"KİV-lərdə "qara piar": media seçkilərə necə gedir?" mövzusunda "dəyirmi masa" keçirilib
18.08.2010 [09:34]
Ə.Amaşov Azərbaycan mətbuatında bəzi nazirlər barədə davamlı olaraq yazıldığını və bunun tendensiya halı aldığını da deyib: “Bəzən isə xəbəri qəsdli olaraq təhrif edirlər. Məsələn, bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən “Gilan Holdinq”in Ermənistanda tikinti işləri apardığını yazdılar. Lakin xəbərin istinad olunduğu mənbəyə baxanda məlum oldu ki, söhbət tikintini aparan şirkətdən getmir. Ermənistan mətbuatındakı xəbərdə yazılıb ki, Sevan gölünün yaxınlığında Gilan adlı qoruq ərazisində hansısa bir şirkət tikinti aparmaq istəyir. Bizim mətbuatda isə bu faktı təhrif edib, tikintini aparan şirkətin adının “Gilan” olduğunu yazıblar. Bu isə Azərbaycanda fəaliyyət göstərən şirkətin nüfuzuna xələl gətirməkdir. Bu kimi hallar Mətbuat Şurasının diqqətini cəlb edir və bizi narahat edir”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da hazırda ölkə mətbuatında “qara piar”ın olmasından narahatlığını dilə gətirib. B.Sadıqov bu və buna bənzər digər proseslərə ziyalıların qoşulmasından narahat olduğunu da vurğulayıb. Baş redaktor medianın peşəkarlığının artırılmasının vacibliyini qeyd edib və seçki öncəsi “qara piar”ın artmaması ilə bağlı müzakirələri intensivləşdirməyə çağırıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, Azərbaycanda “qara piar” iki cür həyata keçirilir: “Biz yırtıcı balıqlarla yanaşı, böyük akulalara qarşı da mübarizə aparmalıyıq”.
Baş redaktor “qara piar” aparan medianı da “reket” adlandırıb.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli tədbirin sonunda “qara piar” aparmayacaqlarına dair memorandum imzalanmasını təklif edib.
APA-nın daş direktoru Vüsalə Mahirqızı isə deyib ki, əslində tədbir çərçivəsində danışılanlar seçki ilinin ilkin narahatlıqlarıdır. Onun proqnozuna görə, deputat seçkiləri bitəndən bir az sonraya qədər bu qarayaxma kampaniyası davam edəcək: “Amma mən bu yazılanların “qara piar” nümunəsi kimi təqdim edilməsinin əleyhinəyəm. çünki “qara piar” piarın bir növüdür və xüsusi siyasi texnologiyadır və onun hazırlanması, aparılması da xüsusi peşəkarlıq tələb edir. Azərbaycan mediasında və siyasətində isə hələ bu texnologiyadan istifadə olunması metodları belə bilinmir. “Qara piar” ölkədə siyasətin xəritəsini dəyişə bilən hadisələrə səbəb olur. Bizdə isə daha çox qeyri-peşəkarlıqdan doğan dedi-qodu, şayiə əsasında hazırlanmış məlumatlar ortaya çıxır”.
V. Mahirqızı bir çox hallarda bu cür məlumatların sonunda “qarşı tərəf istəsə, onun da mövqeyini işıqlandıra bilərik” kimi ifadələrin yazılmasından narahatlığını da ifadə edib: “Jurnalist peşəsi bizə belə şans tanımır. İstəyib-istəməməyindən asılı olmayaraq, qarşı tərəfin mövqeyini yaymaq jurnalistin borcudur”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə qəzet baş redaktorlarının “qara piar” aparmayacağına dair centlmen razılaşma imzalaması, MŞ-nın isə ölkə mətbuatına bununla bağlı müraciət etməsi təklifini irəli sürüb.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun I müavini Azər Ayxan isə deyib ki, müxalifət və iqtidar qəzetləri arasında hansısa memorandum imzalansa belə, sonradan o pozulacaq. O bildirib ki, hazırda iqtidar-müxalifət qəzetlərinin cəbhəsində sabitlik olduğundan, “qara piar” mövzusu aktual deyil.
“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı istənilən məqaləni hazırlayarkən ədəbli olmağın vacibliyini vurğulayıb. E.Şıxlı da “qara piar”ın Azərbaycan mətbuatında texnologiya kimi mövcud olmadığını, yazılarda təhqiramiz ifadələrə yol verildiyini, jurnalist etikasına əməl edilmədiyini deyib.
BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli də çıxışında “qara piar”dan narahatlığını ifadə edib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də ölkə mətbuatında peşəkarlığın artırılması istiqamətində işin davam etdirilməli olduğunu, seçki öncəsi “qara piar” aparılmasının qarşısını almaq üçün Mətbuat Şurasının səylərinin artırılmasının vacibliyini qeyd edib.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “qara piar” və mediada mənbəyi göstərilməyən xəbərlərin olmasını peşəkarlıqla yanaşı, həm də iqtisadi asılılıqdan qaynaqlandığını bildirib. O deyib ki, medianın iqtisadi müstəqilliyi artdıqca bu məsələlər də öz həllini tapacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

