Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir

Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir

29.07.2010 [03:28]

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb. APA-nın xəbərinə görə, filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır. Sənədli filmdə Mübariz İbrahimovun valideynlərinin, komandirlərinin, döyüş yoldaşlarının, Milli Qəhrəmanı yaxından tanıyan insanların fikirləri öz əksini tapıb.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva və çəkiliş qrupu Biləsuvar rayonunda olaraq milli qəhrəmanın ailə üzvləri, yaxınları ilə görüşüblər və çəkilişlər aparılıb. Sentyabr ayının əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Paylaş:
Baxılıb: 1085 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30