Milli maraqlarımızı siyasi maraqlara qurban verməməliyik
17.08.2010 [09:25]
Bəzi mətbuat orqanlarında öz fəaliyyəti ilə erməni dəyirmanına su tökən Eynulla Fətullayevin müdafiəsinə yönəlmiş yazılara hələ də rast gəlmək mümkündür. Bu yazılarda erməni təəssübkeşi olan E.Fətullayevə haqq qazandırmağa çalışılır.
Amma ölkənin tanınmış ziyalıları, vətəndaş cəmiyyətinin nümayəndələri hesab edirlər ki, E.Fətullayev Azərbaycan xalqı qarşısında cavab verməlidir. Məsələyə münasibət bildirən “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Həvva Məmmədova hesab edir ki, E.Fətullayev Azərbaycanın milli maraqlarına toxunan, xüsusilə, Xocalı soyqırımı ilə əlaqədar yazdıqları yazıya görə cavab verməlidir: “20-ci əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına az qala bütün dünya ağlayır. Dünya bu faciənin dərinlikləri ilə maraqlandıqları, 613 nəfərin vəhşicəsinə öldürüldüyünə ağrıdığı halda E.Fətullayevin yazdığı yazılara görə ona haqq qazandırmaq mümkün deyil. O, öz fəaliyyətilə göstərib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmayıb, milli maraqlarımızdan çıxış etməyib. Digər tərəfdən, 22 ildir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. 1 milyondan artıq insan öz doğma yurdlarından didərgin düşərək ölkənin 58 bölgəsində məskunlaşıb. Onların hamısının ata-baba qəbiristanlığı dağıdılıb. Hər gün işğal olunmuş torpaqlarımız yandırılır. Bütün bunların müqabilində erməniləri müdafiə edən, Şuşanın işğalında iştirak edən tankı qucaqlayıb şəkil çəkdirən Eynullanı hansı haqla müdafiə edirlər?”.
H.Məmmədovanın fikrincə, belə insanlar heç olmasa məcburi köçkünlərin çəkdiyi əzab-əziyyətlə maraqlansınlar. Millət vəkili deyib ki, Xocalı faciəsi ilə bağlı yazılarına görə, Eynulla layiqli cəzasını almayıb, o, daha böyük cəzaya layiqdir.
Bu yazılarına görə, E.Fətullayevin Xocalı sakinlərindən üzr istəmədiyini deyən H.Məmmədovanın sözlərinə görə, heç vaxt bu adam məcburi köçkünlərlə, Qarabağ problemi ilə bağlı obyektiv yazı yazmayıb. “Eynulla bir qaçqının qapısını açmayıb, bir Xocalı sakininin dərdinə şərik olmayıb. Ona necə azərbaycanlı demək olar? Belə insanlar var, amma yaxşı ki, çox deyil. Belə insanları müdafiə edənlər görünür, olub-keçənləri tez unudurlar. Amma bu hadisələri unutmaq olmaz. çünki torpaqlarımız hələ də işğal altındadır, insanlar torpaqlarına qayıtmayıb, Xocalı dərdini sağalda bilməmişik. Dünyanın 80-dən artıq ölkəsində “Xocalıya ədalət” kampaniyası həyata keçirilib. Həmin şəxslər niyə bu prosesi müdafiə etmir? Eynullanı müdafiə edənlər Azərbaycanın problemlərindən xəbərsiz olanlar və ya bu problemlərə göz yumanlardır. Eynullanı müdafiə edənlər gedib “Qarabağ gündəliyi”ni oxusunlar. Bəlkə də, Xocalı faciəsi onları maraqlandırmır”, - deyə millət vəkili vurğulayıb.
