Böhtançının aqibəti, yaxud 1001 yalanın sonu
14.01.2022 [10:28]
Nurlan
Belə bir deyim var: yalan ayaq tutar, yeriməz. Bir böhtan isə min ziyan gətirər, amma əsas zərər elə böhtan sahibinə dəyər. Eynilə son zamanlar özünü “virtual aləmin cəngavəri”, yaxud “internet - sosial media fenomeni” zənn edərək 1001 yalan söyləyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin mənfi nümunəsində olduğu kimi.
Bu şəxs faktiki və konkret olaraq “virtual nağılların yalançı qəhrəmanı” qiyafəsinə bürünmüşdü: işi-peşəsi yalan tirajlamaq, yaxud dezinformasiya yaymaq idi. Onun “youtube” platformasında xaricdən idarə olunan “Osmanqızı TV” kanalına müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması və digər məsələlərlə əlaqədar 1 saat 14 dəqiqə 39 saniyə ərzində, yəni 74 dəqiqədə düz 56 yalan danışması yaddaşdan silinməyib. Bunlar sadə - bəsit yalanlar deyildi, həm birbaşa Azərbaycanın milli maraqlarına zidd olan, ictimai rəyi yanıltmağa - xalqı aldatmağa hesablanmış təhlükəli, qərəzli “fikir”lər, həm də məntiqsiz mülahizələr idi. Məsələn, o qeyd edirdi ki, “10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı Azərbaycan üçün kapitulyasiya aktı”dır. Halbuki Ermənistan mediasını yaxşı izlədiyini deyən Ə.Əliyev bu ölkədə belə bütün siyasi qüvvələrin, hətta Nikol Paşinyanın Ermənistanın ağır məğlubiyyətə uğradığı, kapitulyasiya aktına imza atdığı barədə fikirlərindən xəbərdar olmamış olmazdı. Yaxud onun “Zəngəzur dəhlizinin Azərbaycan üçün böyük üstünlüyü yoxdur” deməyi yalançılığın - məntiqsizliyin və siyasi abırsızlığın son həddi idi. Özünü “siyasətçi” adlandıran bir şəxs reallığı bilmirdi, yoxsa qəbul etmək istəmirdi?! Axı onun istinad mənbəyinə çevirdiyi Ermənistan mətbuatında da Zəngəzurun Azərbaycan və region üçün böyük strateji üstünlüklərindən bəhs edilirdi... Ən gülünc və paradoksal məqam isə bu idi ki, yalançı Əli Əliyev cəmiyyətə xitabən “gəlin bir olaq, eyni mövqedən çıxış edək, həqiqəti deyək” söyləyirdi. Görəsən, xalqı aldatmağa çalışan, “1001 yalan söyləmək üzrə usta - fəlsəfə doktoru - elmlər doktoru, professor məharəti” göstərən bu şəxs hansı həqiqətdən danışmaq istəyirdi? Bəlkə, “həqiqət” yunan sözü olub “Əli Əliyevin yalanları” deməkdir, xəbərimiz yoxdur?!
Əlbəttə, onun yalanlarını saymaqla bitməz. Amma bütün sərhədləri - çərçivələri aşaraq “yalançının atasına lənət” deyən VİP sədri, hər halda, şüurlu şəkildə - bilərəkdən özünə qarğış etməkdən zövq alırdı...
Yeri gəlmişkən, bu şəxs təkcə insanları sözlə deyil, əməldə də aldadırdı. Məsələn, o, bir müddət öncə Yasamal rayonu ərazisində yerləşən ofisinin yaxınlığında olan avtodayanacağın işçisini yalan vədlə aldatmışdı. Partiyasının iclasında zalı doldurmaq üçün adam tapa bilməyən VİP sədri toplantıda iştirak etmək müqabilində ona 150 manat pul verəcəyini demiş, daha sonra isə 30 manat verərək “iclas iştirakçıları” ilə xudahafizləşmişdi.
Yalançılıq həm də onda ciddi paranoya və aqressiya yaratmışdı, hər kəsdən şübhələnirdi və hikkəliydi. Məsələn, Ə.Əliyev “Osmanqızı TV”də öz partiyadaşlarını təhqir edərək VİP üzvlərinin bəzilərini “köstəbək” adlandırmış, onları partiyadan “iti qovan kimi” qovacağını demişdi. Partiya sədrinin bu ifadələri isə VİP-də təmsil olunan bir sıra şəxslərin etirazına səbəb olmuşdu.
Vaxt keçdi - Əli Əliyevin siyasi-psixoloji xəstəliyi kəskinləşdi və o, yalan söyləməkdən böhtan atmağa keçdi. Bir çox şər - böhtan səsləndirdi. Nəhayət, Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verdilər. Zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “youtube” kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlər idi. Beləliklə, haqqında Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edildi - barəsində 5 ay həbs cəzası seçildi. Bu isə böhtançının aqibəti, yaxud 1001 yalanın sonu oldu!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

