Biz qururuq, yaradırıq, yaşadırıq!
03.12.2021 [10:04]
Nurlan QƏLƏNDƏRLİ
Hər bir xalqın xarakterini, mənəviyyatını əks etdirən göstəricilərdən biri milli-mənəvi, dini və bəşəri dəyərlərə yanaşmasıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkməsinə, müxtəlif vandalizm aktları ilə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqı iradəli, əzmkar və mübariz olmaqla yanaşı, humanist, tolerant və qurucu xalq olduğunu da sübuta yetirib.
Ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmət
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törədib, tarixi, dini, mədəni abidələri dağıdıb, məscidlərimiz təhqir olunub. Bu, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı və soyqırımı siyasəti, cinayət əməlidir. Azərbaycan isə humanist yanaşması və quruculuq fəaliyyəti ilə ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb. Şübhəsiz ki, yüzlərlə katolikin ibadət etdiyi kilsədə bərpa işlərinin aparılması Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin tərkib hissəsidir.
Bəşər sivilizasiyasının mənəvi xəzinəsinin zənginləşməsinə vacib töhfə
Ümumiyyətlə, Heydər Əliyev Fondunun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu tədbirlər - görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalar??ası dialoqun inkişafına töhfəsi kimi də dəyərləndirilir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına, müsbət beynəlxalq imicinin güclənməsinə, xalqlararası əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Bu, həmçinin Azərbaycan reallıqlarının təbliği olmaqla yanaşı, xalqımıza, dövlətimizə qarşı qara piar kampaniyasının iflasa uğradılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Şübhəsiz ki, coğrafi sərhədləri aşan bu xoşməramlı fəaliyyət beynəlxalq arenada - geniş qlobal platformada da olduqca yüksək qiymətləndirilir, Azərbaycanın bəşər sivilizasiyasının mənəvi xəzinəsinin zənginləşməsinə vacib töhfəsi kimi dəyərləndirilir. Bir sözlə, dünyanın gözü önündə biz qururuq, yaradırıq və yaşadırıq!
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