Tarixçi alim, professor Musa Qasımlı isə bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır və senzura ləğv edilib. Bu, müstəqillik illərində bizim qazandığımız ən böyük uğurlardan biridir. Onun fikrincə, mətbuatın azad olması, senzuranın ləğv edilməsi heç də insanların nə istədi, necə istədi yazması demək deyil: “Artıq senzura hər bir jurnalistin, qəzetdə şöbə müdirinin, redaktorun içindədir. Mən çox təəssüf edirəm ki, son illərdə bir çox KİV-lərdə böhtanlar, təhqirlər baş alıb gedir. Biz Cənubi Qafqazda sayca çox xalq olsaq da, bütövlükdə dünyada çox kiçik xalqıq. Və bizim dünyada tanınmış insanlarımız, Azərbaycanı təmsil edən adamlarımız o qədər də çox deyil. Belə şəraitdə mətbuatımızda necə gəldi yazmağı qəbul etmirəm. Jurnalist tənqid edə bilər, problemləri göstərə bilər, nə etməli, necə etməli yaza bilər. Amma bunlar heç vaxt təhqirə gətirib çıxarmamalıdır. Mən heç bir azərbaycanlının, o cümlədən, Eynulla Fətullayevin də həbsdə oturmasını istəmirəm. Amma bizim ərazilərimizə təcavüz edərək 20 faiz torpaqlarımızı işğal edən, soydaşlarımızı indiki Ermənistandakı tarixi torpaqlarından qovaraq qaçqına çevirən, işğal olunmuş ərazilərdəki azərbaycanlıları məcburi köçkünlərə çevirən, Xocalıda bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədən Ermənistanı müdafiə edən jurnalist öz vicdanı qarşısında hesabat verirmi? Xocalıda soyqırımı törədənləri necə müdafiə etmək olar? Azərbaycanlı qadınları, qızları girov aparan Ermənistanı necə müdafiə etmək olar?”.
Tarixçi alim hesab edir ki, bizim ölkəmizdə müxtəlif siyasi partiyalar, müxtəlif yönümlü KİV-lərin olması artıq cəmiyyətimizin ayrılmaz bir hissəsidir. Amma milli maraqlarımızın qorunmasında, dövlət məsələlərində ümumi düşmənə qarşı mübarizədə heç bir müxalifət olmamalıdır. “Buna görə də, mənim fikrimcə, o dedi-qodulara, yersiz hərəkətlərə son qoyulmalıdır. Hesab edirəm ki, E.Fətullayev də kifayət qədər düşünməliydi və bundan sonra da nəticələr çıxarmalıdır. Biz milli maraqları heç vaxt heç bir məhdud mənafelərə qurban verməməliyik, dar maraqların ayağına verməməliyik. Ona görə də, bizim mətbuatımızda açılan bu şouları yersiz hesab edirəm. İnsanların müxtəlif fikirləri ola bilər və bu fikirlər digər tərəfi düşünməyə vadar edər. Amma harada yaşamasından asılı olmayaraq, baxışlarının fərqinə baxmayaraq hər bir azərbaycanlı ümummilli maraqları üstün tutmalıdır”, - deyə M.Qasımlı qeyd edib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, hər bir vətəndaşın əməlinə görə fərdi yanaşmaq lazımdır: “Bu gün Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunduğu, bir milyon insanın qaçqın-məcburi köçkün vəziyyətində olduğu məqamda, ölkəmizin hüquqlarının bəzi beynəlxalq qurumlar tərəfindən müdafiə olunmadığı məqamda kim olursa-olsun mənəvi haqqı yoxdur ki, Azərbaycan xalqına təhqiramiz formada yanaşsın, Xocalı soyqırımına görə millətimizin heysiyyatına toxunsun. Bunlar qətiyyən yolverilməzdir. İstər əlinə qələm götürən jurnalist, televiziyalarda çıxış edənlər olsun, xalqımızın, dövlətimizin maraqlarını şübhə altına almaq istəyən şəxs xalqın qarşısında cavab verəcəyini anlamalıdır. Bu məsuliyyətdən heç kim yaxa qurtara bilməz. Vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq deyə bilərəm ki, millətin mənafeyinə toxunan məsələləri müzakirə mövzusuna, gülüş mənbəyinə çevirməyə heç kimin mənəvi haqqı yoxdur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

