Gündəliyi” adlı məqaləsi Azərbaycan xalqına qarşı təzyiqlərin edilməsi və erməni uydurmalarının dünya ictimaiyyətinə sırınması üçün əsas mənbələrdən birinə çevrildi. “Qarabağ Gündəliyi”ində Eynulla Fətullayev qondarma rejimin mövcud olduğu Dağlıq Qarabağda özünü “Azərbaycan mətbuatının stereotipindən” xilas edərək, erməni təsiri altına düşdüyünü, nəinki gizlətmir, hətta, Qarabağda olduğu ilk gündən bizim mətbuatı (Azərbaycan mətbuatını nəzərdə tutur) doldurmuş və insanlarımızın stereotip düşüncələrinə səbəb olmuş dezinformasiyanın bütün miqyasını dərk etdiyini bildirir: “Gizlətməyəcəyəm, mən də bu stereotipin təsiri altında idim və özümü müşahidə edərkən, bu, mənə qəribə gəlirdi, dəqiq desəm, bizim jurnalistlər tərəfindən uydurulmuş miflər göz qabağında dağılırdı”.
Həmçinin, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılan və 7 dildə yayımlanan www.xocali.net internet ünvanında “Xocalı-görünməmiş aldatmalar və saxtalaşdırmalar xronikası”nın əsas “qəhrəmanı”na çevrilmiş Eynulla Fətullayevin “Heyvanları çıxartdılar, insanları yox” başlıqlı məqaləsində məhz, özünün “Qarabağ Gündəliyi” məqaləsinin bir parçasına toxunularaq, qeydlərinə yer verilib. “Xocalını görəndə, təəccübümü gizlədə bilmədim”, - deyə qeyd edən Eynulla Fətullayev tamamilə məhv edilmiş bu azəri qəsəbəsinin bütünlüklə bərpa olunduğunu qeyd edib: “Və siması dəyişdirilib, həmin qəsəbənin işğalında fəal iştirak etmiş, erməni generalın şərəfinə İvanovka şəhəri adlandırılıb”.
Sözlərimizin faktlara əsaslandığını sübut edən daha bir məqam isə Eynulla Fətullayevin erməni jurnalist Karen Zaxaryana yazdığı məktubla bağlıdır. Məktubda deyilir: “Əziz Karen! İsti sözlərinizə görə, sizə minnətdarlığımı bildirirəm. Belə çətin bir dövrdə məni müdafiə etdiyinizə görə sizə və Qayaneyə dərin minnətdarlığımı bildirirəm. Səmimi şəkildə inanıram ki, gələcəkdə bizim xalqlarımız qarşılıqlı inamsızlığı üstələyərək öz münasibətlərini təmiz vərəqdən başlayacaqlar. Hər halda biz bacardıqca bu vaxtı yaxınlaşdırmalıyıq. “Karabaxskiy Vestnik” üçün sizə Qukasyanla şəklimi göndərirəm”.
Bu, artıq bir faktdır ki, bu gün Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə virtual məkanda E.Fətullayevin Azərbaycana qarşı antimilli fəaliyyəti və onun Dağlıq Qarabağ haqqında müəllifi olduğu materiallar ölkəmizə qarşı infomasiya savaşında tətbiq olunur. Erməni saytlarında Eynulla Fətullayevin sitatlarına istinad edilərək, “azərbaycanlıların mövqeyi” ortaya qoyulur və dünya ictimaiyyətinə təqdim olunur. Uydurma erməni təbliğatında E.Fətullayevin yazılarında işlətdiyi fikirlərinə - Xocalıdakı meyitlərin guya azərbaycanlılar tərəfindən eybəcər hala salındığı və digər məsələlər ətrafında - cümlələrinə geniş yer verilir. Ermənilərin təqdim etdiyi materiallar əsasında yazıldığı aydın duyulan fikirlərdə Azərbaycana qarşı erməni təcavüzü gizlədilir. Hal-hazırda da, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi dövlət və ictimai müstəvidə davam edir.
Bütün bunların fonunda bu gün bir milyondan artıq azərbaycanlı Ermənstanın təcavüzkar siyasətinin nəticəsi olan müharibənin ağrı-acısını hiss etməkdədir. Hər kəsin milli məsələyə başı qarışdığı bir zamanda, Eynulla Fətullayevin ermənilərin dəyirmanına su tökməklə, Qarabağda həlak olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik edərək qatillərlə, xalqımızı soyqırımına məruz qoymuş terrorçularla, torpaqlarımızı işğal edənlərlə bir süfrədə çörək yeməyini, onlarla birlikdə Şuşa yaxınlığında vurulmuş Azərbaycan tankının və Şuşaya ilk daxil olan erməni tankının yanında poz verib şəkil çəkdirməyini necə başa düşmək olar?! Eynulla Fətullayev etdikləri azmış kimi, erməni separatçılarının ayağına da getdi, orada da azərbaycanlıları təhqir etdi. Hanı Eynullada milli qürur, heysiyyat, vətənsevərlik? Görünür ermənilərə, xüsusən də, Eynullaya havadarlıq edən xarici təşkilatlara yalnız bu cür insanlar lazımdır.
Beləliklə də, öz fəaliyyəti ilə Eynulla Fətullayev milli vətənpərvərlik keyfiyyətlərindən uzaq biri kimi, düşmənə, Azərbaycanın uğurlarına xor baxan qüvvələrə işləməyi özünə peşə seçməklə jurnalistikaya böyük ləkə yaxmış oldu.
O, eyni zamanda, xarici qonorarların hesabına yazdığı erməni təfəkkürlü məqalələrlə Azərbaycan xalqını mənəvi terrora məruz qoydu, Azərbaycan dövlətinin, xalqının milli maraqlarını düşmənlərin mənafeyinə qurban verdi.
Bütün bu faktları görəndən sonra Eynulla Fətullayevə necə ad verək: həbs olunmuş jurnalist, yoxsa xarici qüvvələrə işləmiş cinayətkar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

